Bazar günü günü, 22 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
İrəvan xanlığının tarixindən
Tarix: 07.01.2016 / 02:14
Bölmə: Siyasət
İrəvan qalasını ucaldan, möhtəşəm abidələr yaradan xalqın kimliyi haqqında obyektiv təsəvvür əldə etmək üçün İrəvanın qədim tarixinə aid məlum faktları yığcam şəkildə nəzərdən keçirək. Qaraqoyunluların və Ağqoyunluların hökmranlığı dövründə coğrafi mövqeyinə və yerli şəraitinə görə İrəvan Çuxur Səd vilayətinin inzibati mərkəzi olub. Şəhərə söykənən Cəfərabad kəndində olan bir türbə həmin dövrün yadigarıdır.
İrəvanda qala, yeni binalar tikmək, abadlıq işləri aparıb şəhəri möhkəmləndirmək haqqında Şah İsmayılın Rəvanqulu xana ciddi tapşırıqlar verməsindən söhbət açan Şahəziz bu qənaətə gəlib ki, İrəvan və Rəvanqulu adları arasında heç bir əlaqə yoxdur, çünki İrəvanın adı VII əsrdən bəllidir. Məhəmməd Xudabəndə (1578-1587) dövründə şəhər torpaqlarını suvarmaq üçün iri bir göl tikilib, yeni arxlar çəkilib. 1678-ci ildə tikilən, Sovet hakimiyyəti illərində bərpa olunan, indi S.Şaumyanın adını daşıyan bu gölə yerli əhali yenə də "Toxmaq" gölü deyir. "Toxmaq" o zaman İrəvan hökmdarı olan Mahmud xanın ləqəbidir. 1605-ci ildə Şah Abbas İrəvanı Osmanlılardan aldıqdan sonra Əmirqulu xanı buraya hökmdar təyin edib. Həmin dövrdə yaşayan tarixçi Zəkəriyyə yazır: Əmirqulu xan İrəvana sahib olan kimi quruculuq işlərinə başladı, şənlik yaratdı, qala tikdi, saray ucaltdı, bağ-bağça saldı, arxlar çəkdirib şəhərin suyunu artırdı.
1679-cu il iyunun 4-də zəlzələ İrəvanı yerlə-yeksan etmişdi. İrəvanın yeni hökmdarı təyin olunan Zal xanı təbrik etmək üçün zəlzələdən bir qədər əvvəl buraya gələn Əylisli Zəkəriyyə həmin hadisəni belə qələmə alıb: Daşı daş üstə qalmadı, məscidlər, karvansaralar dağıldı, qala yerlə-yeksan oldu, körpülər yatdı, ölən qalandan çox oldu. Abbasqulu xanın kürəkəni Zal xan çapar göndərib bu sitəm haqqında dörd yana xəbər yaydı. Gəncədən 800 adam gəldi. Məhəmməd xan Naxçıvandan böyük bir dəstə gətirdi. Bərdədən, Zəyəmdən, Makudan, Təbrizdən, qonşu xanlıqlar və sultanlıqlardan o qədər adam gəlmişdi ki, qala ətrafında tərpənməyə yer yox idi. Azərbaycan vəziri Mirzə İbrahim iyulun 1-də Təbrizdən gəlib İrəvanda əyləşdi. Qala yenidən ucaldı, daha mönkəm oldu, arxlar çəkildi, körpülər salındı, məscidləri, karvansaraları yenidən tikdilər. Yerlə-yeksan olan şəhəri dirçəldənlər viranəlik-xərabəlik üzərində daha möhkəm qala, daha görkəmli, daha gözəl imarətlər ucaltdılar. Şəhər dirçəldi, əhali bərpa olunan evlərə qayıtmağa başladı.
İrəvan haqqında söhbət açan səyyah və tədqiqatçıların əsərlərində göstərilən yer adlarına diqqət yetirək: Şiləçi, Sabunçu, Boyaqçı, Toxmaq, Təpəbaşı, Dəmirbulaq, Bağçalar, Yoncalıq və Börkçülər, Gedərçay, Qırxbulaq, Zəngi, Dərə Dəlmə, Dəmirbulaq, Dərəkənd, Məscid meydanı, Zal xan meydanı, Fəhlə meydanı, Böyük meydan, Şəhər meydanı, Göy məscid, Qala məscidi, Hacı bəyin məscidi, Zal xan məscidi, Günlüklü məscid, Günbəzli məscid, Şəhər məscidi, Novruzəli məscidi, Hüseynəli məscidi, Qanlı təpə, Üçtəpə, Qızıl təpə...
