İki ölkə arasında ticarət dövriyyəsinin həcmi mövcud potensialı hələ tam əks etdirmir. Bununla belə, Monteneqro iqtisadiyyatına yatırılan investisiyaların həcmi təxminən 1 milyard ABŞ dollarına yaxındır və bu vəsaitlər əsasən turizm sahəsini əhatə edir.
Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov monteneqrolu həmkarı Ervin İbrahimoviç ilə keçirilən brifinqdə söyləyib.