ABŞ təyyarələri İraqın Mosul şəhərinin mərkəzində İŞİD terrorçularının böyük miqdarda pul saxlandığı binanı vurub. ABŞ-ın açıqlamasına görə, terrorçuların külli miqdarda pulu yox edilib.
Baki-xeber.com xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının sözçüsü Ben Tisdale bildirib ki, İŞİD külli miqdarda nağd pulun saxlandığı binadan terror fəaliyyətlərinin maliyyələşdirilməsi üçün istifadə edirdi.
Amerikanın CNN televiziyası isə iki Pentaqon rəsmisinə istinadən xəbər verir ki, Mosulda iki 900 kiloluq bomba ilə vurulan binada böyük miqdarda pul məhv edilib. Nə qədər pulun hücum zamanı yox edildiyi açıqlanmayıb, ancaq iki Pentaqon rəsmisi, pul vahidini açıqlamadan "milyonlarla” ifadəsini işlədib.