"Əgər neftin qiyməti bundan sonra da düşməyə davam edərsə, bareli 50 dollardan hesablanmış büdcə parametrlərinin dəqiqləşdirilməsinə ehtiyac olacaq”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Moskvada keçirilən Qaydar Forumunda çıxışında Rusiya baş naziri Dmitri Medvedev bildirib.
Rusiya hökumətinin başçısı digər ölkələrdə olduğu kimi, ən pis ssenariyə hazırlaşmağın lazım olduğunu söyləyib: "Ayağımızı yorğanımıza görə uzatmalıyıq. Büdcə qənaəti hər şeydən öncə dövlət aparatının xərclərinə aid olmalıdır, itirilmiş gəlir isə dövlət aktivlərinin özəlləşdirilməsi ilə əvəz edilə bilər”.
D. Medvedev "ən pis ssenari"nin necə ola biləcəyini dəqiqləşdirməyib.