Bazar günü günü, 22 noyabr 2026
     

Türkiyə kəşfiyyatı Rusiya-Əsəd-İŞİD gizli işbirliyini aşkarladı

Image


Vurulan təyyarəsinə görə Türkiyəyə hələ də çox qəzəbli olan Rusiya Ankaraya qarşı daha məkrli oyunlara start verir. Söhbət Türkiyəyə qarşı kürd kartından daha geniş miqyasda istifadə olunmasından, bu fonda təxribatçı əməllərdən gedir. Xüsusən də Türkiyədə son terror aktlarından sonra bu məsələ daha da aktuallaşıb. Terrorçular isə Türkiyəyə əsas etibarı ilə Rusiyanın nəzarətində olan Suriya ərazilərindən axın edir.
Amma maraqlıdır ki, Rusiya Türkiyə hərbçilərinə həmin ərazilərdə terrorçuları məhv etməyə imkan vermir.
Türkiyənin baş naziri Əhməd Davudoğlu bu durumdan çox narahat olduqlarını bildirib. Rusiyaya müraciət edən baş nazir bildirib: "Ya İŞİD-i yox edin, ya da imkan verin biz yox edək". O, Suriyada çirkli bir oyunun oynandığını bildirib: "Türkiyənin havadan təşkil edəcəyi əməliyyatlara bəzi ölkələr sədd çəkir. Ya özləri İŞİD-i yox etsinlər, ya da imkan versinlər biz yox edək. Amma kimsə "İŞİD-ə qarşı mübarizə aparıram" görüntüsü altında dinc insanları və müxalifəti cəzalandıraraq terrorçulara meydan açmağı düşünməsin. Bir kəşfiyyat məlumatını paylaşmaq istəyirəm. Son günlərdə Türkiyə sərhədinə yaxın bölgədə Suriyanın mötədil müxalifəti İŞİD-ə qarşı əməliyyata başladı və bəzi bölgələr İŞİD-dən alındı. Bizə çatan kəşfiyyat məlumatlarına görə, rejim Dəməşqin cənubundakı İŞİD qüvvələri ilə razılaşıb və razılaşma çərçivəsində rejim qüvvələri ilə İŞİD-in bəzi gücləri Suriyanın şimalına göndərilib. Bu gün Suriyada çox çirkin işbirliklərinə şahid olmaqdayıq".
Qeyd edək ki, Moskvanın Suriyada S-400 hava hücumundan müdafiə zenit-raket komplekslərini yerləşdirməsi Türkiyə hərbi təyyarələrinin burada uçuşunu imkansız edib. Üstəlik Rusiya Türkiyə təyyarələrini Suriya səmasında vuracağını açıq bəyan edib.
Rusiya prezidenti Vladimir Putin son ənənəvi illik mətbuat konfransında deyib":Təcrübənin də göstərdiyi kimi, bizim hazırkı Türkiyə rəhbərliyi ilə razılaşmağımız qeyri-mümkündür. Hətta nə vaxt biz "hə" deyirik, bizə məlum olmayan səbəbdən arxadan zərbə vururlar. Buna görə də hökumətlər səviyyəsində prespektiv görmürəm". Rusiyanın Suriyada hərbi mövcudluğunun gücləndirildiyini deyən Putin artıq bu ölkədə S-400 hava hücumundan müdafiə zenit-raket komplekslərinin yerləşdirildiyini bildirib: "Türkiyə əvvəllər Suriyanın hava məkanını tez-tez pozurdu, hünəri varsa indi də pozsun". Bu vəziyyətdə terrorçu qüvvələrin Türkiyə ilə sərhəddə cəmləşdirilməsi Türkiyənin vəziyyətini daha da çətinləşdirir.
