Rusiya Suriyaya 6 ədəd MİG-31 tipli hərbi təyyarə satıb. Baki-xeber.com xəbər verir ki, bu haqda rəsmi Sputnik agentliyinin ərəb xidməti məlumat yayıb.
Qırıcı təyyarələr Suriyanın paytaxtı Dəməşqdəki Mezze hərbi aeroportuna enib. MİQ-31-lərin göndərilməsi Rusiya və Suriya arasında 2007-ci ildə imzalanan və 8 ədəd qırıcı təyyarənin satışını nəzərdə tutan razılaşma çərçivəsində reallaşıb.
Qeyd edək ki, Rusiya 2008-ci ildə İsrailin təzyiqləri nəticəsində bu razılaşmanı gerçəkləşdirə bilməmişdi.