Rusiya lideri Kalininqradla bağlı Avropanı hədələdi
Rusiya Prezidenti Vladimir Putin Moskvadakı "Qostini Dvor" mərkəzində keçirilən illik mətbuat konfransında Ukrayna böhranı və Avropa Birliyinin (AB) hərəkətləri ilə bağlı açıqlamalar verib.
Putin 2022-ci ilin fevral ayında Ukraynaya qarşı "Xüsusi Hərbi Əməliyyat" adı altında başlatdığı müharibəyə son qoymaq və sülhə doğru addım atmaq üçün şərtlərinin olduğunu bildirib.
O, təhlükəsizlik zəmanətləri müqabilində yeni hərbi əməliyyatların olmayacağını vurğulayıb: "Əgər bizə hörmətlə yanaşsanız, yeni hərbi əməliyyatlar olmayacaq".
Putin Avropa tərəfindən Kalininqrad blokadaya alınacağı təqdirdə Moskvanın reaksiyasını da açıqlayıb. O, bildirib ki, Kalininqradı blokadaya almaq cəhdi münaqişəni görünməmiş səviyyəyə qaldıracaq və potensial olaraq tammiqyaslı hərbi münaqişəyə səbəb olacaq: “Əgər bu şəkildə təhlükə olarsa, bu təhdidləri aradan qaldıracağıq. Bunu hər kəs başa düşməlidir. Bu, münaqişəni tamamilə fərqli, tammiqyaslı səviyyəyə qaldıracaq”.
TAHİR