Şübhəsiz ki, əcnəbi səyyah və tədqiqatçıların eynən işlətdikləri bu adların hər birinin öz tarixçəsi, başqa sözlə, tarixi informasiyası vardır.
Bu informasiyanın, bu bilginin öyrənilib ümumiləşdirilməsi və müasirləşdirilib mədəniyyət fondumuza daxil edilməsinin vaxtı çoxdan çatıb. İrəvanın məhəllələri, bulaqları, çayları, bağları, dağ və təpələri indi də el arasında (bir qismi isə rəsmi sənədlərdə) öz adlarını qoruyub saxlayıb. Məsələn, İ.Şopenin verdiyi məlumata görə, XVIII əsrdə İrəvanın üç iri məhəlləsi olub: Şəhər, Təpəbaşı, Dəmirbulaq. Eyni adı yaşadan həmin məhəllələr indi də şəhərin iri məhəllələri sayılmaqdadır. XVIII əsr səyyahlarının təsvir etdiyi şilə (qırmızı parça) boyayanlar, sabun bişirənlər, göy rəngli parça boyayanların məhəllələri yenə əvvəlki kimi "Şiləçi", "Sabunçu", "Boyaqçı" adlarını daşıyır.
İrəvanda, həm də xanlığın bütün ərazisində fars, ərəb, erməni dili deyil, məhz Azərbaycan türkcəsinin üstün təsir gücünə malik olduğunu və geniş yayıldığını aşağıdakı faktlar da sübut edir. Matenadaran arxiv fondunda (Kilsə divani, səh.290, 319) saxlanılan məktubu 1784-cü ildə kahin Qukas yazıb. Məktubda Gürcüstana - II İrakliyə, Bəyazidə İsak paşaya göndərilən toxumların siyahısı verilib, miqdar və qiyməti göstərilib. Qəribə görünsə də faktdır ki, milliyyətcə erməni olan kilsə xadimi toxumların, demək olar ki, hamısının adını azərbaycanca yazıb: "Buğda, qarpız, qara qarpız, yonca, xiyar, ispanaq, reyhan, badımcan, gül...".
Hüseyn xanın (1807-1827) vaxtında İrəvan xanlığı 15 mahala bölünmüşdü: Qırxbulaq, Zəngibasar, Gərnibasar, Vedibasar, Şərur, Dərəkənd, Saatlı, Sürməli, Talişə (Talin), Seyidli, Sərdarabad, Kərbibasar, Abaran, Dərəçiçək, Göyçə mahallarına.
Xanlığın ərazisi, sərhədləri haqqında söhbət açılan bütün əsərlərdə, hətta dərsliklərdə yer adları bu qaydada verilib: "Arpa çayından Qızıl kilsə kəndinədək...", "Hacı Bayraməli kəndindən Qəbir dağadək...", "Koroğlu dağından Arazboyu Naxçıvanadək, Şəruradək..."
Beləliklə, İrəvan şəhərdaxili tarixi adlara diqqət yetirək:
Məhəllə adları: Şiləçi, Sabunçu, Boyaqçı, Toxmaq, Təpəbaşı, Dabbaqlar, Sallaqlar, Dəyirmanlar, Qəriblər, Dəmirbulaq, Bağçalar, Yoncalıq, Börkçülər, Məscid dalı, Qəbiristan, Rüstəmxan.
Karvansaralar: Gürcü, Culfa, Sərdar, Tağlı, Sulu, Susuz, Hacı Əli, Kömürçü, Əfsar, Şeyxülislam.
Bulaqlar: Dəmirbulaq, Qırxbulaq, Dəlməbulaq, Sərdar.
Çaylar: Gedərçay, Zəngi, Məmur kanalı, Abihəyat çayı.
