çərşənbə günü, 24 iyun 2026
     

Naxçıvanda məşğulluq səviyyəsi son 3 ildə xeyli zəifləyib - Prezident “miqrasiyadan” çox narazıdır...

Image


Fikrət Yusifov: “9 icra başçısının biznes imperiyası insanların gözünü qamaşdırır”

Bölgələrdə, əlbəttə ki, məşğulluqla bağlı məsələlər əsas prioritetlərdən biridir. Bunu Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən bildirib.

“Azərbaycanda bütövlükdə məşğulluqla bağlı son illər ərzində çox böyük islahatlar aparılıb, işsizliyin səviyyəsi aşağı düşüb. Ancaq o da həqiqətdir ki, bu gün hələ də bölgələrdən Bakıya, böyük şəhərlərə miqrasiya meylləri mövcuddur. Bunun müxtəlif səbəbləri var”, - deyə dövlət başçısı əlavə edib.

Fakt odur ki, son 3 ildə Naxçıvanda məşğulluq sahəsində vəziyyət xeyli ağırlaşıb və minlərlə əhali işini itirib. Ölkə başçısının fikirlərindən belə qənaət hasil olur ki, Naxçıvanda faktiki olaraq iş yerləri azalıb, yeni iş yerlərinin açılması faizi çox aşağıdır. Prezident məlum fikirləri ilə əslində Naxçıvanda məşğulluqla bağlı vəziyyətin getdikcə pisləşdiyinə eyham vurur. Həmçinin iş yerlərinin açılması ilə bağlı yeni təyin edilmiş kadrların üzərinə çox ciddi vəzifələr qoyur. Burada söhbət təkcə Naxçıvandan getmir. Azərbaycanın bir sıra bölgələrində də iş yerlərinin açılması ilə bağlı vəziyyət pisləşib. Görünən odur ki, Prezident İlham Əliyev Azərbaycanın bütün bölgələrində, o cümlədən Naxçıvanda məşğulluqla bağlı vəziyyətin ağırlaşmasına eyham vurur.

“Bu axının böyüməsinin əsas günahkarlarından biri və birincisi yerlərdə İcra hakimiyyətlərinin başında dayanan rəhbərlərdi”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən sabiq maliyyə naziri Fikrət Yusifovun fikrincə, Bakı şəhərinin və onun yerləşdiyi Abşeron yarımadasının çoxsaylı müəssisələrlə, mənzillərlə, avtomobillərlə və təbii ki, insanlarla hədsiz yüklənməsi bu gün hər bir birimizi narahat edən başlıca məsələlərdən biridir: “Təəssüf ki, bu, getdikcə daha da dərinləşən bir problemə çevrilməkdədir. Bakı şəhərində və bütövlükdə Abşeron yarımadasında yaranmış bu sıxlıq bu ərazidə yaşayan hər bir insanın həyatına bu və ya digər formada təsir edir. İnsanlar bəzən avtomobillə 10-15 dəqiqəyə qət edilməli olan yolda saatlarla vaxt itirməli olurlar. Bakı şəhərində avtomobil park etmək günü-gündən çətinləşir və s. Hər il ölkəyə orta hesabla gətirilən 90-95 min avtomobilin təqribən 90%-ə qədəri Abşeron yarmadasında və xüsusilə də Bakı şəhərində istifadə olunur ki, bu da ildən-ilə şəhərdə sıxlığı daha da artırır, avtomobil tıxaclarının daha da böyüməsinə səbəb olur. Unutmayaq ki, Bakı şəhəri dəniz səviyyəsindən 28 metr aşağı səviyyədə yerləşir və bu göstəriciyə görə o, dünya ölkələrinin paytaxtları arasında birinci yeri tutur. Paytaxtımızın dəniz səviyyəsindən bu qədər aşağı olması da Bakıda atmosferin daha çox çirklənməsini və ekologiyanın korlanmasını şərtləndirən səbəblərdən biridir”.

