Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Venesuela prezidenti Nikolas Maduro kimi digər dövlət və hökumət başçılarının da qaçırıla biləcəyini və Almaniya kansleri Fridrix Merzin də onların arasında ola biləcəyini bildirməsindən sonra Almaniya ilə Rusiya arasında gərginlik daha da artıb.
Rusiyanın keçmiş prezidenti Medvedev Rusiya mətbuatına verdiyi açıqlamada bildirib ki, "Neo-nasist Merzin qaçırılması bu epik karnavalda mükəmməl bir sürpriz ola bilər".
Belə görünür ki, Maduro olayı çoxlarını düşmənləri barəsində illüziyalar yaratmağa həvəsləndirib.
SAMİRƏ