Rusiyanın Ukraynaya hücumundan bəri dünyanı müharibə narahatlığı bürüyüb. Xüsusilə Avropa ölkələrində Rusiya ilə bağlı böyük bir narahatlıq yaranıb. Avropa müharibə hazırlıqlarına başlayıb və müdafiəsini gücləndirmək üçün tədbirlər görür.
Belə bir vaxtda Avropanın Rusiya ilə bağlı narahatlığını pik həddə çatdıra biləcək iddia ortaya atılıb. Ukrayna Hərbi Kəşfiyyatının rəhbəri Kiril Budanov Rusiyanın Baltikyanı ölkələrə hücum etməyə hazırlaşdığını bildirib. Budanov Rusiyanın təqvimdə dəyişiklik edərək sonraya planlaşdırdığı hücumun tarixini qabağa çəkdiyini iddia edib.
Budanovun sözlərinə görə, Rusiyanın mümkün ilk hədəfləri Litva, Latviya və Estoniya olacaq. Polşanın isə hazırda Moskva tərəfindən işğal ediləcək bir ölkə kimi deyil, hərbi hücum üçün hədəf kimi görüldüyünü bildirib.
Rusiyanın ərazisini genişləndirmək istəyinə diqqət çəkən Budanov, Kremlin Qərbi "zəif, xəstə və qərarsız", özünü isə imperiya kimi gördüyünü deyərək, bu düşüncə tərzinin ekspansionist siyasəti alovlandırdığını vurğulayıb.
TAHİR