Rusiya prezidenti Vladimir Putinin yaxın dostlarından biri olan prof. İlham Rəhimov Putinin Rus-Türk əlaqələrinin inkişafı üçün bütün gücünü səfərbər etdiyini bildirir.
Azərbaycan əsilli Rəhimov 1970-ci illərdə Putinlə birlikdə Leninqrad Dövlət Universiteti Hüquq fakültəsində təhsil alıb və dostluqları da o illərdən başlayıb.
Sputnik Xəbər Agentliyinə açıqlama verən Rəhimov təyyarə böhranına görə ikitərəfli əlaqələrin pisləşməsindən təəssüfləndiyini deyib: "Cənab Putin 15 il əvvəl iqtidara gəldiyi vaxtdan etibarən Rus-Türk əlaqələrinin yaxşılaşması və inkişaf etdirilməsi üçün bütün sahələrdə ən çox səy göstərənlərdən biri idi. Burada əvvəlcə rəsmi orqanlar arasındakı əlaqələri nəzərdə tuturam. Putinin Rus-Türk əlaqələrinə nə qədər əhəmiyyət verdiyinin şahidi olmuşam. Bu səbəbdən, Putinin rus təyyarəsinin vurulmasının ardından nə qədər dərin xəyal qırıqlığı yaşadığını başa düşürəm".