Bazar ertəsi günü, 22 dekabr 2025
     

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir (YENİLƏNİR)

Image

Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikel Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Möhtərəm cənab Prezident, Türk dünyasının fəxri və qalib sərkərdəsi!

Sizi doğum gününüz münasibətilə Türk Dünyası Mediatorlar Birliyi adından səmimi-qəlbdən təbrik edirəm. Türkdilli dövlətlərin mediasiya birlikləri və mediatorları adından Sizə, ailə üzvlərinizə uzun ömür, möhkəm cansağlığı və fəaliyyətinizdə uğurlar arzulayıram.

Azərbaycan Respublikasında bütün istiqamətlərdə həyata keçirdiyiniz islahatlar, o cümlədən mediasiya sahəsindəki yeniliklər yalnız ölkə daxilində deyil, dünya miqyasında və türkdilli dövlətlərdə də müsbət əks-səda doğurur və öyrənilir. Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasındakı tarixi imzanız təkcə Türk dünyasının deyil, bütün bəşəriyyətin tarixinə qızıl hərflərlə yazılmışdır.

Türk Dövlətləri Birliyi çərçivəsində gördüyünüz işlərin nəticəsində türkdilli dövlətlər arasında iqtisadi, hüquqi və digər sahələrdə əməkdaşlıq imkanları genişlənmişdir. Sizin siyasi iradəniz və davamlı siyasətiniz bu gün türkdilli dövlətlərin peşə birlikləri üçün böyük motivasiya mənbəyidir.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla dostluq münasibətləriniz və Türk dünyası siyasətindəki vahid mövqeyiniz bizim peşə fəaliyyətimizin inkişafına mühüm töhfələr verir. Sizin siyasətinizdə Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” ideyası bu gün də uca tutulur.
Məhz bu işlərin nəticəsidir ki, Türkiyə Respublikasının Prezidenti Türk Dünyası Mediatorlar Birliyinin təsis edilməsi və beynəlxalq səviyyədə fəaliyyət göstərməsi ilə bağlı Sərəncam imzalamışdır.

Möhtərəm cənab Prezident, bu nailiyyətlərin əldə olunmasında Sizin rəhbərliyinizlə Azərbaycanda həyata keçirilən hüquqi islahatların mühüm rolu vardır. Xüsusilə Sizin imzaladığınız “Mediasiya haqqında” Qanun bu işlərə əlavə dəyər qatmışdır. Bu Qanun əsasında fəaliyyət göstərən Azərbaycan Respublikasının Mediasiya Şurası Türk dünyasında və beynəlxalq arenada nümunəvi qurum kimi təqdim olunur. Azərbaycanın təcrübəsi artıq Özbəkistan və Qırğızıstan tərəfindən öyrənilərək bu ölkələrin qanunvericiliyində də tətbiq edilmişdir. Türkiyədə isə 45 minlik mediasiya icması Azərbaycan modelini diqqətlə izləyir və gələcəkdə bu təcrübənin Türkiyə qanunvericiliyinə gətirilməsi planlaşdırılır.

Sizin gördüyünüz işlər sayəsində Azərbaycan istinad edilən mərkəzə çevrilmişdir. Bütün tədbirlərimizdə Azərbaycan Türk dünyasının əsas dayaqlarından biri kimi qəbul olunur.

Möhtərəm cənab Prezident, Türk dünyasında belə bir atalar sözü vardır: “Əgər bir insan qızmar Günəş altında bir ağacın kölgəsində rahatlıq tapırsa, deməli yüz il, min il əvvəl bu ağacı kimsə əkmişdir”. Bu hikmətdən çıxış edərək xüsusi vurğulayıram ki, Sizin doğum gününüz bütün Türk dünyası üçün əlamətdardır. Sizin varlığınız və liderliyiniz bütün istiqamətlərdə yol açmış və bu yola işıq salmışdır. Biz hamımız bu işıqla irəliyə doğru addımlayırıq.

Biz Türk dünyasının dahi liderlərindən olan Ulu Öndər Heydər Əliyevin xatirəsini hər zaman uca tuturuq. Onun tarixi xidmətləri bizim üçün nümunədir. Türk Dünyası Mediatorlar Birliyi bütün tədbirlərində Heydər Əliyevin xatirəsini hörmətlə yad edir. Bu, bizim keçmişimizə və dahi şəxsiyyətlərimizə verdiyimiz dəyərin bariz nümunəsidir. Siz qədim türk ənənələrində olduğu kimi, ailəyə, ata vəsiyyətinə, dostluğa verdiyiniz dəyərlə nümunəvi lider, nümunəvi ata və ailə başçısısınız. Qarabağın işğaldan azad olunması ilə ata vəsiyyətini yerinə yetirməyiniz bizi hər zaman duyğulandırır.

