Rusiyanı zəiflətmək üçün dünyanın fərqli yerlərində müharibələr aparan Vaşinqton məqsədinə çatmaq üçün müttəfiqlərinə belə acımayacaq. Bunu amerikalı tarixçi Erik Zuesse ABŞ-ın Rusiya siyasətini şərh edərkən bildirib.
Baki-xeber.com xəbər verir ki, Almaniyanın "Deutsche Wirtschafts Nachrichten” qəzetinə açıqlamasında ABŞ-ın Liviya, Suriya və Ukrayna siyasəti arasında paralellər aparan Zuesse deyir: "Amerikalılar Liviyanı bombalamazdan əvvəl bura sakit bir ölkə idi. Adam başına düşən gəlir yüksək idi. Təhsil və səhiyyə xidmətləri dövlət nəzarətində idi. Yoxsullar da bu xidmətlərdən faydalana bilirdi. ABŞ-ın müdaxiləsindən sonra Liviya Avropa üçün ciddi bir problemə çevrildi. ABŞ üçün indi də sırada Suriya var. Amerikaya görə, Suriya da Rusiyaya qarşı zəfər qazanmaq üçün məhv edilməlidir”.
Tarixçi ABŞ-ın Suriyada İslam hökuməti qurmaq istədiyini deyir: "Bəşər Əsəd (Suriya dövlət başçısı) Rusiyanın müttəfiqidir. Suriya Rusiya enerji məhsullarının Avropaya çatdırılmasında açar rol oynayırdı...
ABŞ Suriyadakı rejimi dəyişdirmək üçün terrorçuları dəstəkləyir. Amerikalıların İŞİD-ə qarşı mübarizəsi də xalqla əlaqələr yaratmaqdır və təbliğatdan başqa bir şey deyil”.