Əvvəldən İraqın bütövlüyünün qorunmasının tərəfdarı olan ABŞ-dan bu dəfə fərqli bir açıqlama gəlib. Baki-xeber.com xəbər verir ki, ABŞ Quru Qüvvələrinin Qərargah rəisi Reymond Odierno İraqda siyasi problemin yeganə həllinin ölkənin bölünməsi ola biləcəyi deyib.
Odierno İraqda şiələrlə sünnilər arasında qarşılıqlı razılaşma əldə etməyin çox çətin olduğunu bildirib. Yaxın günlərdə vəzifəsindən ayrılaraq yerini general Mark Milleyə verəcək Odierno, İraqın gələcəkdə əvvəlki kimi olmayacağına işarə edib. Amerikalı general bölünmə mövzusunda qərarın bölgə siyasətçiləri və diplomatlara aid olduğunu qeyd edib və bunun bir ehtimal olduğunu vurğulayıb.