Cümə günü, 27 noyabr 2026
     

ABŞ Azərbaycanda çevriliş planını işə saldı – Gizli görüşlərin ilginc detalları

Image


Sön dövrlər Azərbaycanla Qərbin, xüsusi ilə də ABŞ-ın münasibətlərində yaranan soyuqluq ABŞ-ın Azərbaycandakı səfirliyinin ölkəmizə qarşı fəaliyyətinin genişlənməsilə nəticələnib və rəsmi Vaşinqton Azərbaycan hakimiyyətini dəyişdirmək planını işə salıb.

AzNews.az-a bunları sübut edən materiallar daxil olub. Materiallara əsasən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta yaxın bir neçə ay ərzində müxalifətin radikal qanadının bir çox üzvləri ilə ciddi görüşlər keçirib və vurğulayıb ki, bu ideyaların gerçəkləşməsi üçün ABŞ Dövlət Departamenti Azərbaycan müxalifətinə maddi və mənəvi dəstək verəcək. Əldə edilən informasiyalardan bəlli olur ki, 2015-ci ilin may-iyun ayları ərzində Robert Sekuta və onun siyasi məsələlər üzrə müşaviri Syuzan Çesli bununla bağlı fəaliyyətlərini daha da aktivləşdiriblər. Bu aktivləşmə Azərbaycanın müxalifət düşərgəsində təmsil olunan tanınmış simalarla bir neçə görüşlər keçirilməsilə müşahidə edilib. Bu görüşlərin bəziləri barədə mətbuatda məlumatlar yayılsa da, müzakirə olunan məsələlər gizli saxlanılıb.

Səfir Cəmil Həsənliylə nələri müzakirə edib?

Belə ki, mayın 26-da Milli Şuranın sədri Cəmil Həsənli ilə səfirliyin inzibati binasında baş tutan görüşdə onun rəhbərlik etdiyi təşkilatın mayın 30-da təyin etdiyi aksiya, I Avropa Oyunları, xaricdə yaşayan azərbaycanlılarla işin koordinasiya edilməsi barədə müzakirələr aparılıb. Müxalifətdəki mənbələrin məlumatına görə, işin daha effektli təşkili üçün Cəmil Həsənli maliyyə yardımının ayrılmasını istəyib və ona bu istiqamətdə dəstək olacağı vəd verilib.

Arif Hacılıya hakimiyyətə təzyiq tapşırığı

İyunun 9-da Müsavat sədri Arif Hacılı ilə keçirilən görüş zamanı əsas mövzu 2015-ci ilin parlament seçkiləri, Avropa Oyunları və "siyasi məhbus” məsələsi olub. Robert Sekuta seçkilərlə bağlı aktivləşməyin vacibliyini vurğulayaraq "siyasi məhbis”ların azadlığa çıxması üçün hakimiyyətə təzyiqlərin davam etdiyini vurğulayıb.

I Avropa Oyunları – tənəzzül çağırışları üçün fürsət

İyunun 9-da Syuzan Çesli Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevlə görüş zamanı Avropa Oyunları, Azərbaycanda iqtisadi və siyasi vəziyyət barədə danışıb. Syuzan Çesli ölkə iqtisadiyyatının Avropa Oyunlarından sonra tənəzzülə uğrayacağına dair fikirlər səsləndirərək yaranmış belə fürsətdən müxalifətin istifadə etməsinin mümkünlüyünü vurğulayıb.

Əli Kərimliyə seçki vədi

İyunun 11-də AXCP sədri Əli Kərimli ilə səfirliyin inzibati binasında keçirilən görüş zamanı Əli Kərimlinin pasport problemi, onun qaynı Elnur Seyidovun hələ də həbsdə qalması, "Azadlıq” qəzetinin maliyyə problemləri ilə üzləşməsi, qərargahın olmaması ətrafında müzakirələr aparılıb, Robert Sekuta bu istiqamətdə dəstək verəcəyini vəd edib, 2015-ci il parlament seçkilərinin dönüş ili ola biləcəyinə işarə edib.

Hədəf – 2016, külli miqdarda vəsait...

İyunun 23-də REAL-ın İdarə Heyətinin üzvləri Erkin Qədirli, Natiq Cavadlı, Azər Qasımlı ilə görüş zamanı Robert Sekuta qeyd edib ki, müxalifətdə təmsil olunan partiya rəhbərləri ABŞ da daxil olmaqla, digər Avropa ölkələrinin Azərbaycandakı səfirliklərinin nümayəndələri və beynəlxalq təşkilatların əməkdaşları ilə görüşməkdən başqa heç bir ciddi işlə məşğul olmurlar. O, REAL-çılara tapşırıb ki, iqtidarın təzyiqlərinə baxmayaraq regionlara çıxsınlar, seçicilərlə görüşlər keçirsinlər, vətəndaşları ətraflarında birləşdirməyin və daha böyük kütlə toplamağın yollarını arasınlar. ABŞ ilə Azərbaycan iqtidarı arasında hazırda dostluq münasibətlərinin çox aşağı səviyyədə olduğunu etiraf edən səfir, 2015-ci il parlament seçkilərinin ölkədaxili siyasi proseslərə ciddi təsir edəcəyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanın demokratikləşməsi və azad seçkinin keçirilməsi üçün ABŞ Dövlət Departamenti tərəfindən ölkə müxalifətinə külli miqdarda pul ayrılacaq. Əsas məqsəd isə 2016-cı ilin may ayına qədər ölkədə dövlət çevrilişinə nail olmaq üçün ciddi addımlar atmaqdır.

