"Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev Facebook səhifəsində ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vensin Bakı və İrəvana səfəri ilə bağlı maraqlı paylaşım edib.
A.Quliyev yazır:
“ABŞ-ın vitse-prezidenti Vensin Bakıda sərbəst bəyanatlar səsləndirməsi yaxşı oldu…
Azərbaycanla Strateji Tərəfdaşlıq Xartiyası imzalaması yaxşı oldu…
İlham Əliyev barədə bacarıqlı lider kimi danışması yaxşı oldu...
Azərbaycana bir neçə sahil mühafizə qayığı vəd etməsi yaxşı oldu...
“Trampdan sonra yeganə liderdir ki, İlham Əliyev həm Türkiyə, həm də İsraillə yaxşı münasibət saxlayır" deməsi yaxşı oldu...
Əfqanıstan antiterror əməliyyatında Azərbaycanın sona qədər ABŞ-ın yanında qalmış son ölkə olduğunu xüsusi vurğu ilə deməsi yaxşı oldu...
İrəvanda qondarma genosid abidəsini ziyarət etməsi barədə sosial şəbəkə hesabında 2 dəfə "genosid" sözü yazması pis oldu…
Sonradan özünün bu statusunu ümumiyyətlə silməsi pis oldu…
Qondarma genosid institutunun direktorunun ona "erməni genosidi" və "Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə" təqdim etdiyi kitabları səssiz götürməsi pis oldu...
Kitab hədiyyə edən direktora "Sizin baş nazir sülh deyir, sən Azərbaycana ərazi iddialarının təbliğatını aparırsan" deməməsi pis oldu...
İrəvan aeroportundan Bakıya uçuş ərəfəsində "Bakıda mühakimə olunan ermənilərin məsələsini mütləq qaldıracağam" deməsi pis oldu...
Bütün Azərbaycanın məşhur 907-ci süzəlişin ləğvi ilə bağlı xəbər gözlədiyi halda, bu mövzuya ümumən toxunmaması pis oldu...”
Tahir TAĞIYEV