Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dəmir yolunun idarə olunması və onun gələcək istifadəsi ilə bağlı məsələlər diqqət mərkəzindədir. Bu sözləri xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında söyləyib.
O bildirib ki, ümumilikdə Azərbaycanın dəmir yolu və infrastrukturu işğal zamanı Ermənistan tərəfindən məqsədli olaraq məhv edilib.
"Ümid edirəm ki, Ermənistan TRIPP layihəsi üzrə öhdəliklər götürəndə, yəqin ki, dəmiryol sisteminin Rusiya nəzarətində olmasını nəzərə alıb" - deyən nazirin sözlərinə görə, Ermənistanın mövqeyi ondan ibarətdir ki, TRIPP üzrə inşa ediləcək dəmir yolunun Rusiyaya aidiyyəti olmayacaq: "Burada məntiq ondan ibarətdir ki, Rusiya və Ermənistan arasında müqavilə imzalananda TRIPP layihəsi mövcud deyildi".
C.Bayramov bildirib ki,delimitasiya işləri dayanmayıb, işlər davam edir. İki ölkədə komissiyalar intensiv çəkildə fəaliyyətdədirlər. Nazir qeyd edib ki, bu iş yalnız yalnız görüşlərdən ibarət deyil. Delimitasiya çox mürəkkəb prosesdir. Çox texniki detallar var.
"Ümumi yanaşmada razılıq var. Razılıq ondan ibarətdir ki, delimitasiya şimaldan-cənuba həyata keçiriləcək. Delimitasiya birdəfəlik deyil, hissə-hissə həyata keçiriləcək. Anklav və ekslav torpaq məsələləri də öz həllini tapacaq",-deyə nazir qeyd edib.
ZÜMRÜD