Fürsətdən istifadə edərək, Sizi bir daha əmin etmək istəyirəm ki, biz hər zaman Sizin tutduğunuz yola və apardığınız siyasətə uyğun olaraq fəaliyyətimizi davam etdirəcəyik. Siz təkcə Azərbaycanda deyil, Türk dünyasında və beynəlxalq aləmdə yüzlərlə ilklərin müəllifisiniz.

Sizə möhkəm cansağlığı arzulayıram. Sizin liderliyinizlə irəliləmək hər zaman bizim üçün böyük şərəfdir".

xxx

Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri baş müfti şeyx Ravil Qaynutdin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Çox hörmətli cənab Prezident.

Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi adından Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə uzun ömür, cansağlığı və bütün xeyirxah təşəbbüslərinizdə Uca Allahdan xeyir-dua diləyirəm.

Rusiya müsəlmanları hörmətlə və ən səmimi arzularla Sizə ünvanlanan çoxsaylı təbriklərə qoşulurlar.

Sizin rəhbərliyinizlə qardaş xalqınızın qazandığı uğurları və nailiyyətləri, siyasi kursunuzun müdrikliyini və uzaqgörənliyini, Azərbaycan Respublikasının iqtisadiyyatının, elminin və mədəniyyətinin hərtərəfli inkişafını sevinclə qeyd edirik.
Bu nailiyyətlər Azərbaycanın beynəlxalq aləmdə layiqli yer tutduğunu, ölkənin və onun xalqının gələcəyinin də təhlükəsiz olacağını bəyan etməyə imkan verir.

Sizin rəhbərliyinizlə Azərbaycan monolit cəmiyyətin bərabər hissələri olan müxtəlif dinləri və mədəniyyətləri birləşdirən bir ölkəyə çevrilib. Ölkənin möhkəmlənməsinə töhfə verəcək dinlərarası və millətlərarası dialoqa şəxsi diqqətinizi sevinc hissi ilə vurğulayırıq. Azərbaycan Respublikası və Rusiya Federasiyasında müsəlman xalqların ənənəvi dini olan İslamın dirçəldilməsi işinə göstərdiyiniz davamlı qayğıya görə xüsusi minnətdarlığımızı bildiririk. Azərbaycan xalqının mütləq lideri kimi arzularınız və qayğılarınız bizim üçün çox əzizdir.

Ümidvaram ki, Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası bundan sonra da iqtisadiyyatını və beynəlxalq mövqelərini ardıcıl, məqsədyönlü şəkildə gücləndirməyə davam edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Uca Allahdan Sizə və bütün Azərbaycan xalqına firavanlıq və rifah, tükənməz enerji, mühüm işlərinizdə Yaradanın xeyir-duasını diləyirəm".

xxx

Finlandiya Azərbaycanlıları Assosiasiyasının həmsədrləri Vasif Muradlı və Arzu Oqtay Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.

Məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Finlandiya Azərbaycanlıları Assosiasiyasının həmsədrləri olaraq Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə dərin hörmət və ehtiramımızı ifadə edirik.

Sizin müdrik rəhbərliyiniz, ardıcıl və prinsipial siyasətiniz nəticəsində Azərbaycan öz suverenliyini və milli maraqlarını beynəlxalq müstəvidə qətiyyətlə qoruyur. Zəngəzur dəhlizi ilə bağlı strateji baxışın formalaşdırılması, ATƏT-in Minsk qrupunun fəaliyyətinə xitam verilməsi və 907-ci düzəlişin tətbiqinin dayandırılması ölkəmizin haqq işinin beynəlxalq səviyyədə qəbul olunmasının bariz nümunəsidir. Bu nailiyyətlər xaricdəki bütün azərbaycanlılar kimi, Finlandiyada yaşayan soydaşlarımız üçün də böyük qürur mənbəyi və mənəvi dayaqdır.

Biz Sizin rəhbərliyinizlə Azərbaycanın daha güclü və qüdrətli gələcəyə doğru inamla irəlilədiyinə əminik və hər zaman dövlətimizin yanında olduğumuzu bəyan edirik.

Eyni zamanda, Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də təbrik edirik.

Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq".

xxx

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, Zati-alinizə ən xoş arzularımı çatdırıram.

Siz Azərbaycanın yeni tarixini yazırsınız. Müxtəlif ölkələrə səfərləriniz, xüsusən ABŞ Prezidenti tərəfindən Ağ Evə dəvət və orada Sizin fəaliyyətinizə verilən yüksək qiymət bunu bir daha təsdiq edir. Sizin həyata keçirdiyiniz konstruktiv və praqmatik siyasət ölkəmizin inkişafına və insanların rifahına öz bəhrələrini verməkdədir.

