"Evronyus" televiziyası maraqlı məlumat yayıb. Kanal adını çəkmədiyi mənbələrə istinadən xəbər yayıb ki, Türkiyənin hazırkı prezidenti Tayyib Ərdoğan özündən sonra hakimiyyətə oğlu Bilal Ərdoğanın və kürəkəni Səlcuq Bayraqdarın gəlişini nəzərdən keçirir.
"Evronyusun" sensasiyalı məlumatı üzərindən dünya mediasında qızğın reaksiyalar başlayıb. Bəzi media orqanları iki gün əvvəl Ərdoğanın keçmiş ideyadaşı Bülənd Arıncın oğul Bilalın hakimiyyət varisliyinin mümkünsüzlüyü barədə fikirlərini sitat gətirir, bəziləri Ərdoğanın bu niyyətində çox ciddi olduğu və bu istiqamətdə bütün radikal addımlara hazır olduğunu yazır, bəziləri isə yaxınlarda Türkiyədə daxili siyasi vəziyyətin maksimum mürəkkəbləşəcəyini bildirir.
Sonda son və həlledici söz BÖYÜK TÜRK xalqına məxsusdur...
Namiq Quliyev