çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Putin “20 maddəlik Ukrayna sülhünü” rədd etdi...

Image


Abutalıb Səmədov: “Təqdim olunan layihədən Rusiyanın qəbul etdiyi bütün bəndlər çıxarılıb və tamamilə Rusiya tərəfindən qəbulolunmaz şəklə salınıb”

Kreml Ukrayna üçün 20 bəndlik sülh planını rədd edib. Mənbələrə görə, Moskva Kiyevin təqdim etdiyi sənədə düzəlişlər etmək və əks tələblər irəli sürmək niyyətindədir. Lakin Rusiya planı tamamilə rədd etməyə hazır deyil.

“Bloomberg”in Rusiya rəhbərliyinə yaxın mənbəyə istinadən verdiyi məlumata görə, Kreml Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən əvvəllər təqdim edilmiş 20 bəndlik yenidən işlənmiş sülh planını rədd edib və onun yenidən işlənməsini tələb etmək niyyətindədir.

Agentliyin mənbəsinə görə, Moskva sənədi gələcək danışıqlar üçün "başlanğıc nöqtəsi" kimi nəzərdən keçirir. Lakin sənəddə bir sıra müddəalar yoxdur və Rusiya tərəfinin fundamental hesab etdiyi bir çox məsələləri həll etmir. Xüsusilə, Kreml Ukrayna silahlı qüvvələrinə daha sərt məhdudiyyətlər tətbiq etmək niyyətindədir.

Mənbə iddia edir ki, Rusiya NATO-nun daha da Şərqə doğru genişlənməsinə qarşı zəmanətlər, eləcə də Ukraynanın Avropa Birliyinə qoşulacağı təqdirdə neytral statusunun möhkəmləndirilməsini tələb edir. Mənbənin sözlərinə görə, təqdim olunan layihədə yalnız Kiyevin nüvə silahından azad statusu qeyd olunur.

Moskva, həmçinin, Ukrayna Silahlı Qüvvələrinin müharibədən sonrakı gücünə təklif olunan məhdudiyyətlərdən narazıdır. Layihədə sülh dövründə 800.000 əsgər limiti tələb olunur ki, bu da Kremlin çox yumşaq hesab etdiyi bir məsələdir. Bundan əlavə, Rusiya Ukraynada rus dilinin statusu ilə bağlı aydın zəmanətlərdə, eləcə də sanksiyaların qaldırılması və Qərbdə dondurulmuş Rusiya aktivlərinin taleyi ilə bağlı aydınlıq gətirilməsində israr edir.

Kremlin mövqeyi və ABŞ ilə əlaqəli sənədin tənqid olunmasına baxmayaraq, Rusiya hakimiyyəti onu tamamilə rədd etmək niyyətində deyil. Bloomberg-in qeyd etdiyi kimi, Moskva ABŞ prezidenti Donald Trampla münasibətləri gərginləşdirmək istəmir və təklifləri "soyuqqanlılıqla" öyrənməyə hazır olduğunu bəyan edir.

Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin Mayamidə Rusiya və Amerika nümayəndə heyətləri arasında keçirilən görüşdən sonra ABŞ ilə sülh planı danışıqlarının təfərrüatlarından xəbərdar olduğunu açıqlayıb. "Rusiya tərəfinin mövqeyinin bütün əsas parametrləri ABŞ-dan olan həmkarlarımıza yaxşı məlumdur. İndiki vəzifə daha bir mövqe formalaşdırmaq və mümkün qədər tez əlaqələri davam etdirməkdir", - deyə Peskov bildirib.

Dekabrın 24-də Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə müharibəyə son qoymaq üçün planın bütün 20 bəndini təqdim edib. Sənəddə Moskva ilə Kiyev arasında təmas xəttinin beynəlxalq monitorinqi ilə təcavüzkarlıq müqaviləsinin bağlanması, eləcə də Şimali Atlantika Müqaviləsi Təşkilatının 5-ci maddəsinə əsaslanaraq ABŞ, NATO və Avropa ölkələrindən Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi tələb olunur.

Bundan əlavə, layihədə Rusiyanın Ukraynaya və Avropaya qarşı təcavüzkarlıq siyasətinin hüquqi cəhətdən təsbit edilməsi tələb olunur. Eyni zamanda, müqavilədə Ukraynanın suverenliyi açıq şəkildə qeyd olunur.