Möhtərəm cənab Prezident, Sizin xalqa arxalanaraq, bir an olsun belə dayanmadan apardığınız siyasət ölkəmizin ərazi bütövlüyünün bərpa olunması ilə nəticələndi. Azərbaycan yeganə ölkədir ki, İkinci Dünya müharibəsindən sonra öz ərazi bütövlüyünü tam bərpa etdi. Əminəm ki, həyata keçirdiyiniz siyasət ölkəmizə daha böyük uğurlar və qələbələr gətirəcək.

Sizi doğum gününüz münasibətilə bir daha ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, ailə səadəti və ölkəmizi daha yüksək zirvələrə aparan yolda böyük uğurlar arzulayıram".

xxx

Niderland Krallığında fəaliyyət göstərən Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurasının baş katibi Sahil Qasımov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Sizi doğum gününüz münasibətilə Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurası adından səmimi-qəlbdən təbrik edir, Zati-alinizə ən xoş arzularımızı çatdırıram.

Sizin qətiyyətiniz, möhkəm siyasi iradəniz, uzaqgörən diplomatiyanız və prinsipial mövqeyiniz nəticəsində Azərbaycanın milli maraqları beynəlxalq müstəvidə ardıcıl şəkildə və uğurla təmin olunur. Zəngəzur dəhlizi ilə bağlı strateji qərarların qəbul edilməsi, ATƏT-in Minsk qrupunun fəaliyyətinə son qoyulması və 907-ci düzəlişin tətbiqinin dayandırılması ölkəmizin ədalətli mövqeyinin möhkəmlənməsinə mühüm töhfədir. Bu uğurlar dünya azərbaycanlıları üçün böyük qürur mənbəyidir.

Cənab Prezident, Sizi, eyni zamanda, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də təbrik edirəm.
Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurasının üzvləri Sizin rəhbərliyinizlə Azərbaycanın daha böyük nailiyyətlər əldə edəcəyinə dərin inam ifadə edir və hər zaman dövlətimizin yanında olduqlarını bildirirlər.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə davamlı uğurlar arzulayıram".

xxx

Gürcüstandakı “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

İcazə verin, Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edim və ən xoş arzularımı çatdırmaqdan böyük şərəf hissi duyduğumu bildirim.

Sizin müdrik siyasətiniz və prinsipial mövqeyiniz nəticəsində Azərbaycanımızın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmişdir. Ölkəmizin gündən-günə artan hərtərəfli inkişafı, beynəlxalq nüfuzunun möhkəmlənməsi və dünya siyasi arenasında Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul edilməsi bilavasitə Sizin adınızla bağlıdır.

Cənab Prezident, Sizin güclü siyasi iradəniz nəticəsində Ermənistan rəhbərliyi sülhə doğru addımlar atmağa məcbur olmuşdur. Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olması Cənubi Qafqazda sabitliyə, inkişafa, əmin-amanlığa və regionda yeni kommunikasiya xətlərinin açılmasına geniş imkanlar yaradır.

“Konstitusiya və Suverenlik İli”ndə, avqustun 8-də, tarixi Zəfərimizin beşinci ildönümü ərəfəsində Ağ Evdə ABŞ Prezidenti ilə keçirilmiş görüş Sizin müdrik liderliyinizin və uzaqgörən siyasətinizin təntənəsi olaraq, Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlıq əlaqələrinin yeni mərhələyə yüksəlməsinə zəmin yaratmışdır.

Hörmətli cənab Prezident, biz, Gürcüstanda yaşayan azərbaycanlılar xalqımızın əbədiyaşar lideri, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttə sadiq qalaraq, Sizin tərəfinizdən daim göstərilən hərtərəfli diqqət və qayğını böyük minnətdarlıq hissi ilə qarşılayırıq. Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasının qazandığı uğurlar, dövlətimizin beynəlxalq nüfuzunun artması və dünya azərbaycanlılarına göstərilən davamlı dəstək bizi sonsuz dərəcədə qürurlandırır. Biz hər zaman milli kimliyimizi, dilimizi və mədəniyyətimizi qoruyub saxlayaraq Odlar Yurdu Azərbaycanla fəxr edirik.

Əminik ki, Sizin uzaqgörən siyasətiniz nəticəsində Azərbaycan dövləti bundan sonra daha böyük zirvələr fəth edəcək, dünya azərbaycanlılarının həmrəyliyi daha da möhkəmlənəcəkdir.

Cənab Prezident, Sizi bir daha doğum gününüz, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm.

Sizə möhkəm cansağlığı, uzun ömür, məsuliyyətli və şərəfli fəaliyyətinizdə yeni-yeni zəfərlər, ailənizə rifah və səadət, müdrik Azərbaycan xalqına isə davamlı sülh, xoşbəxt və firavan həyat diləyirəm.

