ABŞ Milli Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Tulsi Qabbard Rusiyanın Ukraynaya hücumlarından sonra Avropanı bürüyən narahatlığa münasibət bildirib.
Qabbard Rusiyanın "bütün Ukraynanı və Avropanın bir hissəsini ələ keçirməyi" planlaşdırdığını iddiaları rədd edib və belə xəbərləri "yalan və təbliğat" adlandırıb. O bu xəbərlərin "Prezident Donald Trampın sülh səylərini pozmaq və ictimai qorxu yaratmaqla müharibənin eskalasiyasını təşviq etmək" məqsədi daşıdığını iddia edib.
Qabbard həmçinin iddia edib ki, NATO və Avropa Birliyi (AB) ABŞ ordusunu birbaşa Rusiya ilə müharibəyə cəlb etmək istəyir.
Kəşfiyyat rəhbəri bildirib ki, Rusiya NATO ilə genişmiqyaslı müharibədən qaçır. O, Rusiyanın hazırkı hərbi imkanları ilə bütün Ukraynanı işğal etmək və nəzarət etmək gücünə malik olmadığını və Avropanı "fəth etməkdən" söhbət gedə bilməyəcəyini bildirib.
TAHİR