Cümə günü, 27 noyabr 2026
     

Kreml daha sərt miqrant siyasətinə başladı

Image


 Son dövrlərdə miqrantlar üçün hüquqi müstəvidə çoxsaylı çətinliklər yaradan Rusiya bu istiqamətdə fəaliyyətini genişləndirməyə başlayıb. Belə görünür ki, atılan yeni addımlar şimal qonşumuzda çalışan miqrantların durumunu daha da çətinləşdirəcək. Söhbət ondan gedir ki, Rusiya prezidenti Vladimir Putin xarici ölkə vətəndaşlarının ölkədəki hüquqi vəziyyətləri ilə əlaqədar qanunu təsdiqləyib.
Yeni qanunla iş patenti göstərən xarici ölkə vətəndaşlarının hər hansı başqa bir işlə məşğul olması qadağan edilir. Bundan sonra Rusiyada fəaliyyət göstərdiyi iş sahəsindəki dəyişikliyi dövlətə bildirməyən xarici ölkə vətəndaşı cəzalanacaq.
Xatırladaq ki, 2015-ci il yanvarın 1-dən etibarən əmək miqrantları üçün yeni qanun qüvvəyə minib. Yeni qanuna əsasən, Rusiyaya vizasız gələn əcnəbi vətəndaşlar sərhəd-keçid məntəqəsində ölkəyə gəlişinin məqsədini göstərməlidir. Rusiyaya işləmək üçün gələn əcnəbi vətəndaş miqrasiya vərəqində bunu qeyd etməli və sonra 1 ay müddətində işləmək üçün əmək patentini almalıdır. Əmək patentini yalnız miqrasiya vərəqində ölkəyə gəlişinin məqsədi "işləmək" kimi qeyd olunan xarici vətəndaş ala bilər. Bir ay ərzində deyil, növbəti iki ay ərzində patent üçün müraciət edən əcnəbi vətəndaş cərimə olunduqdan sonra patent ala bilir. Əmək patenti 1 aydan 12 aya qədər müddətə verilir. Daha sonra patentin müddətini 1 il də uzatmaq olar. Əmək patentinə görə hər ay dövlət rüsumu ödənir. Bu rüsum Rusiyanın region və subyektlərindən asılı olaraq dəyişir. Moskva və Moskvaətrafı regionda xarici vətəndaş əmək patentinə görə hər ay 4000 rubl, Sankt-Peterburqda 1900 rubl ödəməlidir. Rusiyaya işləmək üçün gələn xarici vətəndaşlar əmək patenti alan zaman onlara könüllü tibbi sığorta paketi təklif olunur. Bunun üçün regionlarda vahid mərkəz yaradılıb. Bundan başqa, xarici vətəndaşlar yoluxucu xəstəliklər barədə arayış da təqdim etməli, rus dili və tarixindən imtahan verməlidirlər.
Rəsmi məlumata görə, Rusiyada 2015-ci ilin ilk beş ayında 1 milyon iş patenti qeydə alınıb. Xarici vətəndaşlara verilən patent dövlət büdcəsinə 8 milyard rubl gəlir gətirib. Amma bu vaxta qədər miqrantlar patent aldıqdan sonra digər işlər üzrə də çalışırdılar. Lakin artıq bu, qanunla qadağan edilir. Ekspertlər bunun mövsümi işlərdə çalışanlara daha çox zərər vuracağını proqnozlaşdırır və bu hal Rusiyada çalışan soydaşlarımıza da mənfi istiqamətdə təsir göstərəcək.
Miqrantlar üçün yaranan problemlər təkcə qeyd olunanlarla məhdudlaşmır. Belə ki, artıq məlumdur ki, Rusiyada yaşamaq və işləmək, müvəqqəti qeydiyyatdan keçmək istəyən miqrantlar üçün rus dili, tarix və hüquq üzrə kompleks test mürəkkəbləşdirilib. Rusiya Xalqlar Dostluğu Universitetinin xarici tələbələr üzrə prorektoru Anjela Doljikova bildirib ki, tarix və hüququn əsasları üzrə imtahanlar zamanı 5 açıq sual əlavə olunub. Xarici vətəndaşlar bu suallara cavabı özləri tapmalıdır. Suallardan üçü 9-20-ci əsrlərdə baş vermiş hadisələrə, digər iki sual isə Rusiyanın yeni tarixinə aiddir. İmtahan vaxtı 150 dəqiqəyədək uzadılıb. Rusiyada daimi yaşamaq istəyən əcnəbilər üçün leksik söz ehtiyatı minimum 1250, əməkçi miqrantlar üçün isə 950 söz olacaq. Yeni test forması iyulun 1-dən tətbiq edilir.
Bütün bunlar ölkəyə gələn miqrantların sayının azaldılası üçün edilir. Xatırladaq ki, Rusiya hökuməti 2015-ci ildə miqrantların ölkədə müvəqqəti yaşaması üçün 126 min nəfərlik kvota təyin edib. 126 055 nəfərlik kvota Rusiyada müvəqqəti yaşamaq üçün xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə icazənin verilməsini əhatə edir.
Ən çox icazə Mərkəzi Federal Dairəyə verilib - 38,1 min. Privoljsk 23,7 min və Sibir Dairəsi 20 min nəfərlik icazə alıb. Kvotanın həcmi regional icra hakimiyyəti orqanlarından daxil olan təkliflər əsasında müəyyənləşdirilib. Həmin təkliflər miqrasiya və iqtisadi vəziyyətin nəzərə alınması ilə hazırlanıb. Lakin cari ildə Rusiyaya üz tutan miqrantların sayı artdığından, Kreml daha sərt miqrasiya siyasətinə başlayıb. Rusiya Federal Miqrasiya Xidmətinin (FMX) rəhbəri Konstantin Romodanovski bildirib ki, hazırda Rusiya ərazisində 10 milyona yaxın xarici vətəndaş var və miqrasiya haqqında qanunu pozan 1 milyon 350 min əcnəbinin də Rusiyaya girişi yasaqlanıb":Qanunu pozan miqrantların sayının necə azaldığının cədvəlini tərtib etmişik. Biz bunu ilk dəfə reallaşdırdıq. Ötən illərlə müqayisədə miqrantların sayında azalma baş verib. Rusiyaya işləmək üçün gələn bəzi ölkə vətəndaşlarının sayının azaldığını müşahidə edirik". Bu sıraya Azərbaycan da aiddir. Son vaxtlar Azərbaycandan Rusiyaya işləməyə gedənlərin sayı da azalmaqdadır. Ekspertlərin bir qismi bunu Rusiyada miqrantların fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqələndirir, bəziləri isə Rusiyanın düşdüyü iqtisadi çətinliklə izah edir.
Tahir TAĞIYEV





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