çərşənbə axşamı günü, 23 dekabr 2025
     

Prezident İlham Əliyev “Xankəndi-1” elektrik yarımstansiyasının açılışını etdi

Image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərində “AzərEnerji” ASC-nin 110/35/10 kV-luq “Xankəndi-1” elektrik yarımstansiyasının açılışında iştirak edib.

“Azərenerji” ASC-nin idarə heyətinin sədri Baba Rzayev dövlətimizin başçısına həyata keçirilmiş işlər barədə məlumat verdi.

Qeyd edək ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərin dayanıqlı elektrik enerjisi təchizatı infrastrukturunun yaradılması ilə bağlı tapşırıqlarına əsasən, Xankəndi şəhərində müasir şəhər şəbəkəsi modelinə uyğun 110/35/10 kilovoltluq qapalı tipli yarımstansiya tikilib. Xankəndi və ətraf ərazilərin ölkə enerjisisteminə qoşulması üçün Şuşa şəhərindən Xankəndiyə çətin dağlıq və meşəlik relyefdən keçməklə 1,8 kilometri yeraltı kabel olan, ümumilikdə 11 kilometrlik yüksəkgərginlikli ötürmə xətti çəkilib. Bu yarımstansiya işğaldan azad edilmiş ərazilərdə 110 kV-luq gərginlik sinfi üzrə tikilmiş ilk qapalı tipli yarımstansiyadır. Burada bütün avadanlıq və qurğular, o cümlədən transformatorlar binanın daxilində yerləşdirilib.

Bildirilib ki, yarımstansiyada ən müasir mikroprosessor tipli Rəqəmsal İdarəetmə Mərkəzi qurulub. Bu Micro-SCADA sistemi “AzərEnerji” ASC-nin mütəxəssisləri tərəfindən yaradılaraq ilk dəfə məhz Xankəndidə tətbiq olunub. Sistem yüksəkgərginlikli elektrik xətlərinin və avadanlıqların real vaxtda monitorinqi, idarə olunması və hadisələrin izlənməsini təmin edir. Yarımstansiyadan Xankəndi şəhəri, Ağdərə, Xocalı və Xocavənd rayonları etibarlı və dayanıqlı elektrik enerjisi alacaq.

Dövlətimizin başçısına Qarabağ və Şərqi Zəngəzurda 1000 kilometrədək məsafədə yaradılmış dairəvi elektrik təchizatı sisteminin və istismarının təşkilində innovativ texnologiyaların tətbiqi barədə də məlumat verildi.

Diqqətə çatdırıldı ki, “AzərEnerji” ASC tərəfindən Qarabağda və Şərqi Zəngəzurda rekord müddətdə - cəmi 5 il ərzində 1000 kilometr uzunluğunda yüksəkgərginlikli ötürmə xətləri çəkilərək 12 yeni yarımstansiya ilə zəncirvari şəkildə əlaqələndirilib, 330 və 110 kV-luq ikipilləli dairəvi elektrik təchizatı yaradılıb. Bunun üçün yeni Cəbrayıl Enerji Qovşağı inşa edilib, “İmişli”, “Ağcabədi” və “Gəncə” yarımstansiyaları tam yenidən qurulub. Bu, Qarabağın və Şərqi Zəngəzurun enerji tarixində ən böyük yenilikdir, belə ki, istənilən istiqamətdə qəza baş verərsə, fasilə yaranmadan digər istiqamətdən avtomatik və dayanıqlı enerji təmin olunacaq.

Qeyd edək ki, “AzərEnerji” ASC tərəfindən istismarın təşkili üçün tətbiq edilən növbəti innovativ yenilik Qarabağda və Şərqi Zəngəzurdan başlanılmaqla bütün ölkəni əhatə edəcək Rəqəmsal Texnologiyalarla Yarımstansiya və Hava Xətlərinin Monitorinqi və Analizi sistemləridir. Bunun üçün ən müasir rəqəmsal cihaz və qurğular alınıb, yerli gənc mühəndis heyətinin xarici ölkələrdə ixtisasartırma kurslarında iştirakı təmin olunub. Yeni sistem avtomobil və xüsusi təyinatlı dronlar üzərində quraşdırılmış yüksək dəqiqliyə malik kameralar və teplovizorlarla elektrik stansiyası, yarımstansiya və xətlərdə görüntülərin əldə edilməsini, emalını və serverə göndərilməsini, həmçinin lazer texnologiyaları vasitəsilə ölçülərin, məsafələrin və qızma nöqtələrinin müəyyənləşdirilməsini təmin edir, beləliklə, adi gözlə görünməsi mümkün olmayan qəza riskləri aşkarlanır.

