çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Azərbaycan benzini Ermənistanda siyasi ehtirasları qızışdırır - cəmiyyət isə "ucuz qiymət" deyir...

Image


SOCAR-ın istehsal etdiyi Aİ 95 markalı benzindən ibarət 22 vaqonluq yükün Ermənistana çatması və satışa çıxarılması ilə bağlı bu ölkədə isrerika davam edir. Bir daha xatırladaq ki, Azərbaycan neft məhsullarının Ermənistana göndərilməsi barədə razılaşma noyabrın 28-də Qəbələdə Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mher Qriqoryan görüşündə əldə edilib.

Artıq Ermənistanın “Run Oil” yanacaqdoldurma məntəqələrində Azərbaycan benzininin satışına başlanıb. Yanacaqdoldurma məntəqələrinin daxil olduğu “Mega Trade” şirkətinin direktoru Karen Hayriyan “Azatutyun” radiosuna bildirib ki, Azərbaycan yanacağı artıq İrəvan da daxil olmaqla, Ermənistanın müxtəlif bölgələrindəki bütün “Run Oil” yanacaqdoldurma məntəqələrində 430 dramdan satılır ki, bu da əvvəllər elan edilmiş 440 dramdan daha ucuzdur: “Əvvəlcə ilkin qiymət elan etdik, amma hesablamalardan sonra benzinin qiymətini 430 dram olaraq təyin edə bildik”. O, Azərbaycan benzininin satışı ilə bağlı heç bir narahatlığının olmadığını, əgər narahat olsaydılar, 11 vaqon yanacaq almazdıqlarını bildirib. Hakimiyytə yaxın millət vəkili Xaçatur Sukiasyanın ailəsinə məxsus “Mega Trade” şirkəti Azərbaycandan təxminən 600 ton yanacaq alıb. Lakin bu günə qədər kimliyini gizli saxlayan başqa bir Ermənistan şirkəti təxminən eyni miqdarda Azərbaycan yanacağı alıb. “Run Oil” yanacaqdoldurma məntəqəsindən istifadə edən sürücülərin əksəriyyəti kamera qarşısında, ucuz olsa belə, Azərbaycan mənşəli yanacaq almayacaqlarını iddia edirlər. Amma “Run Oil” yanacaqdoldurma məntəqələri belə bir problemlə qarşılaşmadıqlarını bəyan edir. Ermənistan hakimiyyəti baş verənləri, Ermənistan-Azərbaycan razılaşmasını sülh yolunda vacib hesab etsə də, müxalifət nümayəndələri Azərbaycan benzininin boykot edilməsinə çağırırlar. "Parlaq Ermənistan" partiyasının rəhbəri Edmon Marukyan bildirib: “Biz Azərbaycan benzininin alışını boykot edəcəyik, çünki sonda müharibədə məğlub olmaq bir şeydir, amma bundan sonra da özümüzə hörmət etmədiyimizi göstərməyə davam etmək tamamilə başqa bir şeydir”. Azərbaycan benzini ətrafında qızğın ehtiraslar fonunda müxalifətə yaxın bir saxta “Facebook” istifadəçisi Vanadzordakı “Run Oil” yanacaqdoldurma məntəqəsində Azərbaycan yanacağı mövzusunda mübahisə olduğu və yanacaqdoldurma qurğularının itkin düşmüş hərbçinin qardaşı ilə yanacaqdoldurma məntəqəsi işçiləri arasında mübahisə nəticəsində zədələndiyi barədə məlumat yayıb. “Mega Trade" bu məlumatı təkzib edib. Polis həmçinin "Azatutyan"a belə bir halın olmadığını və həyəcan siqnalı verilmədiyini bildirib.

Müxalifətdə olan "Bizim Yol" hərəkatının koordinatoru Narek Karapetyan da hökumətin Azərbaycandan benzin idxalının iqtisadi cəhətdən faydalı olması ilə bağlı iddialarına münasibət bildirib: “Mediada yayılan məlumatlara görə, 1,5 milyon dollar dəyərində Azərbaycan benzini idxal edilib. Azərbaycan Vergi Xidmətinin məlumatına görə, ölkədə ÜDM-in vergi gəlirlərinə nisbəti 20-25 faizdir. Bu arada, Azərbaycanın dövlət xərclərinin 30-40 faizi, bəlkə də bir qədər az hissəsi hərbi xərclərə xərclənir. Buna görə də, mənim hesablamalarıma görə, 1,5 milyon dollar dəyərində benzin idxal etməklə, Azərbaycan ordusunu təxminən 80.000-100.000 dollar maliyyələşdirdik. Bəs Azərbaycandan təhlükə görmürükmü? Əgər biz artıq onları effektiv şəkildə maliyyələşdiririksə, bu böyüklükdə təhlükə görmürükmü? Benzin aldığımız zaman SOCAR vergi ödəyir. Vergilər neft fonduna gedir, neft fondu vəsaitləri büdcəyə, büdcə isə onları orduya köçürür. Ordu silah alır və onları erməni əsgərlərinə qarşı - bizim, sizin və mənim soyadımız olan insanlara qarşı istifadə edir. Məgər burada onların ordusunu maliyyələşdirməyimiz təhlükəsi yoxdurmu?”. Ermənistanın sabiq baş naziri Hrant Baqratyan da bu mövqeni bölüşür: “Hər nə olursa olsun, əsas məzəli məqam başqadır: erməni oliqarxlar niyə Azərbaycan büdcəsini doldurmağa qərar veriblər? Necə deyərlər, “səsi eşidib, haradan gəldiyini bilmirlər”. Axı ödənilən pullar həmin ölkənin büdcəsinə gedəcək və sonra silaha çevrilərək bizim ordumuza qarşı istifadə olunacaq. Siz nə edirsiniz? “Biznesdir, edirik” deyə özünüzü məsum göstərməyə ehtiyac yoxdur. “Nə olub ki, Ermənistan onlarla ölkə ilə ticarət edir”. “Niyə başqa yerdən alaq, qonşudan almaq olar”. Əminəm ki, bu addım hökumət tərəfindən təşviq edilib. Əlbəttə, haqlısınız, Gürcüstan və İranla da ticarət edirik. Ticarət balansı da mənfidir. Amma birincisi, nə biri, nə də digəri bizim mövcudluğumuza təhlükə yaradır. İkincisi, Ermənistanın məhsul və xidmətlərinin həmin ölkələrə ixracına qadağa yoxdur. Bir cəhd edin, baxın: Azərbaycana və ya Türkiyəyə on şüşə konyak ixrac edə biləcəksinizmi?. Ümumiyyətlə, Azərbaycan və Türkiyə ilə bağlı bizim idxal iqtisadi baxımdan nəzarət altında olmalıdır. Necə? Bu ölkələrdən nə qədər idxal ediriksə, o qədər də ixrac etməliyik. Əks halda, biz onların silahlı qüvvələrini maliyyələşdiririk. Baş nazir, onun iqtisadi məsələlər üzrə müavini və iqtisadiyyat naziri bu elementar məsələləri anlamalı idilər”. Amma “Qraparak” nəşri isə yazır ki, benzinin Ermənistanda satışa çıxarılması Paşinyan hakimiyyətinin ictimai şüuru dəyişmək məqsədindən qaynaqlanır: “Ermənistanda bir çox insan daha münasib qiymətə olan Azərbaycan benzini alacaq. Hökumət də deyəcək ki, baxın, cəmiyyətdə heç bir problem, yaxud düşmənçilik yoxdur, Azərbaycanla sülhü ictimaiyyət istəyir”.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