Əsas məsələlərdən biri - ərazi məsələsi isə hələ də həll olunmayıb. Kiyevin təklifinə görə, Rusiya qoşunlarını Dnepropetrovsk, Nikolayev, Sumı və Xarkov vilayətlərindən çıxarmalıdır. Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində isə hazırkı təmas xəttinin "olduğunuz yerdə qalın" prinsipinə uyğun olaraq təyin edilməsi təklif olunur.

Moskva öz növbəsində Ukrayna Silahlı Qüvvələrinin Donetsk bölgəsindən çıxarılmasını tələb edir. ABŞ azad iqtisadi zona şəklində kompromis təklif edir. Təklifə görə, bu seçim yalnız Ukraynada keçirilən referendumdan sonra mümkündür və bu, tam razılaşma paketini əhatə edəcək.

Burada ruslar müəyyən şərtlər qoyur. O şərtlər nə dərəcədə qəbul olunan sayıla bilər?

“Rusiya elan edib ki, biz də öz təkliflərimizi ABŞ-a təqdim edəcəyik”

“Alyans” SAM-ın sədri Abutalıb Səmədov “Bakı-Xəbər”ə bildirdi ki, Ukrayna prezidenti ABŞ-la müzakirə etdiyi 20 bəndlik layihəni dərc edib. A.Səmədovun sözlərinə görə, baxmayaraq, əvvəlcədən elan olunmuşdu ki, bu danışıqlar qapalı şəkildə aparılacaq və "meqafon diplomatiyasından" istifadə olunmayacaq, təqdim olunan layihədən Rusiyanın qəbul etdiyi bütün bəndlər çıxarılıb və tamamilə Rusiya tərəfindən qəbulolunmaz şəklə salınıb: “Əsas mübahisəli məsələlər hansılardır? Onların bir neçəsinin üstündə dayanmağa ehtiyac var. Birincisi, ərazi mübadiləsi məsələsi. Əvvəlki layihədə təklif olunurdu ki, Rusiya dörd vilayətin ərazisindən - Xarkov, Sumı, Dnepropetrovsk və Nikolayev vilayətlərinin ərazisindən işğal etdiyi hissəni Ukraynaya verir və bunun qarşılığında Ukrayna Donetskin öz nəzarətində olan hissəsindən çıxır.

Yeni dərc olunan layihədə həmin dörd vilayətin ərazisindən rusların çıxması məsələsi var. Yazılıb ki, Donetsk vilayətinin ərazisindən Ukrayna qoşunlarının çıxarılması yalnız referendumdan sonra mümkündür. Aydındır ki, referendum buna "hə" deyə bilməz. ABŞ azad iqtisadi zona yaratmağı təklif etdi. Söhbət Ukraynanın nəzarətində olan ərazidən gedir. Təqribən 5 min kvadrat kilometr ərazidə azad iqtisadi zona yaransın və orada nə Ukrayna, nə də Rusiya hərbiçiləri olsun. Hər iki tərəf bunu qəbul etdi. Ancaq Ukrayna onu da tələb etdi ki, ümumiyyətlə o ərazi heç kimə məxsus olmasın. Təbiidir ki, Rusiya bunu qəbul etmədi və ərazinin ona məxsus olacağını dedi, çünki bunun qarşılığında 4 vilayətdən tutduğu torpaqları Ukraynaya verir. Həmin ərazidə poilisin və rus qvardiyasının hərbiçilərinin olacağını deyir. Son dərc olunan layihədə NATO üzvülüyü ilə bağlı da Rusiyanı razı salmayan variant mövcuddur. Yəni Ukrayna öz neytrallığını elan etmir və NATO üzvü olub olmamaq məsələsi NATO-nun öhdəsinə buraxılır. Ukrayna hərbiçilərinin sayı ilə bağlı da mübahisə var. Layihədə 800 min nəfər yazılıb və bu da Rusiyanın razılaşmasının mümkün olduğu 600 mindən çoxdur. Eyni zamanda əvvəlki 28 bəndlik layihədə göstərilən NATO-nun genişlənməyəcəyi öhdəliyi indiki layihədə yoxdur ki, bu da Rusiyanı qətiyyən qane etmir. Ancaq Rusiya bu təklif olunan 20 bəndlik layihəni tamamilə rədd etmir. Rusiya elan edib ki, biz də öz təkliflərimizi ABŞ-a təqdim edəcəyik. Məqsəd aydındır - Trampı narazı salmamaq və prosesi uzatmaq. Zelenski də prosesi uzadır və başa düşür ki, Rusiya bu layihəni qəbul etməyəcək, Rusiya da prosesi uzadır. Amma burada kiçik bir fərq var. Bilmirəm, bu nə dərəcədə kiçik sayıla bilər? Son bir ayda Rusiya Ukraynanın 125 kvadrat kilometr ərazisini işğal edib. Yəni bu sürətlə getsə Doneskin Ukraynanın nəzarətində olan hissəsini beş-altı ay ərzində işğal edib öz nəzarətinə keçirəcək və qarşılığında söz verdiyi əraziləri Ukraynaya verməyəcək, o istiqamətlərdə də xeyli irəli gedəcək. Yəni vaxtı uzatmaq Rusiyanın xeyrinədir. Ukraynanın da xeyrinədirmi? Əgər Ukraynanın uğurlu əməliyyatları olsaydı, Rusiyanı vurub müəyyən ərazilərdən ardıcıl çıxara bilsəydi, Avropanın göstərdiyi yardım Ukrayna üçün kifayətedici səviyyədə olsaydı, təbiidir ki, Zelenskini başa düşmək olardı. Demək olar ki, Zelenski Ukraynanın maraqları naminə sülh prosesini uzadır və yaxın gələcəkdə xeyli ərazini Rusiya işğalından azad etmək istəyir. Ancaq çox təəssüf ki, yardımlar günü-gündən azalır, göstərilən yardımların səviyyəsi Ukrayanın irəli getməsinə imkan vermir. Zelenski də yaxşı anlayır ki, zaman Ukraynanın xeyrinə işləmir. Ancaq öz şəxsi maraqlarını əsas götürür və müəyyən məsələlərdə güzəştə getmək istəmir. Onu da başa düşür ki, onun qəbul etmədiyi şərtləri Rusiya zorla təmin edəcək. ABŞ da çox təəssüf ki, bu mübahisələrdə Rusiyanın yanındadır. Yəni məqsəd bundan ibarətdir ki, Zelenski o şərtləri qəbul etməsin, son nəticədə Rusiya həmin əraziləri işğal etsin”.