Professorun fikrincə, yeni təyin olunan icra başçılarını qəbul edərkən dövlət başçısının rayonlardan paytaxta miqrasiya probleminə xüsusi olaraq toxunması təsadüfü deyil: “İnsanlar nədən rayonlardan Bakıya, Abşeron yarımadasına axışırlar? Çünki bu gün yerlərdə adi bir iş tapmaq belə olduqca çətindir. Yerdə iş tapa bilməyən insan bilir ki, yaşadığı rayondan fərqli olaraq Bakıda hər hansı bir iş tapmaq şansı olacaq. İnsanlar məhz buna görə əlacsız qaldıqda mərkəzə axışırlar. Bu axının böyüməsinin əsas günhkarlarından biri və birincisi yerlərdə İcra hakimiyyətlərinin başında dayanan rəhbərlərdi. Son 5-6 ildə işdən çıxarılıb həbs edilən 9 icra başçısının biznes imperiyası insanların gözünü qamaşdırır. Bunlar öz biznes imperiyalarını nəyin hesabına qura bilirlər? Təbii ki, ilk növbədə sahibkarların hesabına. Bu o sahibkardır ki, rayonda iş yeri açmaq, rayonun iqtisadiyyatına töhfə vermək istəyir. Lakin təəssüflər olsun ki, sahibkarın yaratdığı biznesi görən kimi, İcra başçıları onlara “şərik” olmağa qalxırlar. İcra başçısı sahibkara açıq şəkildə deyir ki, sənin bu rayonda fəaliyyətin mənimlə şəriklikdən keçə bilər. Sahibkar buna razı olmadıqda İcra başçısı hər vəchlə onun fəaliyyətini əngəlləyir ki, bu da sonda müəssisənin fəaliyyətinin dayandırılmasına və biznesin rayondan çıxıb getməsinə səbəb olur. Bax, sahibkarları bu gün regionlardan qaçırdan əsas bəla budur. İcra başçısı sahibkarın qarşısında durmamalı, onun qolundan tutub dəstək verməli və minnətdar olmalıdır ki, sahibkar onun rəhbərlik etdiyi rayonda yeni iş yerləri açır. Çox təəssüf ki, bu gün biz bunu görə bilmirik. Nə qədər acınacaqlı olsa da bu gün yerlərdə İcra hakimiyyətlərinin yerli və xarici kapitalın regiona cəlb edilməsi sahəsindəki fəaliyyəti qeyri-kafi qiymətə layiq bir səviyyədədir”.

Vidadi ORDAHALLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Əliyev bütün dövlətin strategiyasını açdı - “...balansı mütləq dəyişdirməliyik”...

Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı...

Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

SON XƏBƏRLƏR

23.06.2026 / 23:38
Xameneyinin gizli məktubları açıldı, canlı yayım kəsildi, yüksək vəzifəli məmur istefa verdi - İranda XƏYANƏT QALMAQALI…

23.06.2026 / 23:10
Rusiya dizelin ixracına tam qadağa qoymağa hazırlaşır...

23.06.2026 / 22:57
İrəvanın rəqəmsal industriyası Azərbaycandan asılı vəziyyətə düşür...

23.06.2026 / 22:23
Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinə üzv seçildi

23.06.2026 / 22:16
Kerç boğazının hər iki sahili bombalanır - Zelenskinin hərbi-taktiki planı...

23.06.2026 / 21:54
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Berdiməhəmmədovla görüşündən görüntülər paylaşılıb

23.06.2026 / 21:49
Təhsil nazirinin planı mübahisəli sayılır - regionlarda tələbə sayını bu yolla artırmaq çətin olacaq...

23.06.2026 / 21:34
Türkiyədə sursat anbarında partlayış - Ölənlər var…

23.06.2026 / 21:12
Kılıçdaroğlu “Dəmirtaşı ziyarət edəcəyəm" dedi - “Hansı üzlə?..” cavabını aldı

23.06.2026 / 20:35
Ukrayna və Polşa prezidentlərinin şəxsi intriqası dərinləşir - Zelenski Polşaya getmədi...

23.06.2026 / 20:34
İlham Əliyevlə Berdiməhəmmədov “3-cü ölkələrlə bağlı” maraqlı qərar verdilər...

23.06.2026 / 20:10
Bakının fəallaşan dəstəyi Aşqabadı Transxəzər qaz kəmərinin çəkilişinə həvəsləndirə bilər...

23.06.2026 / 19:48
“Bir pəncərə” prinsipi: QHT-lərin maliyyələşdirilməsində yeni mərhələ

23.06.2026 / 19:44
Harutyunyan, Qukasyan və digərlərinin apellyasiya məhkəməsi davam etdirilib

23.06.2026 / 19:36
Türk dünyasına açılan üfüq yolu - Əhliman ƏMİRASLANOV yazır...

23.06.2026 / 19:23
Dövlət qulluğu statusu-dövlətçilikdə Azərbaycan brendi...