Digər tərəfdən bəlli olur ki, bu terrorçular Bəşər Əsəd rejimi və beləliklə də Rusiya ilə bağlıdır. Belə ki, bu günlərdə İstanbulda qanlı terror aktı törədən terrorçu kamikadzenin son günlər görüşdüyü şəxslərin kimliyi müəyyənləşib. Türkiyə təhlükəsizlik qüvvələri 7 nəfər suriyalı şübhəlini saxlayıb. Saxlananlar arasında terror aktından öncə kamikadze ilə İstanbula gələn 3 nəfər də var. Araşdırma zamanı məlum olub ki, İstanbulda terror aktı törətmiş kamikadzenin görüşdüyü 3 nəfər Bəşər Əsədin "Əl Muhaberat" xüsusi xidmət orqanı ilə əməkdaşlıq edirmiş. "Yeni Şafak" qəzeti isə yazır ki. Cizrə, Sur və Silopidəki şəhər döyüşləri ilə Sultanəhməddəki partlayışı bir-birindən ayırmaq mümkün deyil: "Əsas hədəf Türkiyəni Suriyalaşdırmaqdır Türkiyə sistematik bir hücumla qarşı-qarşıyadır. Bir tərəfdən İŞİD, digər tərəfdən isə PKK ilə mübarizə aparırıq. 20 iyuldan sonra İŞİD, PKK və DHKP-C eyni gün və eyni nöqtədən hərəkətə gətirildi. Türkiyə niyə hədəfdədir? Bir müddətdir ki, Suriyadakı atəşi Türkiyəyə daşımaq üçün sistematik bir layihə icra edilir. Qlobal bir terror hücumu ilə qarşı-qarşıyayıq. İraqı və Suriyanı həll etdilər. Növbənin Türkiyəyə gəlməsi üçün çalışırlar. Cizrə, Sur və Silopidəki şəhər döyüşləri ilə Sultanəhməddəki partlayışı bir-birindən ayıra bilmərik. Adları və ünvanları fərqli olsa da, hədəf Türkiyəni Suriyalaşdırmaqdır. Bir zamanlar İraq və Suriyada insanlar xoşbəxt yaşayırdı. Bu gün nə vəziyyətdədirlər? Bizi də eyni tələyə salmaq istəyirlər. PKK-nın xəndəklərinə, İŞİD-in kamikadzelərinə, Türkiyədə xaos yaratmaq planlarına fürsət verməyək. Böyük bir oyun oynanır. Hədəfdə Türkiyə var. Türkiyəni aç timsahların ortasına atmaq istəyirlər".
Bu durumda Suriyadan gələn təhlükəni önləmək üçün Ankara ABŞ-a müraciət edib. "The Wall Street Journal" yazır ki, ABŞ Müdafiə Nazirliyi Türkiyənin cənub sərhədlərinin mühafizəsi çərçivəsində Suriyadakı sünni ərəb döyüşçülərinin silahlandırılması və təliminə kömək haqqında Ankaranın müraciətini araşdırır. Nəşrin məlumatına görə, Türkiyə-Suriya sərhədinin mühafizəsi üçün mötədil Suriya müxalifətinin bölmələrinin yaradılması haqqında danışıqlar Ankarada ABŞ Baş Qərargahlar rəislərinin Birləşmiş Komandanlığının sədri general Cozef Danfordun iştirakı ilə aparılıb. Ancaq yekun qərar hələ qəbul edilməyib. Danford təlim və silahlanma proqramının detallarını açıqlamaqdan imtina edib. Amma qeyd edib ki, Vaşinqton müxalif qüvvələrin tərkibini özü müəyyən etməli olacaq. Qeyd edək ki, Türkiyə Suriya ilə sərhəddə 23 kilometrlik beton maneə inşa edib, 108 kilometr tikanlı məftil çəkib, 386 kilometr səngər qazıb və 423 kilometrdə işıqlandırma sistemi qurub. Lakin bütün bunlar sərhədin mühafizəsi üçün kifayət etmir. Vəziyyət isə Rusiya üzündən getdikcə kəskinləşir.
Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