Prezident İlham Əliyevə “AzərEnerji” ASC tərəfindən “Yaşıl enerjiyə keçid” meqalayihələri barədə də məlumat verildi. Qeyd edildi ki, ölkənin ən böyük yarımstansiyası — 500 kV-luq “Nəvahi” yarımstansiyasında işlər tamamlanıb, “Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisistemə qoşulması və Səngəçal terminalının elektrikləşdirilməsi üçün Cəbrayılda 330, Səngəçalda isə 220 kV-luq yarımstansiyaların tikintisi yekunlaşıb. Azərbaycanda bərpaolunan enerji mənbələrinin dinamik inkişafı üçün Batareya Enerji Saxlanc sistemlərinin yaradılması sürətlə davam edir. MDB məkanında gücünə və tutumuna görə ən böyük Batareya Saxlanc sistemləri olan bu enerji obyektləri “Abşeron” və “Ağdaş” yarımstansiyalarının ərazilərində qurulur. Ölkədə yeni yaradılan 2 QVt bərpaolunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyasını asanlaşdırmaq və enerji sisteminin dayanıqlılığını gücləndirmək məqsədilə Geniş Ərazi Monitorinq və Geniş Ərazi İdarəetmə sistemləri tətbiq edilir.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

DİM rəhbəri 10 min "marker müəllimi" axtarır - nazirliyin sertifikasiyasından keçənlər onun işinə "yaramır"...

Bu film Vardanyanın keçmiş karyerini ifşa, gələcəyini məhv etdi - ilk seyrçilər danışır...

26 milyondan çox vergi borcu olan klinikanın maliyyə dövriyyəsi nə qədərdir...

SON XƏBƏRLƏR

23.12.2025 / 18:22
Rusiyanın məşhur müdafiə şirkətinin rəhbəri Qırmızı Meydanda özünü niyə yandırdı? – Arsenyevdən Putini ifşa edən açıqlamalar...

23.12.2025 / 17:53
Dövlət Komitəsinin sədri Türkiyə Cümhuriyyəti Diyanət İşləi İdarəsinin rəhbəri ilə görüşüb

23.12.2025 / 17:26
ABŞ bombanı partladı… Ukrayna qəbul etdi - o ərazilər rusların nəzarətinə keçəcək…

23.12.2025 / 17:12
Siqaret qaçaqmalçılığı ilə bağlı saxlananlar arasında vəzifəli şəxlər də var - SİYAHI

23.12.2025 / 17:08
Siqaret qaçaqmalçılığı ilə bağlı mütəşəkkil dəstə ifşa edildi - 17 nəfər həbs olundu, beynəlxalq axtarışa verilənlər var...

23.12.2025 / 16:55
Şəhid bulağından iki su kranı oğurlayan şəxs saxlandı

23.12.2025 / 16:46
Füzulidə iranlı narkotacir tutuldu

23.12.2025 / 16:38
İordaniya Kralı Prezident İlham Əliyevi təbrik etdi

23.12.2025 / 16:20
Ağdam Sənaye Parkında “Saloğlu Qarabağ” MMC-nin istehsal müəssisəsinin təməli qoyuldu - FOTO

23.12.2025 / 16:17
Ağdamda metal elektrik dirəklərinin istehsalı müəssisəsinin açılışı oldu - FOTO

23.12.2025 / 16:04
Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir

23.12.2025 / 15:50
“Böyük Qayıdış” Proqramı bu gün dünya miqyasında ən uğurla icra edilən qayıdış proqramıdır" - Prezident

23.12.2025 / 15:41
Rusiya Azərbaycan üzərindən Ermənistana taxıl göndərdi...

