Bir çox məhsullar Gürcüstan üzərindən Ermənistana danışacaq. Yaxın gələcəkdə biz bu məsələdə hər hansı problem görmürük. Tariflərlə bağlı razılıq əldə edilib.
Trend xəbər verir ki, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, Ermənistanla birbaşa nəqliyyat təmaslarını isə indiki zamanda şərh etmək istəməzdim. Gələcəkdə isə bunu mümkünsüz hesab etmirəm.
O qeyd edib ki, birbaşa nəqliyyat təmaslarla bağlı hazırda açıq mövzular var.
Nazirin sözlərinə görə, neft məhsullarının Ermənistana satışı ilə bağlı qarşı tərəfdən sorğu daxil olanda ilkin danışıqlar əsnasında Gürcüstan tərəfinə təklif olunan tarif çox yüksəkdir. Nazir qeyd edib ki, bu Azərbaycan tərəfindən bəlli bir suallar yaratdı. Çünki bu mövcud praktikaya uyğun deyildi: "Gürcüstan rəhbərliyi bu məsələdən xəbər tutan kimi məsələni nəzarətə götürdü, vəziyyəti kökündən dəyişdi, artıq tarif məsələsi öz həllini tapıb, şirkətlər qiymət məsələsində razılaşıb".