çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Azərbaycan neftini Ermənistanda hakimiyyətə yaxın deputatın şirkəti satacaq…

Image


Ermənistanın baş naziri Nikol Paşinyan Sankt-Peterburqda keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında prezident İlham Əliyevə yüklərin Azərbaycan ərazisindən Ermənistan istiqamətində tranzitinin açılması və ikitərəfli ticarətin başlanması üçün şəraitin yaradılması ilə bağlı qəbul edilən qərara görə təşəkkürünü bildirib. Ermənistanın hökumət başçısı qarşılıqlılıq və bərabərhüquqluluq prinsipləri, habelə suverenlik və milli yurisdiksiyalar əsasında ticarət-logistika əməkdaşlığının inkişaf perspektivlərini qeyd edib.

Onun sözlərinə görə, baş verən müsbət və konstruktiv dəyişikliklər bu böyük regionun bütün ölkələri üçün yeni imkanlar yaradır, iqtisadi dayanıqlığın möhkəmləndirilməsinə və regional kommunikasiyaların genişlənməsinə töhfə verir: “Bu baxımdan, yüklərin Azərbaycan ərazisindən Ermənistan istiqamətində tranzitinin açılması, eləcə də ikitərəfli ticarətin başlanması üçün şəraitin yaradılması barədə qərara görə Azərbaycan Respublikasının prezidentinə minnətdarlığımı bildirirəm. Bu, regionda sülhün və sabitliyin bərqərar olunması çərçivəsində əldə edilmiş ilk və ən mühüm nailiyyətlərdən biridir”. Türkiyənin Karabük Universitetinin Beynəlxalq münasibətlər kafedrasının professoru Ali Asker bildirir ki, Azərbaycandan neft məhsulları daşıyan ilk yük qatarının Gürcüstan ərazisindən keçməklə Ermənistana göndərilməsi yalnız texniki və ya loqistik hadisə deyil: "Bu addım Cənubi Qafqazda formalaşmaqda olan yeni siyasi-iqtisadi reallığın aydın göstəricisidir və Azərbaycanın regionda sülh və əməkdaşlıq prosesinə verdiyi ardıcıl və məsuliyyətli töhfənin növbəti nümunəsi kimi dəyərləndirilməlidir. Analitik baxış bu prosesdə Azərbaycanın tam müstəqil və təşəbbüskar tərəf kimi çıxış etdiyini göstərir". O vurğulayıb ki, Azərbaycan regional enerji və nəqliyyat layihələrini heç bir xarici asılılıq olmadan həyata keçirmək gücünə malikdir: “Eyni zamanda, Ermənistan üçün bu əməkdaşlıq bir tərəfdən yeni iqtisadi imkanlar yaratsa da, digər tərəfdən uzun illər davam edən blokada siyasətinin formalaşdırdığı asılılıqları açıq şəkildə üzə çıxarır. Mövcud reallıq Ermənistanın regional kommunikasiya xətlərinə çıxışının və iqtisadi inteqrasiyasının Azərbaycanla münasibətlərin normallaşmasından birbaşa asılı olduğunu göstərir. Bu proses regionda iqtisadi qarşılıqlı asılılıqların yeni mərhələyə keçdiyini sübut edir”. Ekspert bildirib ki, sözügedən yük daşınması regional sülhün iqtisadi dayaqlar üzərində qurula biləcəyini nümayiş etdirir: "Sülh artıq yalnız siyasi bəyanatlar və diplomatik danışıqlar vasitəsilə deyil, konkret iqtisadi addımlarla təşviq olunur və bu yanaşma qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. Zəngəzur dəhlizinin və ümumilikdə regional kommunikasiya xətlərinin açılması nə qədər tez reallaşsa, Cənubi Qafqaz üçün bir o qədər faydalı olacaq. Kommunikasiyaların bərpası iqtisadi inteqrasiyanı dərinləşdirir və regionda dayanıqlı sülh üçün real zəmin yaradır. A. Asker vurğulayıb ki, davamlı sülh birtərəfli güzəştlər hesabına mümkün deyil. Sülh prosesi qarşılıqlı, aydın və hüquqi öhdəliklərə əsaslanmalı, ədalət və ləyaqət prinsipləri qorunmalıdır: “Azərbaycanın mövqeyi bu baxımdan prinsipialdır. Bakı regionda sülh və əməkdaşlığı konkret və praktik addımlarla nümayiş etdirir, lakin bu prosesin beynəlxalq hüquqa və milli maraqlara zidd istiqamətdə inkişaf etməsinə razı deyil”. O əlavə edib ki, neft məhsulları daşıyan ilk yük qatarının Ermənistana göndərilməsi Cənubi Qafqazda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu mərhələnin uğuru tərəflərin sülhə qısamüddətli deyil, uzunmüddətli strateji baxış prizmasından yanaşmasından asılı olacaq.

Amma görünən odur ki, Ermənistanda heç də hamı məsələyə real prizmadan yanaşmır. Məsələ ilə bağlı “armenianreport” portalı yazır: “Mühüm bir "tarixi" presedent baş verib: Azərbaycanda istehsal olunan benzin daşıyan qatar Ermənistana gəldi. Məlumatlara görə, onu hökumətyönlü deputat Xaçatur Sukiasyanın ailəsinə məxsus "Mega Trade" şirkəti satacaq. Köhnə rejim müharibə yolu ilə varlansa da (forma, ərzaq və bəli, yanacaqla bağlı çoxsaylı qalmaqalları xatırlayın), mövcud rejim "sülh" yolu ilə varlanır. Bəli, "sülh" sözünü dırnaq işarələri içərisində yazırıq, çünki ermənilər üçün aktual məsələlər həll olunmayıb: hərbi əsirlər, Azərbaycan qoşunlarının ərazilərimizdə olması məsələsi, azərbaycanlıların torpaqlarımıza qayıtması ilə bağlı spekulyasiyalara son qoyulmaması və TRIPP formatı ilə hər şey aydın olmadığı üçün. Sülh, birgəyaşayış prinsipləri barədə razılığa gəlmədiyimiz bir ölkə ilə ticarət etmək mümkündürmü? Deyəsən, bizə bu benzini bir-birimizi yandırmaq üçün gətiriblər. Şəxsən bizim üçün "Azərbaycan" və "benzin" sözlərinin birləşməsi 25 sentyabr 2023-cü ildə Xankəndidə yanacaqdoldurma məntəqəsində baş verən dəhşətli partlayışı xatırladır. Ermənistan seçki prosesinə xarici müdaxilənin qarşısını almaq üçün Aİ-dən pul alır. Görünür, Avropanın Ermənistanı kimin müdaxiləsindən qorumağa çalışdığına işarə edən Rusiya əsəbi şəkildə etiraz edir. Bizim müxalifətimiz də belədir. Vətənimizin yaşadığı çətin dövrlər bunlardır: bölünmüş cəmiyyət, bölünmüş siyasi elita, ölkənin güclər və regional ittifaqlar arasında siyasi mübarizə meydanına çevrilməsi, axmaqlıqla sərhəddə olan siyasi elitanın qeyri-kafiliyi, qan tökülməsi və itirilmiş hakimiyyət, revanşistlərin yırtıcı ambisiyaları”.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