Cümə günü, 27 noyabr 2026
     

Yunanıstandakı böhran Avropa Birliyinin sonunun başlanğıcına çevrildi

Image


"Ötən onilliyin sonlarına yaxın bütün dünyanı bürümüş maliyyə böhranı Avropa Birliyinə ciddi zərbə vurdu və bu proses getdikcə daha da dərinləşdi. Avropada bu böhrandan daha çox zərər çəkən ölkələr kimi Yunanıstan, İspaniya, İtaliya və Portuqaliyanın adı tez-tez gündəmə gəlirdi. Onların içində ən ağır durumla üzləşmiş ölkə hələlik Yunanıstandır.

İlk baxışda bir ölkənin borc öhdəliyini yerinə yetirə bilməməsi bəlkə bir o qədər ciddi səslənməyə bilər. Ancaq reallıqda Yunanıstanın bugünkü maliyyə vəziyyəti bir ölkə üçün olduqca təhlükəli həddədir və bu, heç şübhəsiz ki, Avropa Birliyinin özünə də yaxşı perspektiv vəd etmir. Avrozona üçün yaranmış təhlükə hələlik özünü tam çılpaqlığı ilə göstərməyə bilər. Obrazla desək, bu təhlükə hələlik aysberqin suyun üzündə olan hissəsi qədər görünür. Əslində isə bu aysberqin qalan 9/10-u "suyun altındadır” və Yunanıstanda bütövlükdə defolt elan edildikdən sonra o, tamamilə üzə çıxacaqdır”.

Bunu "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov Yunanıstanın düşdüyü ağır iqtisadi durum və bunun Avropa Birliyinə yaratdığı təhlükəni şərh edərkən deyib.

F.Yusifov hesab edir ki, Avrozona üçün böyük fəlakət Yunanıstanda ümumi defolt elan edildikdən sonra başlayacaq: "Yunanıstan 01 iyun 2015-ci il tarixə qədər Beynəlxalq Valyuta Fonduna olan 1.54 milyard avro borcunu ödəyə bilmədiyindən artıq defolt elan eilib. Lakin bu, qismən defoltdur. Əsas sual Yunanıstanın Ümumi Daxili Məhsulunun 175%-nə bərabər olan 315 milyard evro borcunun necə ödəyəcəyi ilə bağlıdır. Bir ölkə ki, Beynəlxalq Valyuta Fondu kimi nüfuzlu bir maliyyə institutuna ümumi borcunun 0,5%-dən az olan hissəsini (1,54 milyard evro) ödəmək qabiliyyətində deyilsə, onda bu ölkənin real maliyyə vəziyyətini hər kəs dəyərləndirə bilər. Nəzərə almaq lazımdır ki, hələ 2010-cu ildən başlayaraq bu ölkənin borcların bir qismi kreditorlar tərəfindən kömək məqsədilə silinib”.

F.Yusifov Yunanıstanın Avropa Birliyindən çıxacağını təxmin etməyə əsas verən müəyyən işartıların artıq ortada olduğunu və bu baş verərsə birliyə daxil olan digər ölkələrin də Yunanıstan itkisinin ağır fəsadları ilə qarşılaşacaqlarını deyib: "Bunun Avropa Birliyinə daxil olan ölkələr üçün çox uzaqlara gedib çatacaq ağır nəticələri ola bilər. Bu addım Avropada yeni, daha böyük maliyyə böhranının başlanğıcı olacaqdır. Belə böhran ilk növbədə İtaliya və Fransa kimi Yunanıstandan dəfələrlə böyük ölkələri zərbə altında qoyacaq. Unutmaq lazım deyil ki, bu gün İtaliyanın dövlət borcu ÜDM-un 260%-nə, Fransanın borcu isə ÜDM -un 280%-nə bərabərdir. Bütün baş verənlərin məntiqi nəticəsi olaraq Avropa Birliyinin baş memarı olan Almaniya daha ciddi zərbə altında qalacaqdır. Yunanstan maliyyə naziri Ölkəsinin Avropa Birliyindən çıxmasının Avropaya 1 trilyon avroya başa gələcəyini bəyan edib və əslində bu bəyanatın kifayət qədər ciddi əsasları var. Proseslər zəncirvari reaksiya ilə Şərqi Avropa ölkələrinin də Avropa Birliyindən qopması və bütövlükdə AB-nin çökməsinə aparıb çıxara bilər. Hər halda hadisələr məhz bu perspektivə doğru irəliləyir. Almaniya, Fransa və İngiltərə ortaya nə qədər səylər qoysalar da bütün bunlar müvəqqəti yamaq vurmaqdan başqa heç nə ola bilməz. Ən yaxşı halda bu proses bir qədər ləngidilə bilər, onun tamam dayandırılması isə real görünmür. Bütün bu proseslərdən ciddi narahat olan Almaniya kansleri xanım Merkel isə son yüz ildə ölkəsinin Avropanın çökməsində üçüncü dəfə günahlandırılacağından bərk "əndişələnməyə” başlayıb və bundan çox qorxduğunu bəyan edib. Bax, vaxtılə dəmir ledi Marqarit Tetçer əbəs yerə qərbi və şərqi Almaniyanın birləşməsini "avropanın yeni bəlalarının başlanğıcı” kimi dəyərləndirməmişdi... Həyat göstərdi ki, dəmir ledinin bu narahatçılığında ciddi əsaslar var imiş və zaman göstərdi ki, Avropa Birliyinin "baş memarı” olan Almaniyanın Avropaya üçüncü "bəxşişi” çox da uzaqda deyil...”

