Rusiya və NATO bir-birlərinə qarşı müharibə hazırlığına başlayıb. Baki-xeber.com xəbər verir ki, bu barədə İngiltərədə mərkəzləşmiş Avropa Liderlik Şəbəkəsi (ELN) beyin mərkəzinin hazırladığı hesabatda bildirilir.
Hesabatda Rusiya və NATO-nun son vaxtlar bir-birinə yaxın bölgələrdə reallaşdırdığı manevrlərə diqqət çəkilir və tərəflərin müharibə hazırlığında olduğu iddia edilir. Avropada Soyuq müharibənin ardından hərbi gərginliyin son dərəcə yüksəldiyi vurğulanan hesabatda, tərəfləri qarşıdurmaya ən çox yaxınlaşdıran hadisənin Ukrayna böhranı olduğu bildirilir.