Biz birlikdə güclüyük!"

xxx

Kanadada fəaliyyət göstərən “Az Media Group”un rəhbəri Yaşar Pur Əli Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə “Konstitusiya və Suverenlik İli”ni uğurla başa vurur. Bu il ölkəmizin qazandığı mühüm nailiyyətlərlə yadda qalır. Bütün uğurların əsasında Sizin əzmkarlığınız, qətiyyətiniz, uzaqgörən siyasətiniz durur. Bu siyasət sayəsində Azərbaycanın regionda, eləcə də dünyada artan nüfuzunu görməkdən böyük məmnunluq duyuruq.

Bu il biz, tariximizin ən parlaq səhifəsi olan şanlı Zəfərimizin beşinci ildönümünü böyük fərəh hissi ilə qeyd etdik. Bu tarixi Qələbəni bizə bəxş etdiyinizə görə Sizə minnətdarıq.

Biz, Kanadada yaşayan azərbaycanlılar Sizinlə fəxr edirik. Azərbaycan xalqının birliyi, xoşbəxt gələcəyi naminə müəyyən etdiyiniz, həyata keçirdiyiniz səmərəli daxili və xarici siyasəti dəstəkləyirik.

Cənab Prezident, Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də təbrik edirik. Sizə cansağlığı, ailə səadəti, Azərbaycanın daha parlaq gələcəyi, xalqın rifahı naminə şərəfli fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayırıq".

xxx

Avstraliya Azərbaycan Assosiasiyaları Alyansının prezidenti Fuad Aydınbəyzadə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Zati-aliləri cənab Prezident.

Sizi Avstraliya Azərbaycan Assosiasiyaları Alyansı adından doğum gününüz münasibətilə dərin ehtiramla təbrik etməkdən böyük şərəf duyuruq. Sizin qətiyyətli liderliyiniz, milli maraqların müdafiəsi üçün nümayiş etdirdiyiniz yüksək siyasi iradə və müasir dövrün tələblərinə uyğun olaraq formalaşdırdığınız dövlətçilik strategiyası dünya azərbaycanlıları üçün hər zaman nümunə olmuşdur.

Zati-alinizin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bu il Azərbaycan xalqı Vətən müharibəsində qazandığımız tarixi Zəfərin beşinci ildönümünü xüsusi qürurla qeyd etdi. İkinci Qarabağ müharibəsində əldə edilən tarixi Qələbə, dövlətimizin suverenliyinin bərpası və ərazi bütövlüyünün təmin edilməsi birmənalı şəkildə Sizin adınızla bağlıdır və xalqımızın yaddaşına əbədi həkk olunmuşdur. Bu tarixi Zəfər Azərbaycan diasporunun fəaliyyətinə yeni motivasiya, milli birlik düşüncəsinə isə yeni məna qazandırmışdır. Avstraliyada yaşayan soydaşlarımız bu gün həm dövlətçilik, həm mədəniyyət, həm də milli kimlik baxımından daha mütəşəkkil şəkildə bir araya gəlirlər.
Bu proses Sizin rəhbər ideyalarınız, xüsusilə də diaspor işinin institusional səviyyədə inkişafına verdiyiniz strateji dəstək nəticəsində mümkün olmuşdur.

Hörmətli cənab Prezident, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Avstraliya Azərbaycan Assosiasiyaları Alyansı olaraq bildiririk ki, milli maraqlar naminə həyata keçirdiyiniz fəaliyyətlər diasporumuz tərəfindən xüsusi minnətdarlıqla qarşılanır. Azərbaycançılıq ideyasının müasir dövrdə qorunması, inkişafı və beynəlxalq müstəvidə təbliği istiqamətində verdiyiniz töhfələr bizim üçün həm etalondur, həm də məsuliyyət mənbəyidir.

Fürsətdən istifadə edərək, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Zati-alinizə səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq. Yeni ilin dövlətimizin daha da güclənməsinə və qüdrətlənməsinə, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, xalqımızın rifahının yüksəlməsinə və sülhün möhkəmlənməsinə xidmət edən yeni mərhələnin başlanğıcı olmasını arzu edirik.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, Azərbaycanın daha parlaq gələcəyi naminə ali dövləti fəaliyyətinizdə davamlı nailiyyətlər arzulayırıq".

xxx

Türkiyədə fəaliyyət göstərən Dərincə Azərbaycan Evi Dərnəyinin sədri Volkan Aydəmir Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Cənab Prezident.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Sizə şərəfli və məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayıram.

Sizin rəhbərliyinizlə Azərbaycan böyük inkişaf yolu keçmiş, tarixi nailiyyətlər qazanmışdır. Təbii ki, ən böyük uğurlardan biri uzun illər işğal altında qalmış Qarabağın azad edilməsidir. Bu tarixi hadisə Azərbaycan xalqına böyük sevinc və qürur hissi yaşatmaqla yanaşı, dünyada soyqırımına məruz qalmış, torpaqlarını itirmiş bütün çarəsiz insanlar üçün bir ümid işığı olmuşdur.