İrəvan qalasının ruslar tərəfindən alınmasından vəcdə gələn erməni aşığı Hovsepin təmiz azərbaycan türkcəsində yazmasını heç də təsadüfi hesab etmək olmaz:
Nikolay Pavloviçin taxtına, həm tacına qurban,
Hökmü hər padşahdan aldığı xəracına qurban,
Bir Nerses xəlifənin etdiyi illacına qurban...
İrəvanın qədim tarixinə dair əldə olan məlumat çox azdır. Bunun səbəbi İrəvanın 4 iyun 1679-cu il zəlzələsində dağılmasıdır. İrəvanın dövrümüzədək gəlib çatan memarlıq və təsviri sənət nümunələri haqqında məlumatların çoxu zəlzələdən sonrakı illərə aiddir. Kərpicdən və daşdan böyük zövqlə bina edilən şəbəkəli, tağlı, dördkünc karvansaralar öz orijinallığı və üslub zənginliyi, bol-bol su çiləyən qəşəng fəvvarələri və ümumi memarlıq quruluşu ilə hamını valeh edib, şəhərin həm möhtəşəm, həm də ən gözəl tikililəri sayılıb.
Şəhərin o zamankı memarlıq simasına İrəvan qalası xüsusi rövnəq verib. Öz dövrünün yüksək memarlıq-bədii sənətkarlıq nümunələri olan qala, onun üfüqlərə dirəklənən 50-60 bürcü, qala içindəki saray, güzgülü salon, bəzəkli qoşa-qoşa məscidlər, iki-üç mərtəbəli binalar, yüksək zövqlə tikilən kişi və qadın hamamları, mərmər hovuz, bəzəkli "Təbriz qapısı", ornament motivləri, gül-çiçək rəsmləri, portret təsvirləri səyyahların hamısını, eləcə də yazıçı A.S.Qriboyedovu, rəssamlar V.Moşkovu və Q.Qaqarini valeh edib.
Təkcə memarlıqda, təsviri sənətdə deyil, əkinçilikdə və maarifçilikdə də İrəvanda yaşayan azərbaycanlılar tanınıb və ad-san qazanıblar.
İrəvan Yaxın Şərqdə və Qafqazda mühüm şəhərlərdən biri olub. Burada məktəblər, mədrəsələr, sonralar azərbaycanlılar üçün gimnaziya və seminariya fəaliyyət göstərmişdir ki, onların tarixinin müəyyən məqamlarında dünya əhəmiyyətli alim və ixtiraçıların, maarif və mədəniyyət xadimlərinin yetişdirilməsində əzəli rolları danılmazdır.
İ.Şopen 1837-ci ildə "İrəvanda maarifin vəziyyəti haqqında" adlı məqaləsində İrəvan mədrəsəsi haqqında yazırdı: "Gənclər bədii ədəbiyyatla daha çox məşğul olurlar. Onlardan bir çoxu Rudəki, Firdovsi, Ənvəri, Nizami, Cami, Hafiz, Sədi və digər məşhur söz ustalarının əsərlərini əzbərdən bilirdilər..."
İrəvan xanları daim azərbaycanlılardan ibarət olub. 1860-cı ildə bir yerdə şəkilləri çəkilən 11 İrəvan xanının hamısı azərbaycanlıdır. Bu faktın özü də təsdiq edir ki, orada dominant millət yalnız azərbaycanlılar olub.
İrəvan xanları həyata heç də biganə qalmayıblar. Qədim Şərq şəhərinin abadlığı üçün xeyli quruculuq işləri aparıblar. XX əsrin 40-50-ci illərinədək gəlib çatan 7 məscid, onlarla karvansara, hamam, bazarlar, şəhəri iki hissəyə bölən Gedərçay adlı çay üzərində salınan tağlı daş körpülər ötən əsrlərin yadigarlarıdır. Maarifçilərdən biri şəhərin möhtəşəm qalasını "min yaşlı, min başlı div" adlandırırdı.
Qədim şəhərin qəlbə yatımlı məhəllə adları olub: Şəhər məhəlləsi, Hacı Novruzəli məhəlləsi, Dəmirbulaq, Təpəbaşı, Dədə kəndi, Çolmənçi, Toxmaxgöl, Şiləçi və s.