ABŞ-ın Azərbaycana qarşı region savaşı

Məlumat üçün bildirək ki, ABŞ-ın Azərbaycanla bağlı planı bu dövlətin region ölkələrdəki səfirliklərində də müzakirə mövzusudur. Səfirliklərə həmin ölkələrdə nüfuzlu azərbaycanlılarla əlaqə qurmaq, onların güclərini Azərbaycan iqtidarına qarşı çevirmək üçün fəaliyyətə başlamaq tapşırığı verilib. Məsələn, səhih informasiyaya görə, ABŞ-ın Ukraynadakı səfirinin 1-ci müavini Bruce Donahue yaxın ətrafına bildirib ki, hazırda Azərbaycan müxalifətinin dirçəlməsi istiqamətində iş aparılır, bu yolda ən böyük rolu isə hakimiyyət daxilində "vurulmağa” hazırlaşan və Qərb təfəkkürlü məmurlar oynayacaqlar. ABŞ tərəfi bir çox işlərini Azərbaycan müxalifətinin xaricdə yaşayan fəalı, ABŞ vətəndaşlığını daşıyan Səid Nuri vasitəsilə koordinasiya edir, Milli Şura üzvlərinə mesajlar məhz onun vasitəsilə çatdırılır. Səid Nurinin 28 iyunda Kiyevə etdiyi səfər də məhz ABŞ tərəfinin dəstəyi və təşəbbüsü nəticəsində baş tutub. Heç kəsə sirr deyil ki, rəsmi Kiyevin Azərbaycana qarşı son vaxtlar müşahidə edilən qeyri-dost münasibətləri də okeanın o tayında hazırlanıb. Ekspertlərin fikrincə, "Şokolad kralı” Petro Poroşenkonun komandasının Bakıya qarşı belə davranmasının kökündə əsasən Azərbaycanın AŞPA-da Rusiyanı dəstəkləməsi dayanır. Elə bu baxımdan "Petro Poroşenko Bloku”nun deputatı, Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri və assambleyanın vitse-prezidenti Vladimir Aryevin azərbaycanlıları hakimiyyəti devirməyə çağırması, prezident Poroşenkonun I Avropa Oyunlarının nə açılış, nə də bağlanış mərasimlərinə gəlməməsi heç də təsadüfi hesab edilməməlidir. Və bütün bunların izi Vaşinqtona, ABŞ-dakı erməni diasporuna və onları dəstəkləyən qüvvələrə gedib çıxır.

Kerrinin kirli planları

Bütün bu qeyd olunan proseslərə isə ABŞ-ın Dövlət Departamenti və onun şefi Con Kerri nəzarət edir. Azərbaycana qarşı tətbiq olunan "907-ci düzəlişin" əsas müəlliflərindən biri olan Con Kerri bütün siyasi fəaliyyəti ərzində ölkəmizə qərəzli mövqe sərgiləyir. Onun fəaliyyətinin əsasını isə ermənipərəst dairələrlə birləşərək ABŞ-Azərbaycan əlaqələrinə ciddi zərbə vurmaq təşkil edir. Bunun bariz nümunəsi kimi sadəcə ABŞ-ın Milli Demokratiyaya Dəstək təşkilatının (NED) Azərbaycanla bağlı hazırladığı sənədi xatırlamaq yerinə düşər. 2 il müddətində həyata keçiriləcək bu layihədə deyilir ki, ölkəmizə qarşı sanksiyalar tətbiq edilməli, Azərbaycan vətəndaşlarının səyahət imkanları məhdudlaşdırılmalı, bank hesabları dondurulmalıdır. Bu layihə də ABŞ-ın dövlət katibi Con Kerri rəhbərlik edir. O, bu kampaniyaya ilk Avropa Oyunları ərəfəsində start verməklə 1992-ci ildən Azərbaycana qarşı tutduğu ermənipərəst mövqeyindən əl çəkmədiyini göstərir. Onun kabinetində hazırlanan üzdəniraq bu layihənin ölkəmizdəki icraçıları isə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və onun siyasi məsələlər üzrə müşaviri Syuzan Çeslidir. ABŞ-da isə bu kampaniyanın təşkil olunması National Endowment for Democracy təşkilatına həvalə edilib. Məlumdur ki, əsasən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və dövlət büdcəsindən maliyyələşdirilən NED uzun illərdir Azərbaycanda "5-ci kolon”un formalaşdırılması, hakimiyyət çevrilişi planlarının fəal iştirakçılarından biri rolunda çıxış edir. Bu təşkilat vasitəsilə Azərbaycandakı "tərəfdaş” QHT və media vasitələrinə ABŞ və Qərb mənbələrindən milyonlarla dollar vəsait ötürülüb. "İnsan hüquqları naminə idman” kampaniyası adlandırılan ikinci sənədə əsasən isə Azərbaycana qarşı yeni "qara piar” layihəsinin icrasına başlanılacaq. Sənəddə açıq şəkildə bildirilir ki, bu il Azərbaycanda keçiriləcək parlament seçkilərinin, "Formula 1” yarışmasının, İslam Həmrəylik Oyunlarının və digər mühüm beynəlxalq tədbirlər keçiriləcəyinə görə, dünya ictimaiyyətinin diqqəti ölkəmizə yönələcək və bu fürsətdən istifadə edilməklə Azərbaycana qarşı məcburetmə tədbirləri həyata keçiriləcək.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