Sizin Azərbaycan xalqını “dəmir yumruq” kimi ətrafınızda sıx birləşdirərək qətiyyət və iradənizlə bu Zəfəri qazanmağınız Ulu Öndər Heydər Əliyevin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” kəlamının nə qədər dərin məna kəsb etdiyini bir daha göstərdi.

Cənab Prezident, Sizi, həmçinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edir, Zati-alinizə cansağlığı, Azərbaycan xalqına firavanlıq arzu edirəm.

Sizə dərin hörmət və ehtiramımı ifadə edirəm".

xxx

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının sabiq prezidenti Lev Spivak Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Sizin müdrik və qətiyyətli rəhbərliyinizlə Azərbaycan Respublikası dövlət quruculuğunda, iqtisadi inkişafda və beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsində böyük uğurlar qazanıb. Ölkənin tərəqqisinə və xalqın rifahına yönəlmiş çoxşaxəli səyləriniz Sizə təkcə Azərbaycanda deyil, həm də onun hüdudlarından kənarda dərin hörmət qazandırıb.

Siz Müzəffər Ali Baş Komandan kimi müasir tarixdə və milyonlarla insanın qəlbində xüsusi yer tutursunuz. Strateji komandanlığınızla 44 günlük Vətən müharibəsində tarixi ədalət və Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Bu möhtəşəm qələbə yenilməz ruhun, milli birliyin və beynəlxalq hüququn təntənəsinin simvoluna çevrilib, adınızı xilaskar Lider kimi tarix salnaməsinə əbədi olaraq həkk edib.

Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, tükənməz enerji, xoşbəxtlik və ölkənizin əmin-amanlığı, tərəqqisi naminə fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram".

xxx

Britaniya Azərbaycan Cəmiyyətinin rəhbəri və “Qarabağ” məktəbinin təsisçisi Fəridə Pənahova Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür və ali dövlət fəaliyyətinizdə uğurlar arzulayırıq. Bu əlamətdar gündə biz yalnız dövlət başçısına deyil, artıq
22 ildir Azərbaycan xalqı üçün qürur mənbəyinə, güc, iradə və qətiyyət rəmzinə çevrilmiş böyük Liderə ehtiramımızı bildiririk.

Qlobal miqyasda mürəkkəb dəyişikliklərin baş verdiyi, təzyiq və çağırışların artdığı taleyüklü mərhələlərdə Sizin siyasi iradəniz və davranış modeliniz gənc nəsil üçün əsl rəhbərlik nümunəsinə çevrilmişdir. Siz öz mövqeyinizlə göstərdiniz ki, çətinliklər qarşısında möhkəm dayanmaq, Vətənə sədaqəti populist sözlərlə deyil, məsuliyyət və ləyaqətlə ifadə etmək, eləcə də beynəlxalq münasibətlərdə güc nisbətləri dəyişərkən prinsipiallıqdan və mənəvi bütövlükdən geri çəkilməmək milli liderliyin əsas mahiyyətidir.

Qlobal siyasi qüvvələrin ölkəmizin haqq işinə münasibətinin birmənalı olmadığı, həqiqətlərin kölgədə qaldığı dövrlərdə belə Siz ədalətə olan inamınızı heç vaxt sarsıtmadınız, güzəşti prinsipdən üstün tutmadınız. Torpaqlarımızın işğaldan azad olunacağına, tarixi ədalətin bərpa ediləcəyinə olan sarsılmaz inamınız yalnız dövlət siyasətinin əsasını təşkil etmədi, eyni zamanda bütöv bir nəslin dünyagörüşünü formalaşdırdı.

Bu gün Azərbaycanda və dünyanın müxtəlif ölkələrində, o cümlədən Böyük Britaniyada yaşayan azərbaycanlılar üçün Siz strateji uzaqgörənlik və milli məsuliyyət nümunəsinin simvolusunuz. Sizin liderliyiniz sübut etdi ki, rəhbərlik emosional reaksiyalarla deyil, müdrikliklə, güzəştlərlə deyil, qətiyyət və inamla ölçülür. Sizin milli birliyə və tarixi ədalətə sadiqliyiniz xalqımızda öz gücünə və gələcəyinə inam yaratdı. Siz bir daha göstərdiniz ki, Vətəni sevmək onun ləyaqətini qorumaq, insanına sərmayə qoymaq və layiq olduğu mövqeni dünya miqyasında təmin etməkdir.

Hörmətli cənab Prezident, fürsətdən istifadə edib Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də ürəkdən təbrik edirik. Bu müstəsna tarix dünya azərbaycanlılarının milli birliyinin, mənəvi bütövlüyünün və Vətənə sarsılmaz bağlılığının parlaq təcəssümüdür. Məhz Sizin uzaqgörən və məqsədyönlü rəhbərliyiniz sayəsində bu həmrəylik daha da güclənmiş, dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı üçün milli qürur, mənəvi dayaq və güvən mənbəyinə çevrilmişdir.