F.Yusifov qeyd edib ki, Avrozonaya daxil olan ölkələrin Ümumi Daxili Məhsulunda Yunanıstanın payının cəmi 2% olmasına baxmayaraq bu ölkənin Avropaya aid aksiyaların katirovkalarının müəyyən edilməsində rolu çox böyükdür: "Defolt İtaliya, İspaniya, Portuqaliya kimi ölkələrin istiqraz vərəqələrinin gəlirliyini xeyli aşağı salacaqdır ki, bu da həmin ölkələrin maliyyə vəziyyətinə ciddi zərbə olacaq. Bu səbəbdən də defolt Avropa Birliyini çox ciddi problemlərlə üz-üzə qoya bilər. Ona görə bu ölkənin tamamən defolt elan edilməsi Yunanstandan daha çox Avropa Birliyinin nüvəsini təşkil edən Almaniya və Fransanı narahat edir. Bu sırada İngiltərənin də adını çəkmək olar. Lakin hər kəsə bəllidir ki, ingilislər öz sınanmış "diplomatiyalarından” hər yerdə və hər işdə məharətlə istifadə edirlər. Onlar Avropa Birliyinə daxil olarkən də bu "diplomatiyanın” köməyindən yararlanaraq öz milli valyutalarından istifadədən əl götürmədilər və Avrozonanın bu günkü durumu onların tarixi "uzaqgörənliyini” bir daha təsdiq etdi. İngiltərə bu birliyin dağılmasının lokomotivi rolunu artıq öz üzərinə götürüb. Belə ki, bu ilin iyun ayının 9-da İngiltərə Parlament Palatası ikinci öxunuşda 544 lehinə və 53 deputat əleyhinə olmaqla ölkədə referendium keçirilməsi barədə qanun layihəsinə səs verib. Bu qanun referendum keçirmək yolu ilə İngiltərənin Avropa Birliyindən çıxmasına imkan verəcəkdir. Bu referendumun nəticələrinin necə olacağını təxmin etmək o qədər də çətin deyil. Əgər bu qanun layihəsinin əleyhinə deputatların cəmi 9,7%-i səs veribsə, deməli haradasa əhali də İngiltərənin Avropa Birliyində qalmasına təxminən bu qədər səs verəcək. İngilislər əslində əvvəldən bu birliyə çox könülsüz gəlmişdilər. Çox güman ki, onlar yaranmış fürsəti əldən buraxmayacaq və birliyi tərk etməklə Almaniyanı çox ciddi zərbə altında qoyacaqlar. Bu gün Avropa Birliyinin nüvəsini təşkil edən dövlətlər Yunanıstanda yaranmış vəziyyətlə bağlı çıxılmaz bir duruma düşüblər. Yunanıstan borcunu ödəyə bilmir və eyni zamanda boyük qardaşları olan Almaniya, Fransa və İngiltərənin də tövsiyyələrini qəbul etmək istəmir ki, yaranmış vəziyyətdə bu ölkələr və Avropa Birliyi bütövlükdə ona maliyyə yardımını davam etdirsinlər və ya heç olmasa borclarının vaxtını uzatsınlar. Nədən ibarətdir bu tövsiyələr? Nə üçün Yunanıstan düşdüyü çətin maliyyə durumunda bu şərtləri qəbul etmək istəmir? Təbii ki, burada söhbət ölkə daxilindəki onsuz da dayanaqlı olmayan siyasi sabitliyin pozulmasına gətirib çıxara biləcək təkliflər paketinin reallaşdırılmasından gedir. Hansılardır bu təkliflər? Kreditorlar Yunanıstan hökumətindən ölkə daxilində əhalinin ciddi narazılığına və sonda sosial partlayışlara gətirib çıxara biləcək bir çox qeyri-populyar təklifləri reallaşdırmağı tələb edirlər. Bu paket təqaüdə çıxmaq üçün yaş həddinin artırılması, vaxtından əvvəl təqaüdə çıxmaq hallarının məhdudlaşdırılması, dövlət tərəfindən əhalinin müxtəlif təbəqələri üçün nəzərdə tutulmuş güzəştlərin ləğv edilməsi, əlavə dəyər vergisinin və mənfəətdən vergilərin dərəcələrinin artırılması, fermerlərin güzəştli şərtlərlə vergilərə cəlb edilməsindən imtina olunması kimi təkliflərdən ibarətdir. Bazar günü, iyunun 5-də Yunanstanda xalq "üçlüyün” təklif etdiyi bu başıbəlalı təkliflər paketinə münasibət bildirəcək. Xalqın bu təkliflər paketinə "yox” və ya "hə” deməsi Avropa Birliyini taleyinin tez və ya gec həllinə aydınlıq gətirəcək. "Hə” deyilərsə bu birliyin ömrü bir qədər də uzana bilər. Ancaq onun taleyi bütövlükdə həll olunub. İndi bu birlik süni nəfəs aparatına qoşulmuş xəstə kimidir”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