çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

102-ci Gümrü bazasında Paşinyana qarşı plan hazırlanır...

Image


Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyan bildirib ki, 2026-cı ildə keçiriləcək parlament seçkilərində Ermənistanda hazırkı baş nazir Nikol Paşinyana qarşı çıxan siyasi qüvvələrin birləşməsinə kömək edəcək:

“Qarşıdan gələn seçkilərdə iştirak etmək fikrində olmasam da, Ermənistanı dirçəltmək üçün mövcud iqtisadi və insan potensialından, o cümlədən diaspordan istifadə edərək ardıcıl və Vətən sevgisi ilə çıxış etməyə qadir olan sağlam qüvvələrin birləşməsinə kömək etmək üçün bütün imkanlarımdan istifadə edəcəyəm”.

Abramyan qeyd edib ki, Paşinyan hakimiyyəti dövründə Azərbaycanla müharibə uduzulub, ölkənin ən mühüm obyektlərinə nəzarət əcnəbilərə verilir, Ermənistanın borcu artırır və qiymətlər yüksəlir: “Son 7 ilin tarixi Paşinyanın hissləri manipulyasiya edərək, ona inanan insanları bu gün şahidi olduğumuz aldatma və milli faciəyə bilmədən ortaq etdiyinin acı şahididir”. O, həmçinin qeyd edib ki, ermənilərin əksəriyyəti öz Vətənini sevir və onun qorunub saxlanılması və çiçəklənməsi naminə birləşməyə hazırdır: “Biz səhv edənlərlə ünsiyyət qurmalı və onlara sadə bir şeyi izah etməliyik: biznesi itirə bilərsən, amma sıfırdan başla və varlan, itirib yenidən dostlar tapa bilərsən, amma vətənini itirən hər şeyini itirir”. Bütün bunlar bir daha göstərir ki, erməni diasporu Ermənistanda hakimiyyət dəyişikliyində maraqlıdır. Bu, xüsusən də Rusiyadakı diaspora aiddir. Amma o da faktdır ki, bu diaspor adətən Kremldən gələn tapşırıqlarla hərəkət edir. Məhz belə nbir vaxtda kremlin Ermənistan hakmiyyəti ilə bağlı yeni təhlükəli planları da üzə çıxıb. Məsələ burasındadır ki, son həftələrdə Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasının aktivliyi artıb. “Caliber” nəşrinin mənbələrin bildirdiyinə görə, Rusiya tərəfi 2025-ci ilin iyun və iyul aylarında dəfələrlə Azərbaycana müraciət edərək, hərbi nəqliyyat təyyarələrinin hava məkanımızdan keçməsinə icazə istəyib. Məqsəd Ermənistana silah-sursatın çatdırılması olub. Lakin Bakı qəti və birmənalı mövqe ortaya qoyub: dəhliz bağlıdır. Bu qərar həm milli maraqların qorunmasını, həm də potensial risklərin olduğunu əks etdirir: “Göndərilməyə çalışılan yükün nomenklaturası ciddi suallar doğurur. Ağır silahlarla yanaşı, Gümrüdəki bazaya yaxın döyüşlər və şəhər mühitində istifadə üçün nəzərdə tutulmuş silahlar da çatdırılmağa cəhd edilib. Yəni söhbət yalnız gələcəkdə Azərbaycanla sərhəddə mümkün açıq toqquşmalardan deyil, həm də küçə döyüşləri və sıx yaşayış məntəqələrində silahlı qarşıdurmalar ehtimalından gedir. Əldə olunmuş məlumata görə, Rusiyanın hədəflərindən biri Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanı devirməkdir. Moskva İrəvan üzərində birbaşa təsir rıçaqlarını itirdikdən sonra nəzarəti idarə olunan böhran vasitəsilə bərpa etməyə cəhd edə bilər. Bu fonda, Ermənistan ərazisi boyu müxtəlif təxribatlar, hətta terror aktları da istisna edilmir. Bu model artıq tanışdır: 2014-cü ildə Krımda hər şey “yaşıl adamcıqlar”, xaos və paralel olaraq siyasi fiqurların dəyişdirilməsi ilə başlamışdı. Moskvanın “ehtiyatda saxladığı” köhnə qvardiya da var: Robert Köçəryan, Serj Sarkisyan, Samvel Karapetyan. Hər üçü prorus reputasiyaya malikdir və Paşinyana qarşı yaradılacaq qarışıqlıq fonunda “milli alternativ” kimi irəli sürülə bilər. Gözlənilir ki, təxribat dalğasından sonra məhz onlar səhnəyə çıxaraq vəziyyəti “xilas etmək” bəhanəsi ilə ön plana keçsinlər. Səhnə arxasında isə Ermənistan siyasətinə sızmış beşinci kolon fəaliyyət göstərəcək.