Yeni ilin ölkəmizə davamlı sülh və əmin-amanlıq, xalqımıza daha yüksək rifah və inkişaf gətirməsini, Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsini diləyirik. Arzu edirik ki, bu Yeni il də Sizin qətiyyətli və müdrik rəhbərliyinizlə dövlətçiliyimizin daha da möhkəmlənməsi, milli maraqlarımızın etibarlı şəkildə qorunması və gələcək nəsillərin firavanlığı naminə yeni və tarixi nailiyyətlərlə yadda qalsın".

xxx

ABŞ-Azərbaycan İnteqrasiya Mərkəzinin rəhbəri Samir Novruzov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirik.

Sizin rəhbərliyinizlə ölkəmiz 2025-ci ildə də qürur mənbəyi olan böyük uğurlar əldə etdi. Xüsusilə avqustun 8-də Vaşinqtonda, Ağ Evdə keçirilmiş tarixi görüşlər, Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanması və digər razılaşmaların əldə olunması xüsusi qeyd edilməlidir.

Azərbaycan Respublikasının beynəlxalq müstəvidə öz sözünü qətiyyətlə deməsi, milli maraqlarımızın ardıcıl şəkildə müdafiəsi və ölkəmizin dünya tərəfindən sülhsevər, güclü bir dövlət kimi qəbul edilməsi məhz Sizin siyasi iradəniz nəticəsində mümkün olmuşdur.

Bu il, həmçinin tarixi Zəfərimizin beş illiyini də böyük iftixar hissi ilə qeyd etdik.

Sizin uzaqgörən siyasətiniz sayəsində Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz qazanıb, eyni zamanda dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız arasında birlik möhkəmlənib, Vətən sevgisi daha da artıb. Biz, ABŞ-də yaşayan azərbaycanlılar bunu xüsusilə hiss edirik. Vətəndən uzaqda olsaq da, Sizin liderliyiniz bizim üçün qürur və güc mənbəyidir. Sizin həyata keçirdiyiniz siyasətə inamımız sarsılmazdır və biz bu yolda hər zaman yanınızdayıq.

Fürsətdən istifadə edərək “Konstitusiya və Suverenlik İli”nin sonu ərəfəsində Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, 2026-cı ildə Sizə yeni zəfərlər, xalqımıza davamlı sülh və firavanlıq diləyirik".

xxx

Kanadanın Vankuver şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Tamella Severcan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq. Sizin rəhbərliyinizlə Azərbaycanın regionda yaratdığı yeni reallıq, qazandığı tarixi nailiyyətlər xaricdə yaşayan azərbaycanlılar üçün böyük iftixar mənbəyidir. Milli həmrəyliyimizin güclənməsi, dövlətimizin daha da inkişafı, beynəlxalq miqyasda nüfuzunun artması ilə bağlı əldə olunan bütün nailiyyətlər birbaşa Sizin möhkəm iradənizin, qətiyyətinizin və uzaqgörən liderliyinizin nəticəsidir. Sizin sayənizdə beş il əvvəl qazanılan tarixi Zəfər bu gün də hər bir azərbaycanlının qəlbində qürur və birlik hissini yaşadır.

Biz, Vətəndən uzaqda yaşayan azərbaycanlılar ölkəmizin uğurları ilə fəxr edirik, Sizin siyasətinizi dəstəkləyirik və hər zaman yanınızdayıq.

Cənab Prezident, Sizi, həmçinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirik. 2026-cı ildə Sizə və ölkəmizə yeni-yeni nailiyyətlər arzulayırıq".



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Bakı məhkəməsi Ruben Vardanyanın əsas cinayətini sübuta yetirdi...

Ermənistandakı rus təbliğatçıları "Azərbaycan bizdən heç bir mal almayacaq" təbliğatına keçdilər...

1220 ton benzini Ermənistana satan iş adamı kimdir?..

SON XƏBƏRLƏR

22.12.2025 / 16:55
Şərqin incisi sayılan, turistlərin heyran qaldığı Halfeti

22.12.2025 / 16:46
Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz Zəfər parkını ziyarət edib

22.12.2025 / 15:50
Pirotexniki vasitələr satan 8 nəfər saxlandı

22.12.2025 / 15:32
Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib

22.12.2025 / 15:26
Rüstəm Minnixanov Prezident İlham Əliyevi təbrik etdi

22.12.2025 / 15:24
"Media savadlığı yüksək olan cəmiyyət yalancı təbliğatın təsiri altına düşmür" - Natiq Məmmədli

22.12.2025 / 15:10
Prezident "2026-cı il - “Şəhərsalma və Memarlıq İli" ilə bağlı paylaşım edib - FOTO

22.12.2025 / 14:55
Daha 176 köçkün Xocalı və Ağdərənin kəndlərinə qayıtdı

22.12.2025 / 14:44
7 saylı cəzaçəkmə müəssisəsində 20 məhkum azadlığa buraxıldı

22.12.2025 / 14:39
Ermənilərin məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir

22.12.2025 / 14:15
Prezident sərəncamı 76 min aztəminatlı ailəni əhatə edəcək...