Erməni akademik B.S.Ovanesyan yazır ki, XIX əsrin sonunda İrəvan şəhərində yaşayan əhalinin 75 faizi azərbaycanlılar, 25 faizi isə ermənilər olub. O zaman İrəvan şəhərində ermənilərin iki kilsəsi, azərbaycanlıların 16 məscidi olub.
Qərbi Azərbaycanın azəri türkünün torpaqları olması, İrəvanın azəri türkünün şəhəri olması və orada həmişə, bütün zamanlarda azəri türklərinin yaşamasını yenə erməni mənbəyi təsdiq edir. Kahin Hovhannes Şahxatunyan "1410-cu ildən 1828-ci ilədək İrəvan xanlığını kimlər idarə edib" sualını verib, aşağıdakı siyahını tərtib edib.
1. Əmir Səd - XIV əsrin axırı - 1410;
2. Pir Hüseyn - Əmir Sədin oğlu - 1410-1420;
3. Pir Yaqub - Pir Hüseynin oğlu - 1420-1430;
4. Əbdül - Pir Hüseynin oğlu - 1430-1440;
5. Yaqub bəy - Cahan şahın əmri ilə - 1440-1460;
6. Həsən Əli Qaraqoyunlu - 1460-1471;
7. Uzun Həsən - 1471-1475;
8. Həsənbəy Bayandurun nəvəsi - 1475-1515;
9. Div Sultan Rumlı - 1515-1539;
10. Hüseynxan Sultan - 1539-1550;
11. Şahqulu Sultan Ustaclı - 1550-1575;
12. Lala paşa "Qara Mustafa" adlı Sultan Murad dövrü - 1575-1577;
13. Mahmudxan "Toxmaq" (Xudavənd şah dövrü) - 1577-1583;
14. Fərhad paşa (Sultan Murad dövrü) - 1583-1604;
15. Məhəmməd Şərif paşa - 1604-1605;
16. Əmirquna Xan Qacar (Şah Abbas dövrü) - 1605-1625;
17. Təhməzqulu (Əmirqunanın oğlu) - 1625-1635;
18. Murtuza paşa (Sultan Murad bəy dövrü) - 1635-1636;
19. Kəlbəli xan - 1636-1639;
20. Məmmədxan xan - (Çağata Götük) - 1639-1648;
21. Xosrov xan - 1648-1652;
22. Məhəmmədqulu xan - (Lala bəyin oğlu) - 1652-1656;
23. Nəcəfqulu xan - 1656-1663;
24. Abasqulu xan (Əmirqunanın oğlu) - 1663-1666;
25. Səfiqulu xan - 1666-1674;
26. Sarıxan bəy - İki il əvəz edir - 1674-1675;
27. Səfiqulu xan (Təbrizli Rüstəm xanın oğlu) - 1675-1679;
28. Zal xan - 1679-1688;
29. Murtuzaqulu xan - (Naxçıvanlı Məhəmmədrza xanın oğlu) - 1688-1691;
30. Məmmədqulu xan - 1691-1694;
31. Zöhrab xan - 1694;
32. Fərzəli xan - Əmirqunanın nəvəsi - Sultan Əhməd dövrü - 1694-1700;
33. Zöhrab xan - 1700-1705;
34. Əbdül Məhəmməd xan - 1705-1709;
35. Mehrəli xan - 1709-1719;
36. Allahqulu xan - 1719-1725;
37. Rəcəb paşa - 1725-1728;
38. İbrahim və Müstafa paşalar - 1728-1734;
39. Əli paşa - 1734;
40. Hacı Hüseyn paşa - Əli paşanın müavini - 1734-1735;
41. Məmmədqulu xan - 1735-1736;
42. Pirməhəmməd xan - 1736-1752;
43. Xəlil xan - 1752-1755;
44. Həsənəli xan Qacar - 1755-1762;
45. Hüseynəli xan (Həsənəli xanın qardaşı) - 1762-1783;
46. Qulaməli xan (Hüseynəli xanın oğlu) - 1783-1784;
47. Məhəmməd xan - 1784-1805;
48. Mehdiqulu xan - 1805-1806;
49. Məhəmməd xan Marağalı - 1806-1807;
50. Hüseyn xan Qacar qardaşı Həsən xanla - 1807-1827. (Erməni sovet ensiklopediyası III c., s.571.)
Yuxarıda göstərilən tarixi faktlardan aydın olur ki, İrəvan xanlığını 418 il boyunca idarə edən 50 nəfər hakimin hamısı azərbaycanlı olub.
