Böyük Britaniya Rusiya sanksiyaları çərçivəsində Çingiz Əliyev adlı Azərbaycan vətəndaşına da sanksiya tətbiq edib.
Qeyd edilir ki, Britaniyanın daxili işlər naziri şübhələnir ki, Çingiz Əliyev strateji əhəmiyyətli bir sektorda, yəni Rusiya enerji sektorunda fəaliyyət göstərən Litasco Middle East DMCC və Litasco SA şirkətlərinin direktoru kimi Rusiya hökumətindən müavinət alıb və ya almaqda da davam edir".
Qərarda Çingiz Əliyevə qarşı aktivlərin dondurulması və digər maliyyə məhdudiyyətləri də daxil olmaqla maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulur.
TAHİR