Bazar günü günü, 27 sentyabr 2026
     

Putinlə Paşinyan Kremldə “atışdı”, iki ölkənin ziddiyyətləri daha da dərinləşdi...

Image


Rusiya prezidenti Vladimir Putin ümidvar olduğunu bildirib ki, rusiyapərəst qüvvələr iyunun 7-də Ermənistanda keçiriləcək seçkilərə buraxılacaq. Bu barədə o, Kremldə Ermənistan baş naziri Nikol Paşinyan ilə görüşdə bəyan edib.

Onun məlumatına görə, Ermənistanda bəzi siyasətçilər Rusiya pasportlarına sahib olmalarına baxmayaraq, həbsdədirlər: “Bu sizin qərarınızdır, biz müdaxilə etmirik. Amma istərdik ki, onların hamısı, hər halda, seçkilər zamanı bu daxili siyasi işdə iştirak edə bilsinlər. Ermənistanda çoxlu dostumuz var, çoxlu. Biz bunu bilirik. Rusiya Federasiyasında çoxlu sayda erməni yaşayır. Onları saymağın müxtəlif yolları var. Biz inanırıq ki, 2 milyondan çox insan var. Daxili İşlər Nazirliyinin statistikası bunu təsdiqləyir. Ermənistanda Rusiyapərəst bir çox siyasi qüvvə var. Əlbəttə, sizə açıq deyim ki, həmişə dürüst və birbaşa danışdığımız bir dialoqumuz var, amma çox istərdik ki, bütün bu siyasi partiyalar və siyasətçilər seçkilər zamanı bu daxili siyasi işlərdə iştirak edə bilsinlər”. Paşinyan cavabında Rusiya liderinin niyyətinə açıq şəkildə yox deyib: “Ermənistan Konstitusiyasına görə, Rusiya pasportu olan şəxslər deputatlığa və ya baş nazirliyə namizəd ola bilməzlər, burada heç bir məhdudiyyət yoxdur”. O əlavə edib ki, Ermənistanda demokratik sistem var və bir çoxları hətta demokratiyanın həddindən çox olmasından şikayətlənirlər: “Ümumi kontekstdə, düzünü desəm, bizim həbsxanalarda siyasi proses iştirakçıları yoxdur”. Paşinyan xüsusilə qeyd edib ki, ölkədə siyasi xadimləri təqib etmək praktikası yoxdur: “Ümumi kontekstdə, açığı, siyasi prosesdə uzaqdan iştirak edən yoxdur”.
Baş nazir qarşıdan gələn parlament seçkilərinə də toxunaraq, onların ölkənin siyasi sistemi üçün əsas əhəmiyyətini vurğulayıb: “Qeyd etmək istərdim ki, məsələn, qarşıdan parlament seçkiləri gəlir - parlament üzvlərinin seçkiləri və bu seçkilərə əsasən, bu, faktiki olaraq baş nazirin seçilməsidir”. O, namizədlər üçün konstitusiya tələblərini xatırladıb: “Diqqətinizi ona yönəltmək istərdim ki, bu seçkilərdə yalnız Ermənistan pasportuna malik vətəndaşlar iştirak edə bilər. Yəni, bütün hörmətlə qeyd edək ki, Ermənistan Respublikası Konstitusiyasına görə, Rusiya pasportuna malik insanlar nə parlament, nə də baş nazir vəzifəsinə namizəd ola bilməzlər, ona görə də burada heç bir məhdudiyyət yoxdur”. Qeyd edək k, burada əsas söhbət erməni oliqarx Samvel Karapetyandan gedir. O, Rusiya pasportuna malikdir və Moskvanın dəstəyi ilə Ermənistanda hakimiyyəti ələ keçirməyə can atır. Paşinyan iqtidarı isə bunu hər vəchlə əngəlləyir. Xatırladaq ki, ötən ilin yayında rusiyalı iş adamı Samvel Karapetyan Erməni Apostol Kilsəsinə verdiyi açıq dəstəyə görə həbs edildikdən sonra Ermənistanın siyasi həyatında iştirak etmək niyyətində olduğunu bəyan etmişdi. İstintaq o zaman onu ölkədə hakimiyyəti ələ keçirməyə açıq çağırışlarda ittiham etmiş, daha sonra ittihama maliyyə fırıldaqları maddəsi də əlavə olunmuşdu. Rusiya vətəndaşı olmasına rəğmən rusiyapərəst və revanşist müxalifətin bir hissəsi Karapetyanı cəmiyyətə baş nazirliyə “ən uğurlu namizəd” kimi sırımağa çalışırlar. Elə Paşinyan da buna qarşı çıxır və bu müstəvidə Kremllə qarşıdurmaya belə hazır olduğunu göstərir.