İrəvan vilayətlərini idarə edən hakimlərin siyahısından göründüyü, kimi, Azərbaycanın ayrılmaz hissəsi olan Qərbi Azərbaycan hazırda "Ermənistan" deyilən torpağın aborigen əhalisi azəri türkləri olub.
1828-ci ildə Türkmənçay müqaviləsindən sonra azəri türkləri İran və Türkiyədən gələn ermənilərə öz isti qucağını açdı, onları Qarabağın dağlıq hissəsində yerləşdirdilər. Ermənilər isə möhkəmlənəndən sonra Qarabağı erməni torpağı elan edib, yaşayış məntəqələrinin türk adlarını dəyişdirib, onlara erməni adları veriblər.
Beləliklə, 200 il rus hökmranlığı dövründə İrəvan xanlığının torpaqları tam erməniləşdi, orada bir nəfər də olsun azərbaycanlı qalmadı. Bu münasibətlə R.Caparidze yazmışdır: "Bu vaxtacan görmüşdük ki, adam adamın şey-şüyünü oğurlaya bilər, bütöv bir xalqın tarixini həyasızcasına oğurlayıb mənimsəmək isə təzə şeydir".
Fazil QARAOĞLU,
professor
DİGƏR XƏBƏRLƏR
Tarix: 22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb
Tarix: 22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək
Tarix: 22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi
Tarix: 22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”
Tarix: 22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”
Tarix: 22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"
Tarix: 22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir -
“Üçüncü eşelon” kim(lər)dir?
Tarix: 21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Tarix: 21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN
– gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...
Tarix: 21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı...
Finlandiya prezidentindən sensasion iddia...
Tarix: 21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi
- Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...
Tarix: 21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar
- FOTO
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb
22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək
22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi
22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”
22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”
22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"
22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib
22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir -
“Üçüncü eşelon” kim(lər)dir?
22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları
21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı
– NATO hərəkətə keçəcəyini açıqladı...
21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN
– gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...
21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı...
Finlandiya prezidentindən sensasion iddia...
21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi
– “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”
21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir
– Pentaqondan açıqlama gəldi...
21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə
RƏSMİ REAKSİYA...
21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib
- FOTO
21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...
21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır
– dekabrın 1-dən hər addımları izlənəcək...
21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi
– Londondan gözlənilməz açıqlama...
21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi
- Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...
21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar
- FOTO
21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"
21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır"
- Prezident İlham Əliyev
21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq"
- Vyetnam Prezidenti
21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur"
- To Lam
21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
- FOTO
21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj
- sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir
21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli
– Demokratlar Konqresə ultimatum verdi...
21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı
21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi
– Bessentdən Tehrana sərt mesaj...
21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı
- VİDEO
21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub
21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....
21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik"
- Vyetnam Prezidenti
21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
- FOTO
21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub
21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...
21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
- FOTO
21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub
20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım
- çıxarış almaq mümkün olacaq...
20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var
20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi
- Ukraynada sülh üçün son tarix açıqlandı...
20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...
20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır
– vaxt verildi...
20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?
20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz
- hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı
20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin
- Hay ki, hay...
20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...
20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...
20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi
– Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...
20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir -
Paşinyan mürəkkəb ssenariyə baş vurdu...
20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb
20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası
20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi -
Madyar Orbanı sildi...
20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...
20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi
- FOTO
20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır
20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı
- TƏBİB-dən açıqlama...
20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək
20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal
- iş prokurorluğa çıxdı...
20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı
- Avropalı liderlər Moskvaya gedəcəkmi...
20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama
- Vaşinqton Kiyevsiz qərar verməyəcək...
20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir
- qiyabi təhsil ləğv edilir...
20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...
20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində...
- FOTO
20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...
20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
- FOTO
20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır
- hər 100 nikahın 48-i dağılır...
20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur
20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir -
ABŞ müdafiə nazirinin yanlışı...
20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram”
- Paşinyan
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