Cümə günü, 07 avqust 2026
     

"Ermənistanda Azərbaycanın iqtisadi əsasları yaradılır, biz məhvə gedirik"...

Image


“Əgər Ermənistan Azərbaycana dəhliz verərsə, bu onun sonu olacaq”. Belə bir açıqlama ilə Ermənistan parlamentnin “Hayastan” blokundan olan millət vəkili Qarnik Danielyan çıxış edib. O qeyd edib ki, Bakı Ermənistanda azərbaycanlıların məskunlaşdırılması məsələsini də fəal şəkildə müzakirə edir: “Türkiyəyə gəldikdə isə, Ərdoğan deyir ki, Ermənistan Azərbaycanın bütün tələblərini yerinə yetirənə qədər İrəvanla danışıqlar aparılmayacaq. Paşinyan niyə yenidən seçkilərə qatılmalıdır? Daha çox ərazi güzəştə getmək üçün? Yeri gəlmişkən, Paşinyan artıq Azərbaycana yeni ərazi güzəştləri elan edib. Bunlar Tavuş bölgəsindəki və Kərkidəki ərazilərdir. Hakim partiya daxilində belə müzakirələr aparılıb".

O, proqnozlaşdırıb ki, əgər Azərbaycan Ermənistanda iqtisadi köklər qursa, Ermənistanın bir neçə il ərzində mövcudluğuna son qoyacaq. Deputat əlavə edib ki, Azərbaycan Ermənistanı anklava çevirməyə çalışır. Bu arada Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükünün həyata keçirilməsi qeyd edilənlər fonunda İrəvanda təşvişlə qarşılanır. Bu fəfə göndərilən neft məhsullarına 1000 ton 92 markalı benzin, 1000 ton dizel yanacağı və 1800 ton 95 markalı benzin daxildir. Xatırladaq ki, Azərbaycanın 1300 ton Aİ-95 markalı benzinini daşıyan ilk yük qatarı ötən ay Bakıdan Ermənistana yola salınıb. Ermənistan müxalifəti hesab edir ki, Azərbaycan ölkə daxilində artıq özünün iqtisadi dayaqlarını yaradır. Lakin hakimiyyət bunda hansısa təhlükə görmür. Hakim “Vətəndaş müqaviləsi” Partiyasından olan parlament üzvü Xaçatur Sukiasyan qeyd edir: “Son 30 ildə Ermənistan həmişə müxtəlif ölkələrdən neft məhsulları idxal edib. Onilliklər ərzində Ermənistana nəqliyyat yolları bağlanıb və nəqliyyat xərclərinə külli miqdarda vəsait xərclənib. Təxmini hesablamalara görə, əgər Ermənistan yanacaq istehlakının 80%-ni qonşularından almağa başlasaydı, ildə 80-100 milyon dollar qənaət edərdi. Və bu məbləğ digər sektorların inkişafı üçün istifadə edilə bilər”. Deputat sonda silahlara xərclənən yüz milyonlardan danışıb və bunu cəhalət adlandırıb: “Silahlar fərqli şəkildə istehsal olunur və iqtisadiyyat fərqli məntiqlə işləyir. İqtisadi inkişaf zəka tələb edir”.İqtisadçı Aşot Tavadyan Azərbaycan nefti ilə bağlı qeyd edir ki, Bakı Ermənistanın Azərbaycandan asılılığını artırmağa çalışır. Jurnalistin Ermənistanın enerji bazarının inhisarda olduğu və tədarükün şaxələndirilməsinin qiymətlərə müsbət təsir göstərə biləcəyi ilə bağlı şərhinə cavab olaraq Tavadyan bildirib: "Bu, fərqli bir problemdir və o, Azərbaycandan neft məhsullarının idxalı ilə deyil, tamamilə fərqli yollarla həll edilməlidir". Enerji təhlükəsizliyi üzrə ekspert Vahe Davtyan isə bildirib ki, bu cür addımlar Azərbaycana Rusiyanın Cənubi Qafqazdakı rolunu azaltmaq üzrə siyasətinə uyğundur. O hesab edir ki, Azərbaycan Qərbə kommunikasiyaları blokdan çıxarmağa hazır olduğunu nümayiş etdirmək istəyir ki, bu da Rusiyadan yan keçmək üçün nəzərdə tutulmuş Orta Dəhlizdəki əsas rolunu gücləndirmək baxımından vacibdir: “Bu arada, Ermənistan inkişaf etməkdə olan arxitekturada sadəcə bir element, bir obyektdir. Lakin Rusiyanın Ermənistanın enerji bazarındakı maraqlarının nə dərəcədə pozulacağı hələ məlum deyil”.

