çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

ABŞ, Ukrayna və Avropanın Cenevrə Zirvəsi iflasa uğradı...

Image


Cenevrədə ABŞ, Ukrayna və Avropa nümayəndələrinin iştirakı ilə keçirilən son görüşlər həm Vaşinqton, həm Kiyev, həm də Moskva tərəfindən “əhəmiyyətli irəliləyiş” kimi təqdim olunsa da, real nəticə yoxdur: tərəflər nə razılığa gəlib, nə də müzakirədə olan sənədin taleyi aydındır. Bu, zirvənin, siyasi cəhətdən yüksək qiymətləndirilsə də, praktik baxımdan iflasa uğradığını göstərir.

Ən diqqətçəkən məqam odur ki, tərəflər eyni görüşü fərqli şəkildə şərh edir, vahid siyasi iradə isə formalaşmır.

Rusiyanın istəklərini xatırladan 28 maddə: ABŞ-ın yeni planı niyə şübhə doğurur?

Müzakirə edilən 28 maddəlik ABŞ planı bir çox cəhətdən Rusiyanın əvvəllər irəli sürdüyü tələbləri təkrarlayır. Buraya Ukrayna ordusunun Donetsk vilayətinin Kiyevin nəzarətində olan hissəsindən çıxarılması, Ukrayna Silahlı Qüvvələrinin sayının 600 minə endirilməsi, Ukraynanın NATO-ya üzvlük ambisiyasından imtinası, sanksiyaların ləğvi və dondurulmuş aktivlərdən istifadə mexanizmləri daxildir.

Bu bəndlərin bir çoxu həm Ukrayna, həm də Avropa üçün yolverilməz görünür. Elə buna görə plan həm Kiyevdə, həm Avropada skeptik qarşılanır. ABŞ dövlət katibi Marko Rubionun planı əvvəlcə Rusiyanın “istək siyahısına” bənzətməsi, sonradan isə onu müdafiə etməsi Vaşinqtonun daxilində də ciddi fikir ayrılıqlarının olduğunu göstərir.

Bu ziddiyyətlərin fonunda danışıqlarda fasiləsiz “irəliləyiş” bəyan edilsə də, heç bir maddə üzrə konkret razılıq yoxdur.

Avropanın “sərt planı”: Tramp administrasiyasının yumşaq variantına alternativ yaradır.

Sənədlərdən və diplomatik sızıntılardan göründüyü kimi, Avropanın, xüsusən Böyük Britaniya, Fransa və Almaniyanın - paralel olaraq daha sərt bir sülh konsepsiyası da var.

Bu konsepsiyanın əsas fərqləri Ukraynaya tam təhlükəsizlik zəmanətləri - NATO Nizamnaməsinin 5-ci maddəsinə (Bir üzv ölkəyə silahlı hücum hamıya edilmiş hücum sayılır) yaxın mexanizmlər, Rusiyanın hərbi mövcudluğunun Ukraynanın bütün ərazilərindən çıxarılması, Moskva ilə danışıqlara yalnız Ukrayna şərtlərinin əsas götürülməsi ilə başlamaq və sanksiyaların mərhələli, yalnız praktiki dəyişikliklərə uyğun ləğvindən ibarətdir.

Avropanın bu xətti Cenevrə görüşündə təqdim edilən ABŞ planı ilə birbaşa toqquşur. Tramp administrasiyası müharibənin “tez dayandırılmasını” prioritet saydığı üçün kompromis paket təqdim edir. Avropa isə kompromisin Rusiyanın xeyrinə olduğunu hesab edir və daha “prinsipial sülh” istəyir.

Bu səbəbdən, görüşdə formal olaraq birlik görüntüsü olsa da, Avropa açıq şəkildə ABŞ-ın variantına qoşulmur.

Ukrayna üçün əsas məsələ olan təhlükəsizlik zəmanətləri hələ də qeyri-müəyyən olaraq qalır.

