Cümə günü, 27 noyabr 2026
     

Rusiya-Qərb soyuqlaşmasına görə Putini müqəssir bilənlərin sayı artır

Image


Postsovet ölkələrini daha çox güc və təzyiq yolu ilə əldə saxlamağa çalışan Rusiya bu istiqamətdə həyata keçirdiyi siyasəti davam etdirməkdə israrlı olduğunu nümayiş etdirməkdədir. Hər halda, Ukraynada baş verənlər qeyd olunanların real təsdiqi sayıla bilər. Amma belə görünür ki, Kreml təkcə Ukrayna ilə fəaliyyətini məhdudlaşdırmaq niyyətində deyil. Cənubi Qafqazda da mövqelərini möhkəmləndirməkdə maraqlı olan Rusiya indi burada yenə də əsas hədəf kimi qonşu Gürcüstanı görür.
Aydındır ki, Gürcüstanla bağlı hadisələr ölkəmizdə də diqqətlə izlənir və bunun əsas səbəblərindən biri Azərbaycanın enerji ehtiyatlarını dünya bazarlarına çıxaran enerji xətlərinin məhz Gürcüstandan keçməsidir. Hazırda Moskvanın bu ölkə ilə bağlı siyasəti Qərbdə də ciddi narahatlıqla izlənir. ABŞ-ın "Washington Post" nəşrində siyasi müşahidəçi Maykl Birnbaum yazır: "Ukraynada münaqişənin başlanmasından sonra Qərb Gürcüstanın Avropa Birliyi və NATO-ya qəbulundan geri çəkilir. Nəticədə bu ölkədə Rusiyaya dəstək artır". Onun sözlərinə görə, Rusiya energetika və digər əsas sektorlarda investisiyaları artıraraq, həmçinin Rusiyanın dövlət KİV-lərinin gürcü xidmətlərini açaraq Gürcüstan ərazisində fəaliyyətini aktivləşdirir. Siyasi müşahidəçi qeyd edir ki, analoji vəziyyət Rusiya və Qərb arasındakı gərginliyə cəlb edilən keçmiş Şərq blokunun digər ölkələrində də müşahidə olunur. Müşahidəçi bildirir ki, Birləşmiş Ştatların təsəlliverici addımları - gürcü əsgərləri ilə birgə təlimlərin keçirilməsi Gürcüstan sakinləri tərəfindən kifayət hesab edilmir. Daha əvvəl isə "Foreign Policy" nəşrinin siyasi şərhçisi Maykl Sesayp da eyni mövqedən çıxış edib. Onun fikrincə, Tiflis Rusiyanın hökmranlığından qaçıb Avroatlantik strukturlara iddia eləsə də, Kremlin ərazi işğalı önündə Qərbin hərəkətsizliyi öz mənfi effektini verməkdədir: "Gürcülər uzun müddət şokda olublar ki, Rusiya onların ərazisinin 20 faizini işğal edib, 300 min nəfərini etnik təmizlənməyə məruz qoyub, ancaq indi bəzi qruplar soruşmağa başlayıblar ki, Qərblə sıx əlaqələr naminə bütün bu itkilərə dəyərdimi? Gürcülər çox tez-tez suala mənfi cavab verirlər". Şərhçinin müşahidəsinə görə, müəyyən qrupların və təşkilatların, maliyyənin hesabına Rusiyanın Gürcüstana təsiri güclənir: " Vaşinqtondakı dəyirmi masalarda isə özəl söhbətlərdə Qərb məmurları və ekspertləri Rusiyanın Gürcüstanda kök atmasına yönəlik təbliğatının əhəmiyyətini kiçildirlər. Gürcüstanın qərbyönlü oriyentasiyasına avtomatik əmin olmaq zamanı bitir. Rusiyanın ucqarlara təsirləri yenidən dirçəlir və Gürcüstan Moskvadan ötrü arzu olunan qənimət kimi qalmaqdadır".
Onu da qeyd edək ki, Qərbin iqtisadi amillərlə regionda mövqelərini gücləndirməyə çalışdığı bir vaxtda Rusiya daha çox güc amilinə və separatçılıq kartına üstünlük verir. Rusiya ilə Cənubi Osetiya arasında müttəfiqlik və inteqrasiya haqqında saziş bunun növbəti təsdiqi sayılır.
