Türk dünyasının ortaq ali təhsil məkanını yaradaraq diplomların qarşılıqlı tanınmasını sürətləndirmək əsas prioritetlərimizdən biri olmalıdır.
Bunu Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin aprelin 2-də Bakıda keçirilən görüşündə çıxışı zamanı deyib.
O bildirib ki, “Bir millət, üç dövlət” şüarı ilə möhkəmlənən Azərbaycan–Türkiyə–Şimali Kipr Türk Cümhuriyyəti münasibətləri bütün təşkilata nümunə olmalıdır. “Məqsədimiz bu səmimi və dərin bağı bütün üzv dövlətlərlə daha da gücləndirmək və Şimali Kipr Türk Cümhuriyyətinin tam üzvlük prosesini uğurla başa çatdırmaqdır. Şimali Kipr Türk Cümhuriyyəti tam üzv olmağa hazırdır”, - deyə Ünal Üstel vurğulayıb .
ZÜMRÜD