Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayır. Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Atlantik Şurasının Enerji və İqtisadi Sammitində çıxış edərkən deyib.
Prezident bildirib ki, Avropa "Nabucco" boru kəmərini tikməyi planlaşdıranda, Azərbaycan və Türkiyə Trans-Anadolu qaz kəmərinin (TANAP) tikinti layihəsini reallaşdırmağa başladı.
R.T.Ərdoğan qeyd edib ki, "Nabucco" layihəsinin reallaşdırılmamasının səbəbi Avropanın onun həyata keçirilməsinə vəsait ayırmamasıdır.