22.12.2025 / 14:03
Ermənistanda azərbaycanlılara məxsus qəbirlərin vəziyyəti sənədləşdirilir...

22.12.2025 / 13:57
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

22.12.2025 / 13:51
Putinin daha bir generalı öldürüldü...

22.12.2025 / 13:43
Bakı İstintaq Təcridxanasında 12 məhkum azadlığa buraxıldı...

22.12.2025 / 13:30
Amnistiya çərçivəsində yetkinlik yaşına çatmayan 3 məhkum azadlığa çıxdı

22.12.2025 / 13:22
Azərbaycanda aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM

22.12.2025 / 13:18
2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edildi

22.12.2025 / 13:10
Кто у*бил 10-ти летнего таджика? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

22.12.2025 / 12:46
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir (YENİLƏNİR)

22.12.2025 / 12:29
Türkiyənin vitse-prezidenti Bakıya gəlib

22.12.2025 / 12:18
Zoran Milanoviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

22.12.2025 / 11:46
Amnistiya aktı Naxçıvanda 128 məhbusa şamil olundu

22.12.2025 / 11:21
"Sosial şəbəkə profillərini izləmək" kimi saxta paylaşımlara inanmayın - DİN-dən xəbərdarlıq...

22.12.2025 / 11:09
Amerika–Azərbaycan Ticarət Palatası "Tramp Marşrutu" üzrə dəyirmi masa keçirdi

22.12.2025 / 11:05
Putinin mətbuat konfransı hansı faciələrin üstünü açdı? - VİDEO

22.12.2025 / 10:55
Paşinyan Peterburqdan “HƏ” cavabı ilə qayıdır?

22.12.2025 / 10:53
Prezident İlham Əliyev Rusiyadakı Zirvə görüşündə iştirak etməyəcək - Səbəb açıqlandı

22.12.2025 / 09:31
Bu gün Bakının bu rayonunda qaz olmayacaq - XƏBƏRDARLIQ

22.12.2025 / 08:39
"Barselona" ŞOKDA - bu futbolçu sıradan çıxdı...

22.12.2025 / 08:10
Bu gün Amnistiya aktının icrasına başlanılır

22.12.2025 / 07:06
Trampın iqamətgahına yaxınlaşan təyyarə ələ keçirildi -TƏCİLİ

21.12.2025 / 22:51
Rusiya pullarının Ukraynaya verilməsi planı niyə baş tutmadı? - Makronun Merzə xəyanətinin üstü açıldı…

21.12.2025 / 22:43
Paşinyan Prezident İlham Əliyevə təşəkkür etdi...

21.12.2025 / 19:36
Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

21.12.2025 / 17:10
Sabah Amnistiya aktının icrasına başlanılır...

21.12.2025 / 16:37
NATO və AB ABŞ-ı Rusiya ilə birbaşa müharibəyə cəkmək istəyir - ABŞ kəşfiyyatından xəbərdarlıq...

21.12.2025 / 15:52
Rusiyanın növbəti hədəfi bu ölkələr olacaq - Avropa üçün qorxulu iddia…

21.12.2025 / 12:55
Ermənistan bankları rusiyalı müştərilərə pul köçürmələrini dayandırdı…

21.12.2025 / 11:49
ABŞ Venesueladan Asiyaya neft daşıyan tankeri saxladı...

21.12.2025 / 11:18
Mayamidə ABŞ-Rusiya danışıqları başladı…

21.12.2025 / 10:24
Kremldən Makronun dialoq təklifinə reaksiya - Putin hazırdır...

21.12.2025 / 09:50
Maştağada obyektdə yanğın - mallar külə döndü...

20.12.2025 / 21:14
Yekaterinburqda saxlanan Azərbaycan diaspor üzvlərinin həbs müddəti uzadıldı

20.12.2025 / 19:47
Ukrayna Xəzərdə Rusiya gəmisini və neft platformasını vurdu…

20.12.2025 / 19:24
AB missiyası Ermənistan sərhədində möhkəmlənir - Azərbaycanın iradəsinə zidd olaraq...

20.12.2025 / 18:36
Putin rusları Qafqaz xalqlarından nümunə götürməyə çağırdı - erkən yaşda evlənirlər...

