İran İslam İnqilab Qvardiyası ölkə ərazisinə girən ABŞ dənizçilərinin azad edildiklərini bildirib. Dövlət televiziyasının məlumatına görə ABŞ hərbi-dəniz qüvvələrinin 10 nəfərlik heyəti yanvarın 13-də buraxılıblar.
Reutersin məlumatına görə, ABŞ rəsmisi məlumatı təsdiqləyib.
İnqilab Qvardiyasının televiziya ilə yaydığı bəyantda deyilir ki, ölkə onların üzr istəməsindən sonra dənizçilər Fars körfəzindəki beynəlxalq sularda azad edildilər.
Məlumatda qeyd edilir ki, araşdırma zamanı onların bunu qəsdən etmədikləri müəyyən olub.
Dənizçilərdən 9-u kişi, biri isə qadındır.
İnqilab Qvardiyasının admiralı Ali Fadavi yanvarın 13-də bildirib ki, dənizçilər naviqatsiya sisteminin sıradan çıxmasına görə, yanvarın 12-də Fars körfəzi yaxınlığında İran sularına daxil olublar.