Bazar günü günü, 22 noyabr 2026
     

Gürcüstan ictimaiyyəti də Azərbaycan qazını istəyir...

Image


Qonşu Gürcüstan hökumətinin Rusiyanın qaz nəhəngi olan «Qazprom»la danışıqlar aparması, gözlənildiyi kimi, bu ölkənin özündə də böyük narazılığa yol açıb. Elə bu səbəbdən gürcü hökumətinin pərdə arxasından əsas idarəçisi sayılan milyarder Bidzina İvanişvilinin iqamətgahı önündə «Qazprom»la danışıqlara etiraz olaraq aksiya keçirilib. Aksiya iştirakçıları «Qazprom»un gürcü bazarına girməsinə icazə verməyəcəklərini bəyan edib.

Etiraz edənlər «Qazprom»un Gürcüstan bazarına daxil olmasının Gürcüstanın Rusiyadan asılı vəziyyətə düşməsi demək olduğunu bildirib. Onlar qeyd edib ki, bu planın həyata keçirilməsində Bidzina İvanişvili fəal iştirak edir. Yaranmış durumla bağlı Energetika Nazirliyində nazir Kaxa Kaladzenin gürcü ekspertləri ilə görüşü keçirilib. Nazir onları «Qazprom»la danışıqların şərtləri ilə tanış edib. Lakin tərəflər arasında heç bir razılıq əldə edilməyib. Gürcü ekspertlər də «Qazprom»un gəlişinin təhlükəli olduğunu bildiriblər. Kaladze isə iddia edir ki, Gürcüstan Rusiya qazından asılı olmayacaq: «Gürcüstanın Rusiyadan asılı vəziyyətə düşməmək üçün bir çox imkanları var. Bu məsələdə Gürcüstan üstün vəziyyətdədir». Nazirin sözlərinə görə, faktiki olaraq Gürcüstana tədarük diversifikasiya edilib, belə ki, ölkə qazı müxtəlif mənbələrdən - Azərbaycanın SOCAR şirkətindən, Cənubi Qafqaz qaz kəmərindən və tranzit üçün ödəmə kimi «Qazprom»dan alır: «Gələcəkdə yəqin ki, maraqlı olarsa, təbii qazı Türkmənistan, İrandan ala bilərik, təbii ki, rəqabət qabiliyyətli qiymət mövcud olarsa». O bildirib ki, Gürcüstanla «Qazprom» şirkəti arasında Ermənistana nəql olunan Rusiya qazının tranzit haqqı kimi təbii qaz şəklində deyil, pul şəklində ödənilməsi ilə bağlı danışıqlar aparılır:»Son iki ildə «Qazprom» şirkəti tələb edir ki, aldığımız qaza görə ödəniş xammal kimi deyil, pul şəklində olsun. Onlar bu məsələni öz beynəlxalq təcrübələrinə əsaslanaraq qaldırıblar. Bununla əlaqədar bizim bir neçə görüşümüz baş tutub, lakin müqavilə üçün razılaşma əldə olunmayıb». O qeyd edib ki, Energetika Nazirliyi «Qazprom»la hazırkı sazişin dəyişdirilməməsində maraqlıdır:»Bizim «Qazprom» şirkəti ilə əlaqələrimiz 2003-cü ildən davam edir və razılaşmaya yenidən baxılması, onun qeydiyyatı hər il aparılır». Qeyd edək ki, Gürcüstan Rusiyanın Ermənistana nəql etdiyi qazın ümumi həcmindən tranzit haqqı kimi 10% təbii qaz alır. Gürcüstan 2007-ci ildən birbaşa olaraq Rusiyadan təbii qaz almır. Bu ölkənin əsas qaz təchizatı Azərbaycandan həyata keçirilir.

İndi Azərbaycanın əvəzlənməsi gürcü ictimaiyyətini də narahat edir. Gürcüstan Milli Hərəkat Partiyası bildirir ki, hökumət «Qazprom» şirkəti ilə aparılan danışıqların detallarını dərhal açıqlamalıdır. Partiya yaydığı bəyanatda, bunu etməyəcəyi təqdirdə, hökumətə qarşı genişmiqyaslı aksiyalara başlayacağını bildirib: «Gürcüstan hökuməti gürcü xalqından gizli Rusiya ilə danışıqlar aparır. Bu danışıqlar «Qazprom»un Gürcüstan energetika bazarına girişini nəzərdə tutur. Hökumətin bunu diversifikasiya üçün həyata keçirdiyi tam yalandır. Qazın Gürcüstana verilməsi «Qazprom»un boru kəməri vasitəsilə «Qazprom»un nəzarəti altında həyata keçiriləcək. Bu, birbaşa Rusiyanın siyasi maraqları ilə bağlıdır. Bununla da Gürcüstan hakimiyyəti ölkənin suverenliyi və enerji azadlığına təhlükə yaradır. Bu kontrakt bizi uzun illər stabil şəkildə enerji ilə təmin edən Azərbaycanla da enerji əməkdaşlığımıza zərbə vuracaq. «Qazprom»dan asılılıq soyuq, donmuş Gürcüstan deməkdir. Rusiya bir dəfə bunu 2006-cı ildə Gürcüstana qarşı həyata keçirib». 

Qeyd edək ki, Milli Hərəkat Partiyası eks-prezident Mixeil Saakaşvilinin partiyasıdır.

«SOCAR Energy Georgia» şirkətinin baş direktoru Mahir Məmmədov isə bildirib bildirib ki, Gürcüstanın Azərbaycan tərəfindən qaz təchizatı planlı şəkildə aparılır: «Son vaxtlar həm təzyiqi, həm də həcmi artırmağa ehtiyac olduğundan, həcm və təzyiq artırılıb. Ancaq qaz nəqli kəmərlərinin işində bəzən texniki problemlər yaranır. Məsələn, 2-3 gün əvvəl Gürcüstan tərəfdə 800 mm-lik magistral qaz boru kəmərində problem yaranıb və Gürcüstan məcburi qaydada müvəqqəti olaraq bir xətdən digər xəttə keçməli olub. Bu, iş əsnasında olan adi problemlərdir və hərdən baş verir. Bunlar həm Gürcüstan tərəfdən, həm də bizim tərəfdən dərhal aradan qaldırılır. Demək olar ki, nə Gürcüstan tərəfdə, nə də Azərbaycan tərəfdə uzunmüddətli problem olur». O qeyd edib ki, Qazaxdan Gürcüstana çəkilən SOCAR-a məxsus magistral qaz kəməri ilə qonşu ölkəyə gündəlik 6,2-6,3 milyon kubmetr qaz nəql edilir: «Bundan başqa, Bakı-Tiflis-Ərzurum boru kəməri ilə gündəlik təxminən 2,8-3 milyon kubmetr «Şahdəniz-1» qazı nəql olunur. Gürcüstanın qaz istehlakının müəyyən həcmi isə Rusiyadan Ermənistana qaz nəql edən «Şimal-Cənub» boru kəmərinin tranzit haqqı kimi verilir». M.Məmmədovun sözlərinə görə, Gürcüstanın hazırda qaza olan tələbatı 10,5-10,6 milyon kubmetrdən bəzən 11 ml milyon kubmertə qədər dəyişir. Azərbaycan bu tələbi tam ödəmək iqtidarındadır.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