Xatırladaq ki, imzalanan sənədə görə, Rusiya regionun təhlükəsizliyini və müdafiəsini təşkil edəcək. Cənubi Osetiyanın hərbi qüvvələri Rusiya Silahlı Qüvvələrinin tərkibinə daxil olacaq. Eyni zamanda, saziş Cənubi Osetiya vətəndaşlarının rus pasportu alması üçün prosedurun sadələşdirməsini nəzərdə tutur. Müqavilə 25 illik müddətə bağlanıb. Eyni müqavilə Abxaziya ilə də imzalanıb. Bununla MDB məkanında separatçıları dəstəklədiyinə görə Qərbin sanksiyalarına məruz qalan Rusiya ənənəvi siyasətini davam etdirməkdə israrlı olduğunu bir daha nümayiş etdirir. Rusiya prezidenti Vladimir Putin isə həyata keçirdikləri siyasətdən geri çəkilmək niyyətlərində olmadığıın bəyan edir:
"Qərbin Rusiyaya təzyiqi davam edəcək, ancaq öz kursumuzu dəyişməyəcəyik. Rusiyaya təzyiqin səbəbləri məlumdur. Ölkə müstəqil siyasət yürüdür və müstəqilliklə bağlı ticarət etmir. Bu isə onların xoşuna gəlmir". Putin qeyd edib ki, sanksiyalar vasitəsilə Rusiya cəmiyyətini parçalamaq nəticə verməyəcək: "Cəmiyyətimizi parçalamaq, ayırmaq, ayrı-ayrı çətinliklərimizdən istifadə etmək, zəif nöqtələrimizi tapmaq kimi cəhdlər gözlənilən nəticələr verməyib. Bunu gözləyənlər isə ölkəmizə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edən və onları dəstəkləməkdə davam edənlərdir". Bu səbəbdən əksər Qərb politoloqları artıq Putinlə daha ciddi hesablaşmağın zəruri olduğunu bildirir. Amerikalı politoloq Kristofer Çivvis NATO-nu qəti hərəkət etməyə çağırır":NATO rus qəsbkarlığına qarşı Şərqi Avropadakı sərhədlərini genişləndirməlidir. Çünki Moskvanın gələcəkdə nə edəcəyi bəlli deyil. NATO ilə müharibəyə girmək Moskvaya çox baha başa gələcək. Rusiyanın postsovet ölkələrinə hücum ehtimalı olduqca aşağıdır. Lakin bu baş verərsə, Moskva dünyanı nüvə fəlakəti ilə üz-üzə qoyacaq".
Ondan fərqli olaraq, ABŞ-ın Demokratlar partiyasından prezidentliyə namizədlərdən biri olan Hillari Klinton ABŞ-ı Rusiya ilə münasibətdə ağıllı olmağa səsləyib":Biz Putin və onun ambisiyaları ilə münasibətdə əvvəlkindən daha ağıllı olmalıyıq. O adi adam deyil". ABŞ-ın sabiq dövlət katibi Madlen Olbrayt Qərblə Rusiyanın münasibətlərinin pisləşməsinə görə Vladimir Putini günahlandırıb. 1997-2001-ci illərdə ABŞ Dövlət Departamentinə rəhbərlik etmiş Olbrayt NATO-Rusiya münasibətlərinin Putinin günahı ucbatından korlandığını bildirib: "Putinin elədikləri və etməkdə davam etdiyi işlər 1945-ci ildən - II Dünya Müharibəsinin başa çatdığı vaxtdan bəri baş verməyib. Söhbət suveren bir dövlət olan Ukraynanın ərazisini işğal etmək üçün əlindəki hakimiyyətdən sui-istifadədən gedir".
Sabiq dövlət katibinin fikrincə, ən vacib məsələ odur ki, insanlar bu münaqişəni Putinin törətdiyini anlamalı və onun bu addımına yekdilliklə mənfi münasibət bəsləməlidir: "Yeni "soyuq müharibə"dən qorxmaq lazım deyil. Böhran zonasında yeni insident və toqquşmaların baş verməsi ehtimalından qorxmaq lazımdır".
Nahid SALAYEV
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