Neftlə yanaşı, Zəngəur dəhlizi də erməniləri çox qorxudur. Politoloq Suren Surenyants bu xatırladır ki, prezident İlham Əliyev bir müddət əvvəl yerli mediaya verdiyi müsahibədə Azərbaycan vətəndaşlarının Zəngəzur dəhlizinin açılacağına şübhə etmədiklərini bildirib: “O əlavə etmişdi ki, ad dəyişə bilər, amma mahiyyət eyni qalır. “Ermənistanla münasibətlərin normallaşdırılması prosesinin bir hissəsi olaraq həll etməli olduğumuz bütün məsələlər istədiyimiz kimi həll edilib", - deyə İlham Əliyev bildirib. Azərbaycan prezidenti haqlıdır. Layihənin adından — “Tramp marşrutu”, Zəngəzur dəhlizi və ya başqa bir şeydən asılı olmayaraq — əsas məsələ bu yolun əməliyyat parametrləridir. Təhlükəsizlik rejimini, gömrük və pasport nəzarətini, eləcə də bu rejimin Ermənistanın yurisdiksiyasını və suverenliyini məhdudlaşdırıb-məhdudlaşdırmadığını və digər şeyləri anlamaq vacibdir. Bu baxımdan, Azərbaycanın istədiyinə nail olduğunu istisna etmirik. Əliyevin açıqlamasına əsasən, Sünikdən keçən yol Azərbaycanın tələblərinə tam cavab verir. Digər tərəfdən, Əliyev onların gündəliyində beynəlxalq konsensusun olduğu təəssüratı yaratmağa çalışır. Bəlkə də buna görə Trampın adını çəkməklə beynəlxalq ictimaiyyətin gözündə yüksək bir standart qoymağa və Ermənistanı manevr etmək üçün hər hansı bir imkandan məhrum etməyə çalışır”. Ekspertin nöqteyi-nəzərindən bu, Azərbaycan liderinin Venesuela hadisələrindən sonra xüsusilə aktual olan aşağıdakı açıqlamasına gətirib çıxarır: müasir dünyada beynəlxalq hüquq ləğv edilib, artıq işləmir və güc, ittifaqlar və təhlükəsizlik vəziyyəti hər şeyi müəyyən edir: “Əsas təhlükə məhz buradadır - Nikol Paşinyan təhlükəsizliyimizin əsasında bəzi legitimlik prinsiplərinin mövcudluğu barədə bizə illüziyalar bəxş etməyə davam edir, məsələn, Kirants divarını beynəlxalq hüququn təzahürü kimi fetişləşdirməklə və sair. Bu arada, Azərbaycan açıq şəkildə gücü, güc balansını vurğulayır”. Surenyantsın sözlərinə görə, Paşinyanın öz siyasəti Əliyevin “yumşaq güc” siyasətini legitimləşdirir: “Sülh adlandırılması mümkün olmayan qeyri-sabit bir sabitliyə can atan Ermənistan daim güzəştlərə gedir. Azərbaycanlılar sadəcə olaraq bütün güzəştlərimizi diplomatik təzyiq və ya “yumşaq güc” yolu ilə tələb edir və alırlar”. Amma Ermənistanın baş naziri Nikol Paşinyan müstəqillik qazandıqdan bəri ilk dəfə olaraq, 2025-ci ildə Azərbaycanla atışma, heç bir itki və ya xəsarət olmadığını qeyd edir. O bildirib ki, sərhəddə vəziyyət 2024-cü ilin mart ayından bəri - 22 aydan çoxdur - sakitdir. Hökumət həmçinin vətəndaşlar üçün 2024-cü ildə hər iki tərəfin sərhədi delimitasiya etdiyi Tavuşun sərhəd kəndi olan Kirantsa bir neçə səfər təşkil edib. Hazırda orada ordu bölmələri deyil, sərhədçilər yerləşdirilib və hakimiyyət orqanları bu faktı vaxtaşırı ictimaiyyətə sülh və sabitliyin əlaməti kimi təqdim edir.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