Planın ən vacib bəndi olan Ukraynanın təhlükəsizlik təminatları hələ də texniki olaraq qeyri-müəyyəndir.

ABŞ-ın mediaya sızan sənədində deyilir ki, Ukraynaya qarşı “əhəmiyyətli gələcək hücum” transatlantik birliyə qarşı hücum kimi qiymətləndirilə bilər. Lakin:

Bu mexanizmin hüquqi qüvvəsi, hərbi müdaxilənin konkret mexanizmi, hansı ölkələrin bu zəmanətə qoşulacağı və Rusiyanın belə bir sənədi imzalayıb-imzalamayacağı hələ də məlum deyil.

Üstəlik, bu zəmanətin 10 illik müddətə nəzərdə tutulması, o müddətin sonunda isə “qarşılıqlı razılaşma əsasında” uzadılması Kiyev üçün risqləri artırır.

Zelenskinin komandası üçün əsas problem də məhz budur - sülh müqabilində konkret təminat olmadan ərazi və siyasi kompromisə getmək mümkün deyil.

Rubionun optimizmi və siyasi reallıq: niyə nəticə yoxdur?

Rubionun görüşü “Tramp administrasiyası dövrünün ən yaxşı danışıqları” kimi təqdim etməsi bir növ siyasi kommunikasiya xəttidir.

Lakin faktiki vəziyyət fərqlidir. Yəni ABŞ nümayəndə heyəti Cenevrəni tərk etsə də, ortada yekun sənəd yoxdur, Avropa nümayəndələri ABŞ planını qəbul etmir, Ukrayna mətnin əsas bəndlərini təhlükəli hesab edir, Rusiya isə sənədə öz tələblərinə yaxın müddəalar daxil olduğu üçün prosesi “müsbət” kimi göstərməyə çalışır.

Bu mənzərə əslində razılaşmanın tam formalaşmadığını, sadəcə siyasi görüntü yaradıldığını göstərir.

Cenevrə görüşlərinin nəticəsində tərəflər “proses saxlanılıb” deməsə də, faktiki olaraq dayanma var.

Görüşdən sonra yayılan birgə bəyanatda “yenilənmiş və dəqiqləşdirilmiş çərçivə sənədi”nin hazırlandığı bildirilir. Lakin bu sənəd hələ açıqlanmayıb, maddələrin hansı hissələrinin dəyişdirildiyi bəlli deyil və tərəflərin yeni mətni qəbul edib-etmədiyi bilinmir.

ABŞ planının Avropanın “sərt planı” ilə toqquşması səbəbindən Cenevrə platformasında vahid versiya yaradılması mümkün olmayıb.

Cenevrə Zirvəsi niyə iflasa uğradı?

Cenevrə görüşləri hələ də rəsmi olaraq “davam edir” kimi göstərilsə də, real vəziyyət aydın şəkildə göstərir ki, ABŞ-ın planı Rusiyanı razı salsa da, Ukrayna və Avropa üçün qəbuledilməzdir.

Digər tərəfdən, Avropanın alternativ planı ABŞ-ın mövqeyini zəiflədir və Amerikanın Qərblə vahid mövqeyini pozur.

Eyni zamanda, Ukraynanın tələb etdiyi təhlükəsizlik təminatları mətndə qeyri-müəyyəndir.

Bununla yanaşı, Rusiya kompromis görüntüsü yaratsa da, real güzəşt niyyətində deyil.

Lakin tərəflər nəticə əldə etməsələr də, diplomatik fiaskonun etiraf edilməməsi üçün “irəliləyiş” ritorikasından istifadə edirlər.

Beləliklə, Cenevrə Zirvəsi hazırkı mərhələdə siyasi PR ilə real diplomatik nəticə arasındakı uçurumu nümayiş etdirir. Prosesi davam etdirmək mümkün olsa da, bu formatda faktiki sülh müqaviləsinin əldə edilməsi yaxın görünmür.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