“Euronews” Azərbaycandan Ermənistana dəmir yolu ilə neft məhsullarının ixrac ilə bağlı məqalə dərc edib. Məqalədə diqqətçəkən bir məqam var. İddia edilir ki, Türkiyə Ermənistanı neftlə təmin edir.
İki ölkə arasında ilk neft ixracının münasibətlərin normallaşdırılması səylərində əhəmiyyətli bir irəliləyiş kimi qeyd edilən yazıda bildirilir ki, Ermənistan hazırda yanacağının 60%-dən çoxunu Rusiyadan idxal edir (2024-cü ildə 230.000 ton benzin və 175.000 ton dizel yanacağı), qalan hissəsi isə İran, Rumıniya, Malta və Türkiyədən gəlir.
Burada digər ölkələri başa düşdük, ancaq Türkiyənin adı niyə buraya salınıb. Bəyəm Türkiyə neft ölkəsidir ki, Ermənistana neft ixrac edə…
Tahir TAĞIYEV