Cənubi Qafqazın 3 ölkəsinin xarici ticarəti bir-birindən inanılmaz fərqli imiş...

SON XƏBƏRLƏR

07.08.2026 / 22:14
Yeni tədris modelli orta məktəblər repetitorluğun alternativi ola bilməz(ər) - mübahisə və şübhələr var...

07.08.2026 / 21:57
Rusiya Cənubi Koreyadan 30 min ton neft məhsulları aldı…

07.08.2026 / 21:45
Zelenskidən ABŞ-a ittihamçı eyham - raketlərin tükənməsi Ukraynanı kapitulyasiyaya məcbur etmək taktikasıdır...

07.08.2026 / 21:21
Əliyev-Tramp-Paşinyan sənədinin imzalanmasından 1 il ötdü... TƏHLİL...

07.08.2026 / 21:06
Azərbaycandan Ukraynaya qaz ixracı yenidən gündəmdə...

07.08.2026 / 20:48
Dünyanı Bakıya tökdülər, separatçı ermənilər barədə hökmü zərrə qədər dəyişə bilmədilər...

07.08.2026 / 20:34
Ukraynada Rusiyaya qarşı 72 ölkədən 16 min əcnəbi döyüşür…

07.08.2026 / 20:21
Qarşıdakı 4 ildə Bakıda 9 yeni metro stansiyası?...

07.08.2026 / 20:03
Elmi müdafiələrdə “ədəbiyyat tarixi mütəxəssisi opponent ola bilməz (?!)...Niyə?

07.08.2026 / 19:47
Rusiya Ermənistana göndərilən 220 min dolları müsadirə etdi...

07.08.2026 / 19:40
17 yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundu

07.08.2026 / 19:37
Bankomatlardan 7 təqaüdçünün pulunu talayan şəxs qandallandı

07.08.2026 / 19:23
Yaxın Şərqdə tarazlığı dəyişəcək yeni hərbi ittifaq... Türkiyə, Səudiyyə və Pakistan müdafiə paktı imzaladı - “İslam NATO-su”na doğru ilk addım atıldı...

07.08.2026 / 19:13
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (qədim dövr)” kitabı nəşr olunub

07.08.2026 / 19:10
Ermənistan hakimiyyəti müxalifətin bütün biznesini ələ keçirir...

07.08.2026 / 18:54
2 mindən çox sayta müdaxilə edib ələ keçirdilər... kiberpolisdən əməliyyat - 2 haker yaxalandı - VİDEO

07.08.2026 / 18:48
Ukraynanın “Patriot” dalanı: Rusiya Qərbin də səbrini sınayır

07.08.2026 / 18:32
8 avqustdan sonra ilk 1 il, Əliyevlə Trampın doldurduğu boşluq, Putin 9 noyabr sənədini niyə yeniləmədi? - Aydın QULİYEV yazır...

07.08.2026 / 18:17
ATƏT bu dəfə Xəzər regionunda faydalı qurum olduğunu sübut etmək istəyir

07.08.2026 / 17:54
Yanmış, güllələnmiş və yaralanmış Rusiya əsgərləri cəbhə xəttinə geri göndərilir...(?)

07.08.2026 / 17:39
Azərbaycanın Ukrayna və Rusiya ilə münasibətləri Ermənistan üçün böyük dərd olub

07.08.2026 / 17:04
Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər məhkəmə qarşısına çıxarılır...