23.06.2026 / 18:53
Klıcdaroğlunun 250 min dollar paket iddiası tam yalan çıxdı...

23.06.2026 / 17:39
Tramp avqustun 21-dək İran nefti üzərindən embarqonu götürdü...

23.06.2026 / 17:27
Prezident Dövlət qulluqçularını təltif etdi

23.06.2026 / 17:25
İran-Rusiya-Çin üçlüyü Kollektiv Təhlükəsizlik Sazişinə doğru gedir...

23.06.2026 / 17:15
Prezidentin Şuşada inşa edilmiş birinci yaşayış kompleksində uşaqlarla görüşünə dair paylaşım edilib - VİDEO

23.06.2026 / 17:10
Zelenski Lukaşenkoya 2 şərt, bir həftə vaxt verdi...

23.06.2026 / 16:58
Xamneyi Pezeşkianı "vurmağa" hazırlaşır - xalqa müraciətdə müəmmalı fikir...

23.06.2026 / 16:54
Ekspertlər Əmrullayevdən fərqli düşünür - " tam ləğv etmək olar"...

23.06.2026 / 16:33
ABŞ İranla "Yüksək Səviyyəli Komitə" haqda razılaşma əldə etdi...

23.06.2026 / 16:29
Ermənistanda müxalifəti təmsil edən bütün deputatların mandatı ləğv edilir...

23.06.2026 / 16:20
Konstitusiya məhkəməsində Paşinyanın qələbəsinin legitimlik araşdırması başladı - 2 hakim vuruldu...

23.06.2026 / 16:07
Abituriyentlərin apellyasiya müraciətləri ödənişli ola bilər...

23.06.2026 / 15:54
İran iqtisadiyyatı müharibə rejimindən çıxarılır - İsrail yenə hər şeyi məhv etməsə yaxşıdır...

23.06.2026 / 15:42
AzərTelekom Avropa-Asiya "rəqəmsal İpək Yoluna" Ermənistanı da bağladı - narahatlıqlar var...

23.06.2026 / 15:36
Moskva İrəvandan məyus oldu - seçkidən əvvəl gözlədiklərinin əksini görür...

23.06.2026 / 15:15
Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatdı - FOTO

23.06.2026 / 15:14
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birgə nahar ediblər - FOTO

23.06.2026 / 15:06
İlham Əliyev Berdiməhəmmədova Qarabağ atı hədiyyə etdi - FOTO

23.06.2026 / 14:57
Prezident İlham Əliyev və Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində olublar - FOTO

23.06.2026 / 14:31
MDU-nun rektoru Anar Eminov “Clarivate” vebinarında tədqiqatda keyfiyyət və beynəlxalq elmi görünürlük barədə danışıb: "Keyfiyyətli tədqiqat universitetin sərhədlərini aşan ən güclü akademik imzasıdır"

23.06.2026 / 14:29
Vüqar Rəhimzadə: Azərbaycan-Türkmənistan strateji tərəfdaşlığında yeni mərhələ başlayır

23.06.2026 / 14:16
Ukraynada məşhur türk seriallarına “müharibə açdılar”...

23.06.2026 / 13:56
Prezident İlham Əliyev və Berdiməhəmmədov Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar - FOTO

23.06.2026 / 13:50
Prezidentlər Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar - FOTO

23.06.2026 / 13:48
ABŞ-dan "Livan yanmalıdır" deyən israilli nazirə sərt reaksiya - "bir qəpik də ABŞ dəstəyinə layiq deyillər" …`

23.06.2026 / 13:26
Azərbaycan və Türkmənistan prezidentləri Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar - FOTO

23.06.2026 / 13:19
Azərbaycanlıların Ermənistanda etnik təmizləməyə məruz qalması ABŞ-da müzakirəyə çıxarılır...

23.06.2026 / 13:01
Prezident İlham Əliyev və Berdiməhəmmədov Şuşa inşa edilmiş birinci yaşayış kompleksində olublar - FOTO

23.06.2026 / 12:50
Rusiya Azərbaycan vasitəsilə Ermənistana 408 ton gübrə göndərdi....