Mənbələrin fikrincə, hakimiyyət dəyişikliyi uğurlu olacağı təqdirdə, növbəti mərhələ İrəvanın siyasi kursunun dəyişdirilməsi, ardınca isə Azərbaycan istiqamətində eskalasiyanın başlanması olacaq. Bu da izah edir ki, Rusiya niyə Gümrüdəki 102-ci bazaya məhz ağır silahları çatdırmağa çalışır. Beləliklə, söhbət nə sadəcə texnika daşınmasından, nə də müvəqqəti aktivlikdən gedir. Bu, regionun siyasi-hərbi mənzərəsini dəyişdirə biləcək addımlar zəncirinə struktur hazırlığıdır. Əsas təhlükə də bundadır. Moskva Ermənistan ərazisini idarə olunan böhran və güc tətbiqi üçün əməliyyat meydanı kimi görür. Paralel olaraq, Cənubi Qafqazda itirdiyi mövqeləri geri qaytarmaq niyyətindədir. Azərbaycanın Rusiyaya hava dəhlizi verməkdən imtinası vacib, amma aralıq səddir. Daha önəmlisi isə Rusiyanın eyni vaxtda həm Ermənistana, həm də perspektivdə Azərbaycana qarşı oyunun mexanizmini anlamaqdır. Azərbaycan üçün bu ssenari sərhədlərimizdə sabitliyin pozulması və yeni səviyyədə təhlükələrin yaranması deməkdir. Ermənistan isə bu planın reallaşacağı halda yenidən subyekt yox, obyekt olacaq. Bunu həm metodlar, həm adlar, həm də ritorika təsdiqləyir. Və bütün bu detalların arxasında tanış məntiq gizlənir: idarə olunan xaos, elitaların dəyişdirilməsi, militarizasiya, xarici qarşıdurma. Hamısı eyni “dərsliyə” uyğundur. Rusiya hələ də itirdiyi təsiri qaytarmağa ümid edir, amma bunun qiyməti Cənubi Qafqazın ümumi təhlükəsizlik balansı ola bilər. Moskva üçün qonşu ölkələrin destabilizasiyası geosiyasi “korreksiya” aləti kimi qəbul edilirsə, region üçün bu, dağıdıcı nəticələrlə başqasının oyununa cəlb olunmaq deməkdir. Sual İrəvanın bu ssenarinin reallaşmasına imkan verib-verməyəcəyində deyil. Sual başqadır: O, siyasi sabahının konstitusiya çərçivəsində deyil, xarici oyunçunun maraqları naminə — İrəvanda deyil, Gümrüdəki 102-ci baza qərargahında və Moskvada yazılan ssenari ilə yenidən “yazıla” biləcəyini dərk edirmi? Amma Azərbaycan artıq o ölkə deyil ki, kimsə onu görməzdən gəlsin və ya fakt qarşısında qoysun. Biz passiv müşahidəçi deyilik. Görürük, təhlil edirik, nəticə çıxarırıq. Və bizdə kifayət qədər iradə, alətlər və siyasi təcrübə var ki, regionun yad ssenari üzrə oynadılmasına imkan verməyək”. Bütün bunlar Gümrüdəki 102-ci bazanın Ermənistan üçün nə dərəcədə ciddi təhdid olduğunu açıq şəkildə ortaya qoyur. Ermənistanın “Qraparak” nəşri də Ukrayna xüsusi xidmət orqanlarından götürdüyü ehtimal edilən informasiyasında Rusiyanın 102-ci bazanı gücləndirmək üçün yeni texnika və heyəti Gümrüyə gətirməsi barədə bu günlərdə məlumat yaymışdı. Bu arada Ermənistanın iqtidaryönlü informasiya resursları Qərbyönlü kursun tərəfdarlarının Rusiyanın Ermənistandakı hərbi mövcudluğuna qarşı və ölkənin KTMT-dən çıxmaq təşəbbüsünü dəstəkləyən hərəkətlərini açıqlayıb. Artıq cəmiyyətdə etiraz aksiyalarının başlanması barədə şayiələr dolaşmaqdadır. Etirazların avqustun 23-də, Ermənistanın müstəqilliyini bərpa etdiyi gün Gümrüdə keçirilməsi planlaşdırılır. Mitinqdə 102-ci bazanın Ermənistan ərazisindən çıxarılması ilə bağlı çağırışların səslənəcəyi gözlənilir. Bütün bunlar sözügedən baza ilə bağlı yaxın tezlikdə maraqlı proseslərin olacağını göstərir.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

19.10.2026 / 08:25
Trampa qarşı “Kral istəmirik!” etiraz aksiyaları bütün Amerikanı bürüdü

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