çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNDİ

Image


M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.​

Məktubda deyilir:

"Möhtərəm İlham Heydər oğlu.

İcazə verin, doğum gününüz münasibətilə Sizi M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin minlərlə nəfərdən ibarət kollektivi adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edim.

Ədalət prinsiplərinə, sosial məsuliyyətə sadiqliyiniz və vətəndaşların rifahına göstərdiyiniz qayğı səmimi heyranlıq doğurur. Azərbaycan Respublikasının sabitliyinin, təhlükəsizliyinin və rifahının təmin edilməsi istiqamətində göstərdiyiniz səylər ölkəyə öz iqtisadi, mədəni potensialını qoruyub saxlamağa və artırmağa imkan verib ki, bu da müasir şəraitdə xüsusilə böyük əhəmiyyət kəsb edir.

Sizin elm və təhsilin inkişafına verdiyiniz töhfəni, innovativ layihələrə göstərdiyiniz dəstəyi və ənənəvi dəyərlərin qorunmasını xüsusi qeyd etmək istərdim. Bütün bunlar gələcək nəsillər üçün möhkəm təməl yaradır.

Əminəm ki, Moskva Dövlət Universiteti ilə Azərbaycanın elm və təhsil mərkəzləri arasında əməkdaşlığın gələcək inkişafı ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcəkdir.

İcazə verin, Moskva Dövlət Universitetinin Bakı şəhərindəki filialına göstərdiyiniz əvəzsiz dəstəyə, həmçinin ümumilikdə təhsil və elmin inkişafı məsələlərinə ayırdığınız diqqətə görə Sizə səmimi minnətdarlığımı və təşəkkürümü bildirim.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, doğma ölkənizin rifahı və dövlətlərimiz arasında hərtərəfli əməkdaşlığın inkişafı üçün nəzərdə tutduğunuz bütün planların həyata keçməsində uğurlar arzulayıram".

xxx

Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.​

Məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Sizi Dünya Azərbaycanlı Alimlər Birliyinin üzvləri adından və şəxsən öz adımdan doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

2022-ci ildə gözəl Şuşamızda Sizin də iştirakınızla keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər qurultayındakı çıxışımda dediyim kimi, mən qalib Ordumuzun və Müzəffər Ali Baş Komandanımızın yanında olan diaspor ordusunun bir nümayəndəsiyəm.

Sizin 2024-cü ilin sentyabr ayında Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçılarına ünvanladığınız müraciətin bizə - xaricdə yaşayan və ürəyi daim Azərbaycanla döyünən elm adamlarına necə gözəl təsir bağışladığını, nə qədər ruh yüksəkliyi verdiyini sözlərlə ifadə etmək qeyri-mümkündür.

Cənab Prezident, mən 35 ildən çoxdur ki, Almaniyada yaşayan bir diaspor nümayəndəsi, həm də Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri kimi bildirirəm ki, hər zaman Sizin yanınızdayıq.

Allah Sizi və qalib xalqımızı qorusun!"

xxx

Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri Məhəmməd Əbunəyyan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.​

Məktubda deyilir:

"Zati-aliləri.

“ACWA Power” şirkətinin Direktorlar Şurası və bütün kollektivi adından Sizə doğum gününüz münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Bu əlamətdar gün Azərbaycan Respublikasına inkişafın bütün sahələrində nailiyyətlər qazandıran uzaqgörən liderliyinizi qeyd etmək üçün yaxşı fürsət yaradır.

Zati-alinizin müdrik və qətiyyətli rəhbərliyi altında Azərbaycan suverenliyini, ərazi bütövlüyünü bərpa etmiş və möhkəmləndirmiş, bu da beynəlxalq ictimaiyyətdə dərin hörmət, ölkə vətəndaşlarında böyük qürur hissi yaratmışdır. Azad edilmiş ərazilərin uğurla bərpası və inteqrasiyasından tutmuş mühüm əhəmiyyətə malik regional və qlobal enerji layihələrinə qədər Azərbaycanın əldə etdiyi çox böyük nailiyyətlər Sizin uzaqgörənliyinizin və xalqınızın firavanlığına sarsılmaz sadiqliyinizin əyani sübutudur.

İqtisadi şaxələndirməyə, ardıcıl inkişafa və yaşıl keçidə davamlı diqqət yetirməyiniz firavan və sabit gələcəyin təməlini təşkil edir. COP29-a ev sahibliyi etmək şərəfi Azərbaycanın artan qlobal təsirini, davamlı və təhlükəsiz enerji mənzərəsinin formalaşdırılmasında liderliyini nümayiş etdirir.

“ACWA Power” bu mühüm prosesləri dəstəkləməkdən və öz töhfəsini verməkdən qürur duyur. Tərəfdaşlığımız vasitəsilə Zati-alinizin daha təmiz, daha təhlükəsiz enerji gələcəyi ilə bağlı təşəbbüslərinə dəstək verərək, ölkələrimiz arasında əlaqələri daha da möhkəmləndirməyə sadiq qalırıq.