20.12.2025 / 18:15
Bakı İrəvana dalbadal 2 jest etdi - Ermənistanın cavabı nə olmalıdır...

20.12.2025 / 18:03
Qaradağda tikinti materialları oğurlayan şəxs tutuldu

20.12.2025 / 17:46
İsraildə İrana işləyən rus casusu yaxalandı - limanların şəkillərini Tehrana satıb...

20.12.2025 / 17:28
Putin Alyaska görüşündə Trampa qarşı şantaj faktı ələ keçirib...(?)

20.12.2025 / 17:12
Əli Əsədov Monteneqro Baş nazirinin müavini ilə görüşüb

20.12.2025 / 16:57
Kremlin erməni katolikosuna dəstəyinin səbəbi açıldı - Nersesin tayfası sovet “KQB”-də...

20.12.2025 / 16:34
" Ukrayna bizim üçün vuruşur" deyənlər səhv edir" - Sahil İsgəndərov....

20.12.2025 / 16:22
Britaniya Rusiyaya görə Çingiz Əliyevə sanksiya tətbiq etdi…

20.12.2025 / 16:07
“Türkiyə Ermənistanı neftlə təmin edir” - “Euronews”dan iddia...

20.12.2025 / 15:43
Ağsuda 14 yaşlı qıza qarşı qeyri-etik hərəkətlər edən şəxslər həbs olundu

20.12.2025 / 13:58
NATO baş katibinin müharibə hazırlığı bəyanatı Putini özündən çıxardı - Oxumağı, yazmağı bilirsinizmi?...

20.12.2025 / 13:21
Azərbaycan Monteneqro iqtisadiyyatına 1 milyard dollara yaxın investisiya yatırıb...

20.12.2025 / 12:52
Azərbaycan və Monteneqro arasında Anlaşma Memorandumu imzalandı

20.12.2025 / 12:38
Ceyhun Bayramov Monteneqronun XİN başçısı ilə görüşdü...

20.12.2025 / 11:22
Polis borca görə axtarışda olan 262 nəfəri saxladı...

20.12.2025 / 10:56
Strateji tərəfdaşımız Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyirik - ABŞ səfirliyi

20.12.2025 / 10:15
Azərbaycan qazı TAP vasitəsilə Ukraynaya çatdırılacaq - yeni nəqliyyat marşrutu təsdiqləndi...

20.12.2025 / 09:20
Camaata mal əti yerinə başqa şey yedizdirən restoran sahibinə nə cəza verilməlidir - "Ramin Nur"…

20.12.2025 / 08:39
Tütün inhisarçılarının elektron siqaretə qarşı müharibəsi Azərbaycana da çatdı...

19.12.2025 / 23:11
Türkiyənin Kocaeli şəhərinə PUA düşdü - Rusiya kəşfiyyat PUA-sı ilə Türkiyə ərazisində nə axtarır...

19.12.2025 / 22:37
Ukraynadan bir ilk - Aralıq dənizində ilk dəfə Rusiyanın neft tankeri vuruldu...

19.12.2025 / 22:15
Bakıda Vardanyanın separatçı fəaliyyətini ifşa edən film nümayiş etdirildi...

19.12.2025 / 21:52
Tramp Ukraynanın düşməni kimi danışdı, Putin ona baxıb bir həftə vaxt qoydu...

19.12.2025 / 21:37
Ermənistan Ali Dini Şurası Paşinyana qarşı qərar qəbul etdi...

19.12.2025 / 21:23
Bakı məhkəməsi Ruben Vardanyanın əsas cinayətini sübuta yetirdi...

19.12.2025 / 21:09
Rusiya 127 milyard dollar Qərb aktivlərini müsadirə edə biləcəkmi?..

19.12.2025 / 20:56
Avroparlament Trampın sülh təşəbbüsünü pozmaq üçün Bakıya qarşı qərar qəbul etdi...

19.12.2025 / 20:53
Arayik və digərləri məhkəmədə son söz çıxışı ediblər...

19.12.2025 / 20:42
Ermənistandakı rus təbliğatçıları "Azərbaycan bizdən heç bir mal almayacaq" təbliğatına keçdilər...

19.12.2025 / 20:29
Neft faktoru Qafqazda sülh prosesini möhkəmləndirir...

19.12.2025 / 20:24
Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirildi

19.12.2025 / 20:15
15 yaşdan kiçiklərə sosial şəbəkə qadağası...

19.12.2025 / 20:01
20 yaşı tamam olan gün Murovda qəhrəmancasına şəhid oldu - Rzayev Əlirza Mehman oğlu...

19.12.2025 / 19:46
Söz azadlığının inkişafı davamlı olaraq hüquqi aktlarla təmin edilir...

Söz azadlığının inkişafı davamlı olaraq hüquqi aktlarla təmin edilir...

XƏBƏR ARXİVİ