A.Səmədov təəssüflə qeyd etdi ki, Zelenski son illər apardığı yanlış anti-Ukrayna siyasətini davam etdirir. A.Səmədovun sözlərinə görə, dəfələrlə ən əlverişli layihələri rədd edən, ABŞ-ın əvvəlki administarisyasının və Böyük Britaniyanın tələblərinə əməl edərək vəziyyəti indiki ağır duruma gətirib çıxaran Zelenski Ukraynanın vəziyyətini bir az da ağırlaşdırmaq istəyir. “Bu da onu göstərir ki, yaxın zamanlarda sülhə nail olmaq mümkünsüzdür. Ən azından, 2026-cı ilin ilk aylarında hərbi əməliyyatlar davam edəcək və Rusiya Ukraynanın yeni ərazilərini işğal edəcək. Son nəticədə onsuz da Ukrayna Trampın təklif etdiyi layihəni qəbul edəcək, ancaq daha ağır şərtlərlə. Ukrayna üçün daha ağır şərtlərlə sülh sazişi, çox güman ki, gələn ilin ortalarında imzalanacaq. Çünki bir tərəfdən Rusiya irəli gedir, digər tərəfdən Tramp Ukraynaya göstərdiyi yardımları dayandıracağını deyir. Söhbət kəşfiyyat məlumatlarının verilməsindən və Ukraynaya Avropa vasitəsilə silah satılmasından gedir. Yəni əgər o silahlar satılmasa və kəşfiyyat məlumatları verilməsə, təbiidir ki, Ukraynanın vəziyyəti çox ağır olacaq. Üstəlik, Tramp korrupsiya şantajından da istifadə edir. Ukraynada müstəqil, Ukrayna qurumlarına tabe olmayan xarici dövlətlərin nəzarətində olan antikorrupsiya qurumları var. Bu da Ukraynanın suverenliyini kifayət qədər sual altında qoyur. Ölkədə bir neçə antikorrupsiya qurumu var, bu qurumlar Ukrayna hakimiyyətinə tabe deyil, xaricdən idarə olunur və onların apardıqları araşdırmalar Zelenskinin yaxın ətrafının korrupsiyaya qurşandığını açıq şəkildə göstərir. O da aydındır ki, bu proseslərin başında Zelenski özü durur...”-deyə A.Səmədov vurğuladı.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