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-nə planlaşdırılıb. Bir müddət əvvəl Avropa İttifaqının (Aİ) xarici siyasət rəhbəri Kaya Kallas bildirib ki, Aİ seçkiləri hibrid təhdidlərdən və xarici müdaxilələrdən qorumaq üçün Ermənistana çevik reaksiya qrupu göndərəcək. Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, Avropa siyasətçiləri hər şeydə Moskvanın müdaxiləsini görürlər: “Bu, köhnə mahnıdır. Əlbəttə, onlar Ermənistan seçkilərində də bu mahnını oxuyacaqlar”. Belə bir vaxtda
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya Ermənistandan olan həmkarları maraqlanarsa, hibrid təhdidlərə qarşı mübarizədə İrəvanla əməkdaşlığa hazırdır. O, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Rusiyanın hibrid təhdidlərə qarşı mübarizədə təcrübəsi olarsa, Ermənistanın bundan yararlanmağa hazır olacağı barədə açıqlamasına münasibət bildirib: “Rusiyanın geniş imkanları var, lakin bu, ikitərəfli bir yoldur. Maraq və ehtiyac olarsa, Rusiya informasiya təhlükəsizliyi, kibercinayətkarlarla mübarizə və beynəlxalq platformalarda əməkdaşlıq məsələləri də daxil olmaqla, cavab verməyə hazırdır. Rusiya təkcə ekspert rəyləri verməyə deyil, həm də geniş sahələrdə əməkdaşlığa hazırdır. Xarici İşlər Nazirliyinin bunun üçün xüsusi bir şöbəsi var və bununla məşğul olan digər qurumlar da var. Rusiya həmişə dialoqa açıqdır”. Bunlarla yanaşı, Moskvagörüşündə Putin Paşinyana xəbərdarlıq edib ki, Ermənistan eyni vaxtda həm Avrasiya İqtisadi Birliyi (AİB), həm də Avropa İttifaqında ola bilməyəcək: “Başa düşürük ki, istənilən ölkə üçüncü ölkələrlə əməkdaşlıqdan maksimum fayda əldə etməyə çalışır. Lakin bu, aşkar olmalıdır, dürüst olmalıdır, necə deyərlər, əvvəlcədən, hələ işin başında deyilməlidir: həm Aİ, həm də AİB ilə gömrük ittifaqında olmaq qeyri-mümkündür”. Onun sözlərinə görə, bu, siyasi məsələ deyil, sırf iqtisadi xarakter daşıyır. Paşinyan cavab verib ki, Aİ və AİB-ə eyni vaxtda üzvlüyün mümkünsüzlüyünü başa düşür, lakin bu gündəmləri birləşdirmək mümkün olduğu müddətcə Ermənistan bunu edəcək: “Seçim anı gələndə qərarı Ermənistan xalqı verəcək”. Paşinyanın sözlərinə görə, Rusiya Federasiyası ilə dəmir yolu əlaqələri və Rusiyadan dəmir yolu vasitəsilə Azərbaycan vasitəsilə idxal, gələcəkdə isə ixrac Avrasiya İqtisadi Birliyi daxilində iqtisadi əlaqələri gücləndirir: “Avropa İttifaqına gəldikdə isə, biz bilirik ki, prinsipcə iki birliyə üzvlük bir-birinə uyğun deyil, lakin hazırda mövcud olan gündəliyə görə, onlar bir-birinə uyğundur, bu, bir faktdır. Və bu gündəmləri birləşdirmək imkanı olduğu müddətcə biz bunu edəcəyik və proseslər qərar qəbul edilməli olan nöqtəyə qədər inkişaf etdikdə, əminəm ki, biz, yəni Ermənistan Respublikasının vətəndaşları, bu qərarı verəcəyik”.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