çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Azərbaycan benzini revanşist ermənilərə rahatlıq vermir...

Image


Məlum olduğu kimi, 2024-cü ilin iyul ayında Azərbaycanda "Avro-5" keyfiyyət göstəricilərinə uyğun olaraq Aİ-95 markalı avtomobil benzininin istehsalına başlanılıb. Bu səbəbdən həmin ilin 15 iyul tarixində Aİ-95 benzininin 1 litrinin qiyməti 40 qəpik ucuzlaşaraq 1 manat 60 qəpik oldu. Həmin vaxta qədər Azərbaycan Aİ-95 benzinini yalnız xarici ölkələrdən idxal edirdi.

Hazırda yerli istehsal bu marka benzinin ölkədə daha ucuz qiymətə satılmasına imkan verir. Eyni zamanda Azərbaycan bu məhsulun müəyyən həcmdə ixracına da başlayıb və onun alıcıları sırasında Ermənistan da var. Azərbaycan həm də regionda sülh və əməkdaşlığın təşviqi üçün belə bir addım atıb. Lakin Ermənistanda bu halı hələ də düzgün qiymətləndirməyənlər, məsələdə başqa mənfi məqamlar axtarmağa çalışanlar var. Məsələn, enerji üzrə ekspert Vahe Davtyan özünün “Facebook” səhifəsində belə bir cəfəng iddia irəli sürüb ki, Azərbaycandan Ermənistana idxal edilən benzin üçüncü ölkədən ola bilər: “Bir neçə gün əvvəl Ermənistan Azərbaycandan ilk benzin partiyasını idxal etdi. Üstəlik, idxalın yüksək keyfiyyətli Aİ-95 benzin olduğu açıqlandı. Gəlin quru rəqəmlərə və faktlara əsaslanaraq, bu iqtisadi hərəkəti geosiyasi kontekstdən kənarda nəzərdən keçirək. Azərbaycanda 1976-cı ildə istifadəyə verilmiş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu fəaliyyət göstərir. Zavod, demək olar ki, hər iki ildən bir, vaxtaşırı təmir üçün bağlanır. Bu o deməkdir ki: a) Azərbaycan həmçinin neft məhsullarının, xüsusən də mühərrik yanacağının idxalından asılıdır; b) Azərbaycan yüksək texnologiyalı həllər tələb edən Aİ-95 benzinini tam şəkildə əldə edə bilmir. Bu fərziyyələri əsaslandırmaq üçün rəsmi rəqəmlərə nəzər salaq. Azərbaycanda Aİ-95 benzininin istehsalına bu yaxınlarda, 2024-cü ilin ikinci yarısında başlanılıb. Daxili bazarda satışını təmin etmək üçün hökumət idxal benzinlə rəqabət qabiliyyətini təmin etmək məqsədilə xüsusi qərarla daha aşağı qiymət müəyyən edib. Lakin bu proteksionist metod heç bir kömək etmədi və bu, əsasən, Azərbaycanda istehsal olunan Aİ-95-in keyfiyyətinin aşağı olması ilə bağlı idi. Nəticədə, 2025-ci ilin yanvar-sentyabr aylarında Bakı Neft Emalı Zavodu daha aşağı keyfiyyətli AI-92-yə üstünlük verərək 45,02% az Aİ-95 istehsal edib. Ən əsası isə, Aİ-95 istehsalı Azərbaycanın 2026-cı il dövlət büdcəsinə daxil edilməyib. İstehsal prosesi bahadır və onun bazarda satışı xüsusi dövlət tənzimləməsinə tabedir. Qeyd etmək lazımdır ki, Azərbaycan benzinin, xüsusən də Aİ-95 benzininin idxalçısıdır və bunun 85-90%-i Rusiya, Rumıniya və BƏƏ-dən idxal olunur. Beləliklə, Azərbaycanın üçüncü ölkədən mənşəli benzini Gürcüstan vasitəsilə Ermənistana göndərməsi ehtimalı yüksəkdir. Bu, Qara dəniz və ya Yuxarı Lars vasitəsilə, daha sonra isə Gürcüstan infrastrukturu vasitəsilə Ermənistana idxal edilən benzinlə eynidir. Bunlar “iqtisadi əlaqələr”dir”. Burada yenə tipik və məkrli bir erməni yanaşması hiss edilir.

Əvvəla, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu heç də iddi aedildiyi kimi 2 ildən bir təmirə dayanmır. Planlı təmir isə istehsal prosesinə xələl gətirmir. İkincisi, erməni ekspertin iddiasına əsasən, Aİ-95 istehsalı Azərbaycanın 2026-cı il dövlət büdcəsinə daxil edilməyib. Yəni bu növ benzinin isthsalı guya Azərbaycanda dayanacaq. Halbuki, rəsmi məlumata əsasən, 2026-cı ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda Aİ-92 və Aİ-95 markalı benzin istehsalı davam etdiriləcək. Qeyd edilib ki, zavodda tətbiq olunan müasir texnologiyalar və yenilənmiş istehsal infrastrukturu istehlakçılara yüksək keyfiyyətli və ekoloji standartlara cavab verən yanacaq təqdim edilməsinə imkan yaradır. Üçüncüsü, xaricdən alınan Aİ-95 markalı benzini Azərbaycanda konkret şirkətlər alır. Onlar üçün isə həmin məhsulu Azərbaycanda satmaq daha sərfəlidir, daha Ermənistanda yox. Azərbaycanla Ermənistan arasında normallaşma prosesi 2025-ci il avqustun 8-də Vaşinqton görüşündən sonra daha da sürətlənib. Azərbaycan həmin sənəddən irəli gələn məsələləri Ermənistana taxıl daşınması və neft məhsulları ötürməklə həyata keçirir. Rəsmi Bakı anlaşmada nəzərdə tutulanları həyata keçirməklə ərazi bütövlüyü, sülh, normallaşma, əməkdaşlığa sadiqliyini nümayiş etdirir. Azərbaycan bu addımı ilə Ermənistana təhlükəsiz və etibarlı alternativlər təqdim edir. Rəsmi Bakı həm də regional əməkdaşlığın qlobal əhəmiyyətini də göstərir. Azərbaycan yerli neft məhsulunu Ermənistana ötürməklə ikitərəfli qarşılıqlı ticarət əlaqələrinin də əsasını qoyur. Növbə iki ölkə arasında birbaşa kommunikasiya xətlərinin, xüsusən Zəngəzur dəhlizinin açılmasınındır. Ermənistanda bundan narahat olanlar ən ucuz variantlara əl atırlar. Azərbaycandan gələn benzinlə bağlı cəfəngiyyatlar da elə bundan qaynaqlanır. Onu da qeyd edək ki, erməni vəkil Raffi Aslanyanın sözlərinə görə, Ermənistanda Azərbaycandan gətirilən Aİ-95 benzinin litri 440 dram (təxminən 1,97 manat) qiymətinə satılır. Qeyd edək ki, buna qədər Ermənistanda Aİ-95 benzinin 1 litri 520-530 drama (2,32 – 2,36 AZN) satılıb.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