Liviyanın öldürülən keçmiş lideri Müəmmar Qəddafi İngiltərənin keçmiş baş naziri Toni Bleyrə devriləcəyinə icazə veriləcəyi halda cihatçıların Avropaya hücum edəcəyilə bağlı xəbərdarlıq edib.
Baki-xeber.com xəbər verir ki, bu barədə İngiltərənin "Telegraph” qəzeti məlumat yayıb.
Məlumata görə, Qəddafi bununla bağlı Toni Bleyrə 2011-ci ildə fevralın 25-də telefon danışıqları zamanı xəbərdarlıq edib.
"Ərəb Baharı”nın ölkəsinə sıçramasının ardından, hökumətinin devrilməsindən altı ay əvvəl Bleyrlə telefon əlaqəsi yaradan Qəddafi bildirib ki, cihatçılar dənizə nəzarət etmək istəyirlər, bunun ardından Avropaya hücum edəcəklər: "Bu bir cihaddır. Silahları var və küçədəki insanları terrora sövq edirlər. Onları başa düşmək çətindir".
Sonrakı telefon danışığında isə Bleyr Qəddafini istefa verməyə razı salmağa çalışıb, ancaq Qəddafi bunu rədd edib və cihadçı qrupların Liviyanı və Aralıq dənizini ələ keçirməsinin qarşısını almaq üçün özünə sadiq qüvvələrin silahlandırılmasının vacib olduğunu bildirib.