23.06.2026 / 12:42
Hikmət Hacıyev prezidentlərin Şuşa gəzintisindən GÖRÜNTÜLƏR paylaşdı

23.06.2026 / 12:29
Masallıda əməliyyat - keçmiş məhkum 7 kq narkotiklə saxlandı

23.06.2026 / 12:21
DİN Çevik Polis Alayında xidmətə qəbulla bağlı müsabiqə elan edir

23.06.2026 / 12:15
İran Hörmüzlə bağlı qəti qərarını verdi – artıq əvvəlki kimi olmayacaq…

23.06.2026 / 11:52
Putin və Lukaşenko Zelenskinin təhdidinə birgə cavab verməyə hazırlaşır…

23.06.2026 / 11:36
"Qlobal bazarlarda artan rəqabət kənd təsərrüfatına yanaşmanı dəyişir" - :

23.06.2026 / 11:25
Prezident İlham Əliyev və Berdiməhəmmədov Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTO

23.06.2026 / 11:20
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar - FOTO

23.06.2026 / 11:14
Qumar oyunlarının keçirilməsinə görə sanksiyalar sərtləşdirilir...

23.06.2026 / 11:07
Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoquna məktub ünvanlayıb

23.06.2026 / 11:01
Narkotikin təsir altında avtomobil idarə edən Mingəçevir sakini saxlandı

23.06.2026 / 10:48
Türkmənistan Prezidenti Berdiməhəmmədov Füzulidə... - FOTO

23.06.2026 / 10:32
Trampın İrana 300 milyardlıq ödəniş planının PƏRDƏARXASI DETALLARI ortaya çıxdı - Səudiyyə və BƏƏ üsyan etdi...

23.06.2026 / 10:09
Azərbaycan nefti 80 dollara düşdü...

23.06.2026 / 09:57
Endi Börnhem növbəti Britaniya Baş naziri?

23.06.2026 / 09:55
"Valideyn uşağa “kukla” kimi yanaşmamalıdır" - Məleykə Abbaszadə

23.06.2026 / 09:23
Fransa İraqı məğlub edib 1/16 finala yüksəldi...

23.06.2026 / 09:10
İsveçrədə İran-ABŞ danışıqlarının detalları açılır...

23.06.2026 / 06:17
Bu 4 adam savcı Zəkəriya Öz kimi sifariş icra edəndir.... Mansur Yavaş ifşa edir...

22.06.2026 / 22:58
Kremldən Starmerin istefasına maraqlı reaksiya - bunu birlikdə bacardıq… növbə Almaniyaya kanslerinindir…

22.06.2026 / 22:43
21 il Sovet "KQB" sinin, 5 il Rusiya Xarici Kəşfiyyat Xidmətinin əməkdaşı - 12 il müstəqil Azərbaycanın səfiri...(????)

22.06.2026 / 22:32
Avropanın Ukrayna üzrə yeni “E-5 məsləhət” formatı başlayır...

22.06.2026 / 21:53
Türkiyə millisi niyə bu günə qaldı - ilk 64 saniyədə qol buraxdı, heç bir qol vurmadan yarışı tərk etdi...

22.06.2026 / 21:37
44 günlük müharibənin niyə məhz 27 sentyabrda başladılmasının səbəbini hamı dəqiq bilsin...

22.06.2026 / 21:26
Tələbə sayı azaldılır: Problemə həll, yoxsa yeni suallar? - Vüsalə AĞABƏYLİ yazır...

22.06.2026 / 20:53
Əliyev bütün dövlətin strategiyasını açdı - “...balansı mütləq dəyişdirməliyik”...

22.06.2026 / 20:42
Ukrayna Moskvada strateji kosmik rabitə mərkəzini vurdu…

22.06.2026 / 20:33
Şagirdlərin monitorinq imtahanında sual kitabçaları niyə yığılır? - Nazir səbəbini açıqladı...

22.06.2026 / 20:10
"Repititorluğu ləğv etmək mümkün deyil" - Nazir

22.06.2026 / 19:55
Ağdamda insan skeletinə bənzər qalıqlar aşkarlandı

22.06.2026 / 19:41
Tramp SEPAH-ı İranda 1 saylı güc halına gətirdi...

22.06.2026 / 19:39
Prezident İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib - FOTO

22.06.2026 / 19:33
Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı...

22.06.2026 / 19:27
Özəlin quracağı yeni partiyanın adı bəlli oldu - Yürüyüş…

22.06.2026 / 19:26
"Ermənistanda parlament seçkilərinin nəticələrini Azərbaycan müəyyən edib"- İddia…

22.06.2026 / 19:09
Rusiya ilə Ermənistanın arasında ən qorxulu ssenari - tarix təkrarlana bilər...

Dövlət qulluğu statusu-dövlətçilikdə Azərbaycan brendi...

XƏBƏR ARXİVİ