23.12.2025 / 15:38
Xocalının Ballıca kəndində ofis mebelləri və mebel aksesuarlarının istehsalı müəssisəsinin açılışı oldu - FOTO

23.12.2025 / 15:32
Pirotexniki vasitələr satan daha 4 nəfər saxlandı

23.12.2025 / 15:30
Prezident İlham Əliyev “Xankəndi-1” elektrik yarımstansiyasının açılışını etdi

23.12.2025 / 15:15
ABŞ-ın Lemkin İnstitutuna çağırış - Azərbaycandan üzr istəyin...

23.12.2025 / 15:01
Prezident Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasının açılışında...

23.12.2025 / 14:57
Şahbaz Şərif Prezident İlham Əliyevi təbrik etdi

23.12.2025 / 14:54
11 abituriyenti köməkçi vasitələrlə imtahana soxanlar məhkəmə qarşısında - 9 nəfərin nəticəsi ləğv edildi...

23.12.2025 / 14:52
Xankəndidə Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməli qoyuldu

23.12.2025 / 14:43
Prezident İlham Əliyev Kərkicahan qəsəbəsinə köçən sakinlərlə görüşdü - YENİLƏNDİ

23.12.2025 / 14:40
Prezident Kərkicahanda orta məktəb binasının açılışında iştirak etdi

23.12.2025 / 14:20
Medvedev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2025 / 13:58
DİN pirotexniki vasitələrlə bağlı vətəndaşlara müraciət etdi...

23.12.2025 / 13:34
Prezident İlham Əliyev Xankəndinin Kərkicahan qəsəbəsində olub - FOTO

23.12.2025 / 13:23
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı...

23.12.2025 / 13:16
Zahid Oruc azərbaycanlıların Ukrayna müharibəsinə qoşulmasında xarici kəşfiyyat mərkəzlərini günahlandırdı

23.12.2025 / 13:10
Последний выстрел России в сторону Азербайджана - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

23.12.2025 / 12:41
SOCAR 225 milyon dollara Türkiyədə elektrik stansiyası aldı...

23.12.2025 / 12:06
Həştərxan vilayətinin qubernatoru Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2025 / 11:50
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2025 / 11:37
İran Prezidentinin qızı Bakıya gəlib - bacı-qardaşlarımla görüşməkdən böyük məmnunluq duyuram

23.12.2025 / 11:30
"Təyyarə qəzasının səbəbləri ilə bağlı komissiya hələ bir müddət işləyəcək" - İlham Əmirov

23.12.2025 / 11:23
"Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin rəqabət qabiliyyətini daha da artıracaq" - Türkiyənin vitse-prezidenti

23.12.2025 / 11:16
Milli Məclis Prezident İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanladı

23.12.2025 / 11:10
Hakan Fidan: "Kipr Rum Administrasiyası fürsət tapdıqları yerdə bizə mane olur"

23.12.2025 / 10:58
"SOCAR Türkiyəyə 19 milyard dollar sərmayə qoymaqla qardaş ölkənin ən böyük xarici investorudur" - Əli Əsədov

23.12.2025 / 10:55
Ankarada Musiqi və Gözəl Sənətlər Universiteti ərazisindəki küçəyə dahi Üzeyir Hacıbəylinin adı verilib.

23.12.2025 / 10:35
"Azərbaycan bugünədək Türkiyə iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə qoyub" - Əli Əsədov

23.12.2025 / 10:23
II Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçirilir

23.12.2025 / 09:43
Təhsil ekspertlərini "biznesmen" adlandırdı - cavabını da sərt aldı...

23.12.2025 / 09:17
Prezident İlham Əliyev MDB "zirvəsinə" niyə də getməli idi ki?!...

23.12.2025 / 08:42
Gürcüstan qanunu ilə "Xəzər dənizi-Qara Dəniz" nəqliyyat marşrutu yaradıldı - Azərbaycan marşruta necə düşdü...

22.12.2025 / 21:55
Ermənistanda Rumıniya ssenarisi - Paşinyan Rusiyanın son dayaqlarını sarsıdır...

22.12.2025 / 21:42
DİM rəhbəri 10 min "marker müəllimi" axtarır - nazirliyin sertifikasiyasından keçənlər onun işinə "yaramır"...

22.12.2025 / 21:28
Yaponiya Azərbaycanın "meydançasında" misilsiz geosiyasi fəallığa başladı...

