Cümə günü, 27 noyabr 2026
     

Türkiyədə koalisiya hökumətinin şansı yolayrıcında "donub qaldı"

Image


Kürd faktoru ən çoxşaxəli təsir amili kimi nəzərdən keçirilməkdədir

Türkiyədə yeni hökumətin yaradılması müşkül məsələ olaraq qalsa da, parlamentə yeni sədrin seçilməsi, nəhayət ki, mümkün oldu. Xatırladaq ki, iyulun 1-də Türkiyə Böyük Millət Məclisinin sədri vəzifəsinə keçirilən seçkilərin dördüncü turunda Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, sabiq müdafiə naziri İsmət Yılmaz qalib gəlib. O, 258 səs toplayaraq parlamentin sədri seçilib.
Lakin bəzi ekspertlər bildirir ki, yaranmış vəziyyət ölkədə koalisiya hökumətinin formalaşması yolunda ciddi əngəl olacaq. Çünki AKP namizədinin parlamentin spikeri seçilməsi indiyə qədər olan koalisiyalardakı qeyri-rəsmi konvensiyanı da pozub. Belə ki, indiyə qədər Türkiyədə qurulan koalisiyalarda parlament spikerliyinin ikinci ortağa verilmə ənənəsi vardı. Lakin artıq bu proses baş tutmayacaq.
Hələlik ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın ən çox səs toplamış partiyanın liderinə hökuməti qurmaq vəzifəsini verməsi gözlənir. Ərdoğanın bu vəzifəni ən çox səs toplamış partiyanın lideri kimi Əhməd Davudoğluna verəcəyi artıq aydındır. Bundan sonra Davudoğlu koalisiya fəaliyyətləri üçün digər partiyaların sədrləri ilə görüşlərə başlayacaq. Partiyaların spiker seçkisində kompromisə gələ bilməməsi, CHP-nin 14 maddəlik "qırmızı xətti", MHP-nin irəli sürdüyü 3 əsas şərt, MHP ilə HDP-nin eyni tavan altında birləşməmə ehtimalı isə yeni hökumətin qurulmasını ciddi sual altına alır.
Bu səbəbdən erkən seçkilərin keçirilməsi qaçılmaz sayılır. Digər tərəfdən, artıq dayandırılmış kürd açılımı layihəsi də Türkiyədə koalisiya hökumətini yaratmaq səylərinə böyük maneə törədir. Kürdlərin qonşu İŞİD-ə qarşı əldə etdiyi irəliləyişlər də koalisiya yaratmaq səylərinə təzyiq göstərir. Türkiyəli ekspert Soli Özel deyir ki, Türkiyənin PKK kürd üsyançı qrupu ilə üç ildir davam edən sülh prosesi koalisiya yaratmaq səylərində böyük rol oynayır: "MHP-nin ilk, bəlkə də yeganə şərti heç bir sülh prosesinin olmamasıdır. Parlamentin himayəsi altında sülh prosesini davam etdirməyə çalışan CHP üçün isə bu prosesin davam etmə şəkli koalisiya protokolunun bir hissəsini təşkil edə bilər". Xatırladaq ki, AKP 30 ildən artıqdır daha geniş hüquqlar uğrunda mübarizə aparan PKK ilə sülh prosesini başladıb. Nəticədə saziş əldə olunub, lakin sülh prosesi dayandırılıb. Ekspertlər deyir ki, bu, mühafizəkar kürdlərin AKP-yə dəstəyinə son qoydu və nəticədə partiya iyunun 7-də keçirilən seçkilərdə parlamentdəki çoxluğu itirdi.
Mərmərə universitetinin siyasi təhlilçisi Yüksel Taşkın AKP lideri Əhməd Davudoğlunun partiyasının uğurlarının sülh prosesinə bağlı olduğunu deyir: "Mən sülh prosesinin dayandıralacağını düşünmürəm. AKP böyük sayda kürd səslərini itirməkdə davam edə bilməz. Ona görə də onlar mühafizəkar kürdlərin dəstəyini almağa çalışacaqlar. Amma burada bir Ərdoğan faktoru da var. O, Türkiyə silahlı qüvvələrinin bir cür təzyiq göstərməsini istəyir ki, Suriya kürləri regionda sərbəst hərəkət edə bilməsin". Xatırladaq ki, Ərdoğan Suriya kürdlərini PKK ilə əlaqələri olmasında ittiham edib və elan edib ki, Türkiyə Suriyada kürd dövlətinin yaranmasına icazə verməyəcək. Bu səbəbdən Türkiyə hökuməti sözügedən məsələ ilə bağlı hərbi əməliyyatın olmayacağını istisna etməyib. Digər türk ekspert Semih İdiz məsələ ilə bağlı bildirir: "Bəli, hakimiyyətdəkilər bir qədər narahatdır, çünki Suriya kürdlərini PKK-nın tərəfdaşı kimi görürlər. Lakin digər tərəfdən, Türkiyədə vəziyyət elədir ki, hökumət özü birbaşa və ya vasitəçi yolu ilə PKK ilə danışıqlar aparır. Ona görə də PKK ilə danışıqlar apardığı müddətdə PKK-ya bağlı qrupları ləkələmək və ya böhtan atmaq insanlara inandırıcı gəlməz".
Bu arada xatırladaq ki, həbs olunmuş PKK lideri Abdullah Öcalan və qonşu İraqdakı kürd liderlər Suriya kürdlərinə qarşı hərbi əməliyyatın sülh prosesinə mane olacağı barədə xəbərdarlıq edib. Lakin Özel deyir ki, Xalqın Demokratik Partiyasının (HDP) parlamentə seçilməsi, bütün çətinliklərə baxmayaraq, sülh prosesinin dayandırılmayacağını göstərir: "Mən bu prosesin uzun müddət davam edəcəyini düşünmürəm. PKK-nin yenidən silahlara əl atacağına inanmıram, amma HDP Milli Məclisdə mübarizə aparacaq. Buna görə də mən sülh prosesinin tamamilə dayandırılacağına inanmıram". Son rəy sorğularının nəticələrinə görə, türklərin əksəriyyəti kürdlərlə sülh prosesini dəstəkləyir. İqtisadçılar isə Suriyaya hərbi müdaxilənin Türkiyə iqtisadiyyatına risq təşkil edəcəyi barədə xəbərdarlıq edir. Amma hər halda, aydın görünür ki, kürd faktoru Türkiyədə yaşanan siyasi proseslərə bilavasitə təsir göstərməkdədir. Ekspertlər hələlik hakimiyyətin bu məsələdə ehtiyatlı davranacağını proqnozlaşdırır. Çünki Türkiyədə erkən seçimlər olarsa, AKP kürdlərdən dəstək almağa çalışacaq.
Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