çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Aİ Azərbaycansız Ermənistana 20 milyon ayıra bilməz...

Image


F.Ələkbərli: “Aİ bu məsələyə yenidən baxmalı və Azərbaycana da eyni həcmdə maliyyə yardımı göstərməlidir”

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib ki, Avropa İttifaqından (Aİ) Ermənistana 20 milyon avro ayrılacaq, eyni məbləğin bizə də ayrılması vacibdir: “Avropa Sülh Fondu ilə bağlı müəyyən dövr əvvəl məsələ qalxmışdı. Ermənistana 10 milyon dollar vəsaitin ayrılması barədə qərar var idi”.

Nazir bildirib ki, bəzi ölkələrdən Ermənistana belə yardım edilirsə, Azərbaycana da edilməli olduğunu deyənlər oldu: “Bu prinsipial mövqedən çıxış edən ölkələrdən biri Macarıstan idi. Ondan sonra Avropa Sülh Fondu hesabına yox, başqa mənbələr hesabına Azərbaycana da 10 milyon avro vəsait ayrıldı. Bu minatəmizləmə işlərinə ayrılmışdı. Bizim məlumatımız var ki, Aİ-dən Ermənistana 20 milyon avro ayrılacaq, eyni məbləğin Azərbaycana da ayrılması vacibdir. Bu istiqamətdə iş davam etdiriləcək. Macarıstandan olan partnyorlarımız bu mövzuda bizə dəstək olurlar, bundan sonra da olacaqlar”.

“Azərbaycanın Aİ-dən maddi dəstək almağa daha çox haqqı çatır və buna böyük zərurət var”

AMEA-nın Fəsələfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru, siyasi ekspert Faiq Ələkbərli baki-xeber.com-a bildirdi ki, Aİ əvvəlki dövrlərdə olduğu kimi, bu gün də Ermənistana hərtərəfli dəstək verir. F.Ələkbərli qeyd etdi ki, 30 il torpaqları işğal altında qalan, əhalisi didərgin düşən, ərazilərində yüzminlərlə mina basdırılan Ermənistan yox, Azərbaycandır, bu baxımdan Aİ ermənipərəstliyindən əl çəkib Azərbaycana da maliyyə yardımları göstərməlidir. “ABŞ-ın, yaxud Avropa İttifaqının bir sıra qurumlarının Azərbaycandan çox Ermənistana yardımlar göstərməsi, maddi dəstək verməsi ilk hadisə deyil. Yəni biz müstəqiliyimizi bərpa etdiyimiz dövrə də baxsaq görərik ki, torpaqlarımızın işğal edilməsinə, 1 milyondan artıq qaçqınımızın olmasına baxmayaraq, Aİ də, digər Avropa qurumları da, beynəlxalq təşkilarlar da bizə yox, Ermənistana yardımlar göstərib. ABŞ da həmçinin.

İndi də o siyasət davam edir, bu anlamda dəyişən heç nə yoxdur. Düzdür, arabir Azərbaycana da yardımlar edilib, amma bu çox cüzi xarakter daşıyıb. Aİ-nin Ermənistana 20 milyon avro ayırması, onlara dəstəyi davam etdirməsi Avropa dövlətlərinin və təsisatlarının ölkələrə ikili standartlarla yanaşdığından xəbər verir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun da dediyi kimi, Aİ Azərbaycana da bu şəkildə dəstək göstərməlidir. Azərbaycanın Aİ-dən maddi dəstək almağa daha çox haqqı çatır və buna böyük zərurət var. Azərbaycan son 30 ildə çox böyük facilər yaşayıb, Birinci Qarabağ müharibəsi dövründə ərazilərimiz viran qoyulub, şəhərlərimiz, kəndlərimiz dağılıb, maddi-mədəni, dini irsimiz məhv edilib, dağıdılıb, insanlarımız böyük ziyan çəkib, 1 milyona yaxın qaçqın və məcburi köçkünümüz olub. Ermənistanın işğalı nəticəsində Azərbaycana böyük ziyan dəyib. İkinci Qarabağ müharibəsindən keçən beş il müddətində biz öz gücümüzə ərazilərimizi dirçəldirik, kəndlərimizi, şəhərlərimizi yenidən tikirik və sair. Bütün bunları nəzərə almadan Aİ yalnız Ermənistanı yada salır. Azərbaycanın unudulması, Ermənistana maddi yarım göstərilməsi həm doğru deyil, həm də ədalətsizlikdir”.

F.Ələkbərli qeyd etdi ki, həm birinci, həm də ikinci Qarabağ müharibəsi Azərbaycan ərazisində gedib və İkinci Qarabağ müharibəsində də bizə az ziyan dəyməyib, kifayət qədər ziyan çəkmişik, problemlər yaşamışıq. “Hesab edirik ki, Aİ bu məsələyə yenidən baxmalı və Azərbaycana da eyni həcmdə maliyyə yardımı göstərməlidir. Ancaq biz buna elə də böyük ümid bəsləmirik. Çünki Aİ ilə Ermənistan arasında çox isti münasibətlər mövcuddur və bu qurumun özü və institutları haqsız tərəf olan Ermənistana həmişə maliyyə yardımı ayırıb”.

F.Ələkbərli qeyd etdi ki, Tramp ABŞ prezidenti olana qədər Bayden adminstrasiyası da ermənilərə dəstək verməklə məşğul olub, Tramp hakimiyyətə gəldikdən sonra bizə münasibətdə müsbət istiqamətlər var. “Ümid etmək istəyirik ki, Aİ-dən də Azərbaycana müsabət yanaşmalar görə biləcəyək. Bu o qədər də inandırıcı deyil, amma ümid edək ki, belə ola bilər”-deyə F.Ələkbərli qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