07.08.2026 / 16:49
ABŞ-la Azərbaycanın ən məzmunlu sənədləri Trampla Əliyevin arasında inzalanıb...

07.08.2026 / 16:25
Tramp hələ prezident seçilməzdən öncə İlham Əliyevlə əlaqələrin möhkəm əsasları yaradılmışdı...

07.08.2026 / 16:10
Trampın naziri ilə müavini bir-birini qırdı - "raketlər tükənib" qalmaqalı böyüyür...

07.08.2026 / 15:45
Azərbaycanın Ukrayna ilə "strateji tərəfdaşlığı" Kremli qıcıqlandırdı - Bakıya "dəyişiklik eyhamı"...

07.08.2026 / 15:21
Qafanda Rusiya konsulluğunun açılması gündəmə qaytarıldı - hədəf "dəhlizdir"...

07.08.2026 / 15:05
10 ölkə NATO-nun alternativini yarada bilər - Kiyevdən "NATO köhnəlib" ideyası...

07.08.2026 / 14:47
ABŞ kəşfiyyatından dünyanı silkələyən İDDİA - Rusiya NATO-ya hücum edəcək...

07.08.2026 / 14:21
Doğumla ABŞ-da vətəndaşlıq almaq istəyənlərə pis xəbər – Tramp "doğum turizmi"ni ləğv etdi...

07.08.2026 / 14:06
Husilərdən Səudiyyəyə ağır zərbə - 58 nəfər öldürüldü, onlarla insan yaralandı...

07.08.2026 / 13:50
XƏBƏRDARLIQ - sabah temperatur 39 dərəcəyədək yüksələcək...

07.08.2026 / 13:24
Xəzər Fərhadov Azərbaycan Malayziyadakı səfiri təyin edildi

07.08.2026 / 13:22
Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradıldı

07.08.2026 / 13:17
İrfan Davudov Azərbaycanın Pakistandakı səfiri təyin edildi

07.08.2026 / 13:15
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi

07.08.2026 / 13:10
Azərbaycan və Tacikistan arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında saziş təsdiqləndi

07.08.2026 / 12:58
Media və Yayım Şurasının strukturu təsdiqləndi

07.08.2026 / 12:42
Neft Fondu Perunun ən böyük enerji şirkətinə investisiya yatırdı

07.08.2026 / 12:34
Türkiyənin UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilən unikal tarixi abidəsi - Kadıkalesi

07.08.2026 / 12:20
"TRIPP vasitəsilə Azərbaycan və Ermənistanla münasibətlərimizi yenidən başlatdıq" - ABŞ rəsmisi

07.08.2026 / 12:12
Bakının mərkəzində obyekt yanır - insanlar təxliyə edildi

07.08.2026 / 11:56
Zərdabda qəsdən yanğın törədən şəxs saxlandı

07.08.2026 / 11:31
Tərtərdə ər-arvadı evdə yandırıb pullarını oğurladı, ancaq çox uzağa gedə bilmədi...

07.08.2026 / 11:27
Ermənistan Aİİ-nin büdcəsinə 319 milyon köçürdüklərini xatırlatdı və baryerlərin qaldırılmasını istədi

07.08.2026 / 11:10
Yetmiş min manatlıq elektrik naqilləri oğurlayan şəxs yaxalandı

07.08.2026 / 10:48
"Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir" - Ali Məhkəmə

07.08.2026 / 10:09
Moskva İrəvana sərt xəbərdarlıq etdi - Ermənistana rus turistlərin axını dayandırıla bilər...

07.08.2026 / 09:52
Rusiya Azərbaycan üzərindən Ermənistana buğda və daş kömür göndərəcək

07.08.2026 / 09:25
Paşinyanın milyardlarla dollar tələbi Moskvanı qəzəbləndirdi – bizi şantaj etməyə çalışırlar...

