Avropa İttifaqı ilə münasibətlərimizi dərinləşdirmək Rusiya ilə münasibətləri kəsmək məqsədi daşımır. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
O, bildirib ki, Ermənistan hökumətinin məqsədi Rusiya ilə siyasi, iqtisadi və ya digər əlaqələri kəsmək deyil: “Avropa İttifaqı ilə münasibətlərimizi dərinləşdirmək Rusiya ilə əlaqələri kəsməyə yönəlməyib. Əgər bir gün Avropa İttifaqına qoşulmaq məsələsi ortaya çıxsa, Avrasiya İqtisadi Birliyi məsələsi də mütləq ortaya çıxacaq və bu an gələndə, biz əyləşib qərar qəbul edəcəyik. Avropa İttifaqı ilə münasibətlərimiz tədricən dərinləşir”.
Ermənistana maliyyə yardımı göstərən avropalı vəzifəli şəxsin bəyan etdiyi kimi, Rusiyanın Ermənistanı hibrid müharibə ilə təhdid edib-etmədiyi sualına nazir Mirzoyan belə cavab verib: “Dezinformasiyanın əhəmiyyətli bir hissəsi rus ekspertdən, parlamentin üzvündən gəlmirmi? Buna görə də, hibrid təhlükələr müxtəlif mənbələrdən, o cümlədən Rusiyadan gələ bilər”.
TAHİR