Kremlin sözçüsü Dmitri Peskov xarici kəşfiyyat orqanlarının Rusiyanın bütün Ukraynanı nəzarətə götürməyi və keçmiş Sovet ölkələrinə hücum etməyi planlaşdırdığını iddialarını təkzib edib.
“Bəzi dağınıq məlumatlar gördük, amma bu doğru olsa belə, bu, kəşfiyyat orqanlarının səhv dəyərləndirmələri, araşdırmaları kateqoriyasına aiddir. Bu, qətiyyən həqiqəti əks etdirmir” – deyə Peskov bildirib.
Bundan əvvəl “Reuters” Amerika kəşfiyyatı Rusiyanın bütün Ukraynanı ələ keçirmək və Avropadakı keçmiş Sovet ərazilərini geri qaytarmaq niyyətində olduğunu bildirmişdi. Bənzər iddiaların Böyük Britaniya və digər Avropa ölkələrinin təhlükəsizlik xidmətləri tərəfindən irəli sürüldüyü bildirilir.
TAHİR