07.08.2026 / 07:56
Mossad iki yüksək rütbəli məmurunu işdən çıxardı - İranda uğursuz çevriliş planı üzündən…

07.08.2026 / 06:14
Tramp etiraz etdi - “külli miqdarda sursatımız var…”

07.08.2026 / 05:57
Rusiya kəşfiyyatı Almaniyanın dron istehsalçısının izində - sui-qəsd cəhdi alınmadı

07.08.2026 / 00:55
İran Hörmüzün açılması üçün təzə şərtlər qoydu...

07.08.2026 / 00:25
Rubinyan vəzifədə oturan kimi Türkiyə rəhbərlərini kabab yeməyə dəvət etdi...

07.08.2026 / 00:15
Saakaşvili: “Tiflisdə işığın ümumi kəsilməsi İvanişvilinin biznesi üzündən baş verir"...

06.08.2026 / 23:28
ABŞ Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə kömək etdiyini etiraf etdi...

06.08.2026 / 23:11
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi - Lənkəran üsyanı (iyul 1920 – fevral 1921)

06.08.2026 / 22:46
“Azərbaycan öz milli maraqlarını rəhbər tutaraq müstəqil və prinsipial xarici siyasət yürüdür” - Hikmət Hacıyev

06.08.2026 / 22:35
Rusiya XİN Ermənistan hakimiyyətinin Kiyevlə yaxınlaşmasına münasibət bildirdi - ciddi şübhələr yaradır…

06.08.2026 / 22:17
Ceyhun Bayramov Zelenski ilə görüşdü - FOTO

06.08.2026 / 22:08
Azərbaycan Mədəniyyəti sosial platforması Yayfest-də uğurla çıxış edib...

06.08.2026 / 21:41
İran 8 ildən sonra Xəzərin statusuna münasibətini dəyişdi...

06.08.2026 / 21:24
Rusiya Ukrayna müharibəsinin strategiyasını dəyişir - Parlamentdən müraciət təsadüf deyil...

06.08.2026 / 20:57
Omanla yeni razılaşma regional güc balansını İranın xeyrinə dəyişir...

06.08.2026 / 20:42
Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

06.08.2026 / 20:25
Satınalmaların 50 faizi şübhəli icra olunub - məlumat rəsmi mənbələrdən təsdiqlənib...

06.08.2026 / 20:01
Tehrandan ABŞ-a mesaj - Hörmüz İrana qarşı təhdidlər dayandırılana qədər bağlı qalacaq...

06.08.2026 / 19:45
Tramp Zelenski ilə “Patriot” razılaşmasından tam imtina etdi...

06.08.2026 / 19:29
Avropa ölkələri ifrat sağçı partiyaların əlində qalıb - Azərbaycan vaxtında demişdi siyasəti dəyişin...

06.08.2026 / 19:14
Azərbaycanın neçə və hansı ölkələrlə müttəfiqlik müqaviləsi var...

06.08.2026 / 19:00
Zəngəzur dəhlizi ilə bağlı ABŞ və Ermənistan arasında mühüm proses başladı

06.08.2026 / 18:47
ABŞ ŞOKDA… Ordunun raket ehtiyatı tükəndi - Tramp müdafiə nazirdən izahat tələb etdi…

06.08.2026 / 18:33
Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

06.08.2026 / 18:22
Mobil internetin sürətinə görə Azərbaycan Gürcüstandan da geridə qalır...

06.08.2026 / 17:48
Vətənə ürəkdən bağlanmaq eşqi

06.08.2026 / 17:24
Mərkəzi Bank "Zolotaya Korona" köçürmələrinin dayandırılmasına münasibət bildirdi

06.08.2026 / 17:13
Rusiya Qara dənizdə hərbi yük daşıdığını iddia etdiyi Ukrayna gəmilərini vurdu…

06.08.2026 / 16:50
Rusiya kəşfiyyatı Fransada prezident-2027 seçkisinə qarşı əməliyyata başladı...

06.08.2026 / 16:32
Ceyhun Bayramov İrpen şəhərinə gedib

06.08.2026 / 16:25
Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

XƏBƏR ARXİVİ