22.12.2025 / 21:25
Gürcüstanın Baş naziri Prezident İlham Əliyevi təbrik etdi

22.12.2025 / 21:15
Azərbaycan neftini Ermənistanda hakimiyyətə yaxın deputatın şirkəti satacaq…

22.12.2025 / 21:01
Əvvəl ermənilərə qulluq etdi, sonra ruslara - indi guya ABŞ kəşfiyyatına işləyir...

22.12.2025 / 20:48
Əliyevin Peterburq Zirvələrində iştirak etməməsinin sadə səbəbi var - "Biz AİB üzvü deyilik"…

22.12.2025 / 20:41
Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib

22.12.2025 / 20:35
“Ukraynada ölümlərə görə məsul deyilik, müharibəni biz başlamadıq” - Putin düzmü dedi...

22.12.2025 / 20:21
Bankir Eldar Qəribovun 17 milyonluq satılıq villasında adı keçən Lalə Hüseynova kimdir...

22.12.2025 / 20:08
7 ay komada qaldı - antiterror şəhidi Bağırov Ülvi...

22.12.2025 / 19:55
Azərbaycanda sayca 13-cü, lakin ən böyük amnistiya aktı - 20 mindən çox insanın həyatı dəyişir...

22.12.2025 / 19:41
Bu film Vardanyanın keçmiş karyerini ifşa, gələcəyini məhv etdi - ilk seyrçilər danışır...

22.12.2025 / 19:28
Ən geniş amnistiyanın ardınca böyük əfv gəlir - hüquqçular hərəkətə keçdilər...

22.12.2025 / 19:14
2012-də 26 milyard, 2024-də 7 milyard dollar - iqtisadi investisiyamız 3,5 dəfə azalıb...

22.12.2025 / 19:01
Böyük Britaniyanın Rusiyaya enerji sanksiyaları heç də Azərbaycana qarşı yönəlməyib

22.12.2025 / 18:50
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

22.12.2025 / 18:35
Paşinyan əl çəkdi, KTMT əl çəkmir...

22.12.2025 / 18:28
Nazir Vilayət Eyvazov sıra baxışı keçirdi - 120 nəfər növbəti mərhələyə keçdi...

22.12.2025 / 18:22
26 milyondan çox vergi borcu olan klinikanın maliyyə dövriyyəsi nə qədərdir...

22.12.2025 / 18:14
“Rəqəmsallaşma, süni intellekt və media savadlılığı” mövzusunda konfrans keçirilib - FOTO

22.12.2025 / 18:09
Makron Mersə xəyanət, Putinə xidmət etdi...

22.12.2025 / 18:05
Bakıda Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirildi - FOTO

22.12.2025 / 17:56
Putin əhali azalmasından narahat oldu - "Qafqazlılardan nümunə götürün"...

22.12.2025 / 17:48
Baltik dənizində Rusiya gəmisinə qarşı əməliyyat - İsveç əsgərləri Putinin gəmisinə girdi…

22.12.2025 / 17:44
Şəhərsalma və memarlıq siyasətində strateji dönüş ili

22.12.2025 / 17:40
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır

22.12.2025 / 17:35
Ukraynada prezident seçkilərinə hazırlıq başladı - Ali Radada işçi qrup yaradıldı...

22.12.2025 / 17:32
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

22.12.2025 / 17:27
Rusiya Maskın Starlink peyklərinə qarşı silah hazırlayır…

22.12.2025 / 17:25
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNDİ

22.12.2025 / 17:17
Nərimanovda tibb müəssisəsindən oğurluq edən şəxs tutuldu

22.12.2025 / 17:12
Sumqayıtda “işə düzəltmək” adı altında dələduzluq edən şəxs saxlandı

22.12.2025 / 17:04
Qərb kəşfiyyatı Rusiyanın keçmiş Sovet ölkələrinə hücuma hazırlaşıdığını iddia etdi…

22.12.2025 / 16:58
"Ötən il Ankarada imzalanmış Fəaliyyət Planı 78 faiz icra edilib" - Əli Əsədov

22.12.2025 / 16:55
Şərqin incisi sayılan, turistlərin heyran qaldığı - Halfeti

22.12.2025 / 16:46
Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz Zəfər parkını ziyarət edib

Azərbaycanda sayca 13-cü, lakin ən böyük amnistiya aktı - 20 mindən çox insanın həyatı dəyişir...

XƏBƏR ARXİVİ