Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illiyi münasibətilə “Bakı-Xəbər” media qrupunun rəhbəri, Əməkdar jurnalist Aydın Quliyev, əməkdaşlar Vidadi Xudaşov, Günel Cəlilova və İradə Sarıyeva “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
“Bakı-Xəbər” media qrupunun rəhbəri Aydın Quliyev təltif olunan redaksiya əməkdaşlarına medalları təqdim edib.
Qeyd edək ki, yubiley medalı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli mətbuatın tarixi missiyasına, jurnalist əməyinə və medianın cəmiyyətin inkişafındakı mühüm roluna verdiyi yüksək qiymətin bariz ifadəsi olaraq, dövlət başçısının 20 fevral 2025-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş müvafiq qanunvericilik dəyişiklikləri əsasında təsis edilib.
Namiq QULİYEV