Zati-aliləri, Sizə ən yüksək ehtiramımı, cansağlığı, xoşbəxtlik, uğurlar, Azərbaycan xalqına davamlı sülh və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm".

xxx

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktoru Andrey Kondraşov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.​

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Rusiyanın TASS informasiya agentliyinin kollektivi Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir.

Rusiya ilə Azərbaycan arasında mehriban qonşuluq prinsiplərinə əsaslanan və zamanın sınağından çıxmış sıx münasibətlər mövcuddur. Sizin bu ilin oktyabr ayında Düşənbədə Rusiyanın dövlət başçısı ilə görüşünüz iki ölkə arasında əməkdaşlığın konyunktur dalğalanmalarına məruz qalmamasının bariz nümunəsi oldu. Həmin görüş Moskva ilə Bakının konstruktiv dialoqa və regional sabitliyin birgə gücləndirilməsinə hazır olduğunu nümayiş etdirdi.

İqtisadi və humanitar sahələrdə birgə proqramların həyata keçirilməsini və dövlətlərarası əlaqələrin genişləndirilməsini təşviq etməklə Siz hər iki ölkə üçün uğurlu gələcəyə zəmanət verən tarixi təməli möhkəmləndirirsiniz.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, sülh, firavanlıq və Azərbaycan-Rusiya münasibətlərinin yaxşılaşması istiqamətində təşəbbüslərinizdə yeni uğurlar arzulayıram".

xxx

Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.​

Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Zati-alinizi səmimiyyətlə təbrik edir, Sizə və ailənizə cansağlığı, uzun ömür, xoşbəxtlik və rifah arzulayıram.

Zati-alinizin Ali Baş Komandan kimi qətiyyətli rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi və 24 saatlıq antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi təkcə qardaş Azərbaycan xalqı üçün deyil, həm də Türkiyə xalqı üçün böyük qürur və şərəf mənbəyi olmuşdur.

Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanla birlikdə həyata keçirdiyiniz ortaq ideallar və uğurlu əməkdaşlıq bizə gələcək üçün böyük ümid və ruh yüksəkliyi verir.

Sizin Qafqazda sülhün memarı kimi humanist və müdrik siyasətinizlə bütün dünyaya nümunəvi liderlik göstərdiyinizi böyük heyranlıqla izləyirik.

Qardaş Azərbaycanın bütün məqsədlərinə uğurla çatacağı ümidi ilə qarşıdan gələn Yeni il münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Zati-alinizə dərin hörmət və ehtiramımı bildirirəm".

xxx

Rusiya Federasiyasının “Sberbank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri German Qref Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.​

Məktubda deyilir:

"Çox hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.

Sizin çoxillik ali dövləti fəaliyyətiniz Azərbaycanın inkişafının əsas mərhələləri ilə ayrılmaz şəkildə bağlıdır. Strateji məsələlərə ardıcıl yanaşmanız, eləcə də dövlətin dayanıqlılığının gücləndirilməsi və vətəndaşların rifahının yaxşılaşdırılması işlərində xidmətləriniz Sizə həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda layiqli hörmət qazandırıb.

Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi modernləşmə və milli potensialının gücləndirilməsi prioritetlərini inamla reallaşdırır. Sizə xas olan strateji baxış və uzunmüddətli hədəflərə çatmaz əzminiz ölkənin bundan sonra da davamlı şəkildə irəliyə hərəkət etməsi üçün möhkəm təməl yaradır.

Mürəkkəb və dinamik şəkildə dəyişən qlobal gündəm şəraitində düşünülmüş qərarlar, eləcə də tərəfdaşlarla davamlı, praqmatik və qarşılıqlı hörmətə əsaslanan əlaqələrin genişləndirilməsi ilə bağlı nümayiş etdirdiyiniz mövqe xüsusilə dəyərlidir.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, tükənməz enerji, hər zaman ruh yüksəkliyi və Azərbaycanın rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Əminəm ki, müdrikliyiniz və liderlik istedadınızla bundan sonra da ölkənizin tərəqqisi üçün böyük işlər görməkdə davam edəcəksiniz".

xxx

İordaniya Haşimilər Krallığının Vəliəhd Şahzadəsi II Əl-Hüseyn bin Abdullah Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.​

Məktubda deyilir:

"Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm".

xxx

“TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Asset Assavbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.​

Məktubda deyilir:

"Zati-aliləri, hörmətli İlham Heydər oğlu.

“TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi adından və şəxsən öz adımdan Sizə dərin ehtiramımı bildirir, doğum gününüz münasibətilə səmimi təbriklərimi çatdırıram.

Bu əlamətdar gündə Sizə, yaxınlarınıza və bütün Azərbaycan xalqına möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və rifah arzu edirəm.

Sizin uzaqgörən rəhbərliyinizlə Azərbaycan Respublikası dinamik iqtisadi artımı, institusional islahatları və fəal xarici siyasəti özündə ehtiva edən inkişaf kursunu davam etdirir. Bütün sahələrdə əldə edilən nailiyyətlər ölkənin beynəlxalq əməkdaşlığının genişləndirilməsi, regional və qlobal səviyyələrdə nüfuzunun möhkəmləndirilməsi üçün möhkəm təməl yaradır.

“TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi Azərbaycanın tərəqqisi və əməkdaşlığın çoxsaylı sahələr üzrə, o cümlədən nəqliyyat sektorunun təkmilləşdirilməsi istiqamətində göstərdiyiniz səyləri dərin hörmətlə qeyd edir. Fürsətdən istifadə edərək, Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin bütün iştirakçı ölkələrinin mənafeyi naminə “TRACECA”-nın fəaliyyətinə Azərbaycan Respublikasının göstərdiyi dəstəyə görə səmimi minnətdarlığımızı bildirirəm.

Zati-aliləri, Sizi bir daha təbrik edir, ən xoş arzularımı bildirirəm".

xxx

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.​

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Siz əsl Azərbaycan vətənpərvəri, güclü və müdrik dövlət xadimisiniz. Siz ildən-ilə doğma ölkənizi daha böyük tərəqqiyə doğru aparır, respublika vətəndaşlarının həyatının bütün sahələrinin planlı və dinamik inkişafına töhfə verirsiniz. Sizin həyatınız parlaq səhifələr və böyükmiqyaslı nailiyyətlərlə zəngindir. Vətənin mənafeyi naminə uzun illər ərzində göstərdiyiniz fədakar fəaliyyətin əhəmiyyətini yüksək qiymətləndirməmək mümkün deyil.

Qoy həyatınızın növbəti ili yeni qələbələrlə və bütün təşəbbüsləriniz uğurlarla əlamətdar olsun!

Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik, hər zaman ruh yüksəkliyi, tükənməz enerji və rifah arzulayıram".

xxx

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.​

Məktubda deyilir:

"Zati-aliləri.

“Mir” Dövlətlərarası Teleradio Şirkəti adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə ən səmimi və xoş arzularla təbrik edirəm.

Sizə və yaxınlarınıza möhkəm cansağlığı, rifah, qarşıya qoyduğunuz məqsədlərin həyata keçməsində bundan sonra da uğurlar, Azərbaycan xalqına isə davamlı sülh və firavanlıq arzulayıram".

xxx

“Azİz” – İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Adam Amilov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.​

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizə doğum gününüz münasibətilə səmimi təbriklərimi çatdırıram.

Biz İsraildə Sizin Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmlənməsinə xidmət edən fəaliyyətinizi diqqətlə izləyirik. Siz dəfələrlə xarici təzyiqlər qarşısında əyilməyən lider kimi qətiyyət nümayiş etdirmisiniz. Biz israillilər dövlətimizlə qurduğunuz və bütün cəhdlərə baxmayaraq, heç kəsin xələl gətirə bilmədiyi dostluğa və tərəfdaşlığa görə Sizə səmimi-qəlbdən minnətdarıq.

Azərbaycan yəhudiləri, eləcə də ölkənizdəki digər azlıqların nümayəndələri dini etiqad azadlığına, təhlükəsizliyə, bərabər hüquqlara, antisemitizmə yol verilməməsinə görə Sizə təşəkkür edirlər.

Sizin Qarabağın işğaldan azad edilməsi ilə nəticələnən addımlarınız dünyada çox sayda xalqa ədalətin bərpa oluna biləcəyi ümidini verib. Bəzən bu, dərhal baş vermir, çünki bunun üçün gücü və münasib zamanı müəyyənləşdirməyə imkan verən müdriklik tələb olunur. Həqiqi nəticələr məhz bu yolla əldə edilir. Əsl dövlət liderləri “birgünlük siyasətçilər”dən fərqli olaraq məhz belə davranırlar.

Cənab Prezident, Sizin uğurlarınızı saymaqla bitməz. Azərbaycanın Sizin rəhbərliyinizlə sürətlə inkişaf etməsi, regionun lider dövlətinə çevrilməsi xüsusi qeyd edilməlidir.

İstər xarici ölkə liderlərinin, istərsə də milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycanda və dünyada yaşayan sadə insanların Sizə olan hörməti gördüyünüz işlərin bəhrəsidir. Ölkənizin rifahı naminə fəaliyyətiniz Sizə böyük ehtiram və rəğbət yaradıb.

Cənab Prezident, biz Sizin hamıya təklif etdiyiniz bu dostluq formulunu alqışlayırıq - Azərbaycan bərabərhüquqlu münasibətlər əsasında sizin dostunuz olmağa hazırdır. Lakin heç vaxt Azərbaycana nəyisə zorla qəbul etdirməyə çalışmayın.

Tam şəkildə əminik ki, Siz həm ölkə daxilində, həm də xaricdə yaşayan azərbaycanlılara hələ çoxlu qələbələr, nailiyyətlər bəxş edəcəksiniz.

Əziz İlham Heydər oğlu, icazə verin, doğum gününüz münasibətilə Sizi bir daha təbrik edim, Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycanı bundan sonra da uğurlara və firavanlığa doğru aparan fəaliyyətinizdə bol enerji arzulayım".



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