şənbə günü, 30 may 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Dağlıq Qarabağ - Ermənistanın gizli aldığı silahların son ünvanı
Tarix: 03.07.2015 / 01:56
Bölmə: Siyasət
Cənubi Qafqaz regionunda Azərbaycan, Gürcüstan və Türkiyəyə qarşı əsassız ərazi iddiaları ilə çıxış edən, eləcə də Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlayan Ermənistan son illərdə silahlanma tendensiyasını davam etdirərək regional təhlükəsizliyi ciddi təhdid altında qoyur. Xaricdəki erməni diasporunun və ermənipərəst qüvvələrin dəstəyindən maksimum şəkildə yararlanan rəsmi İrəvan silahlanma prosesini qeyri şəffaf şəkildə həyata keçirir.
Əsasən də "qara bazar" prinsipindən istifadə edilərək müxtəlif ölkələr üzərindən Ermənistana silah, hərbi texnika və digər müdafiə təyinatlı məhsulların ötürülməsi prosesi davam etməkdədir. BMT Adi Silahlar Registrinə alıcı (Ermənistan) və satıcı ölkələrin təqdim etdiyi məlumatlar, eləcə də ortaya çıxan digər faktlar Ermənistanın şəffaf siyasət yürütmədiyini, beynəlxalq təşkilatları aldatdığını sübuta yetirir. İqtisadi imkanların zəif olmasına baxmayaraq, Ermənistan Rusiya tərəfindən hərbi əmlakın təmənnasız bağışlanması, habelə KTMT üzvü olan ölkələrdən və digər dövlətlərdən satınalmalar, erməni diasporunun dəstəyi ilə, beynəlxalq hesabatlara düşmədən müxtəlif ölkələrdən silah idxalı hesabına silahlanma prosesini həyata keçirir.
BMT-dən gizlədilən sirlər
Ötən əsrin 90-cı illərinin əvvəllərindən etibarən Rusiya tərəfindən Ermənistana həm öz qiymətinə satışlar, həm də böyük həcmdə silah və hərbi texnikanın ötürülməsinə dair məlumatlar dövri mətbuatda yer almağa başlayıb. Belə ki, 1995-1996-cı illərdə Rusiya Ermənistana, "Scud" operativ-taktik raketləri də daxil olmaqla, 1 milyard dollar dəyərində silah və texnika ötürülməsini reallaşdırıb. Sonrakı illərdə də bu proses davam etdirilib. 2006-2007-ci illərdə Rusiyanın Gürcüstandakı Axalkələk və Batumi hərbi bazalarından Ermənistana daşınan əmlakın önəmli qismi 102-ci bazaya deyil, Ermənistan Ordusuna verilib. Ermənistan Silahlı Qüvvələrinə təmənnasız şəkildə verilmiş bu əmlakın dəqiq həcmi barədə hər hansı informasiya mövcud deyil. Ermənistan özünün BMT-nin Adi Silahlar Registrinə təqdim etdiyi məlumatlarda Rusiyadan yalnız məhdud sayda kiçik çaplı silahlar satın aldığını göstərib. Məsələn, hesabata inansaq, rəsmi İrəvan Rusiyadan 300 ədəd PM, 300 ədəd PMM, 3 ədəd PSM markalı tapança, 3 ədəd VSS "Vintorez" markalı snayper tüfəngi, 480 ədəd AK-105 markalı avtomat, 36 ədəd RPK-74M əl pulemyotu, 32 ədəd KC-23 karabini, 52 ədəd SV-98 snayper tüfəngi, 60 ədəd GP-30 lüləaltı qumbaraatan, 10 ədəd 6G30 qumbaratanı alıb. Lakin Rusiya rəsmi mənbələrinin açıqladığı informasiyalar, eləcə də üzə çıxan təkzibolunmaz faktlar rəsmi İrəvanın silah ticarətinə dair informasiyaları BMT-dən gizlətdiyini deməyə əsas verir. 2013-cü ildə hərbi paradda nümayiş olunan 3 kompleks "Toçka-U" operativ-taktiki raketlərin, 2013-cü ildə təlimlərdə istifadə edilən 2C7 "Pion" özüyeriyən haubitsaların Ermənistan tərəfindən nə zaman alındığı bəlli deyil. Qeyd olunan tarixədək Ermənistan Ordusunun silahlanmasında nə "Toçka-U" taktik raketləri, nə də "Pion" topları mövcud olub. Bu satınalma barədə informasiya da beynəlxalq hesabatlarda yer almayıb. BMT-yə təqdim olunan hesabatlarda belə bu ötürülmə əksini tapmayıb.
Rusiyanın Dünya Silah Ticarətinin Analizi Mərkəzinin (SAMTO) son hesabatına görə, Ermənistan Rusiyadan 2013-cü ildə 50 ədəd tank əleyhinə idarə olunan raket kompleksi, 35 ədəd ədəd T-72 tankı, 110 ədəd BTR-80/82A alıb. Mərkəzin məlumatına görə, Ermənistan 2011-ci ildə Rusiyadan 2 ədəd Mi-24 zərbə helikopteri, 2009-cu ildə 4 kompleks S-300PS, açıqlanmayan sayda QAZ-2975 "Tiqr" zirehli avtomobili, 2004-cü ildə 2 ədəd İl-76M hərbi nəqliyyat təyyarəsi, 2003-cü ildə 2 ədəd Mi-8İV, 5 ədəd Mi-8MT, 2001-ci ildə 1 ədəd Mi-24P helikopteri əldə edib. Bununla bərabər, 2013-2014-cü illərdə Rusiyanın "AFM Servis" şirkətindən 4 kompleks "Ptero E-5" tipli pilotsuz uçiş aparatının (PUA) satın alınması informasiyası da hesabatlardan gizlədilib. İstehsalçı şirkətin baş direktoru Əmir Vəliyev bu PUA-ların Ermənistan FHN üçün satıldığını desə də, ötən il İrəvanda Ordunun arsenalı ilə tanışlıq sərgisində bu uçuş aparatlarının bir qisminin X-55 adı altında Ermənistan MN-nin istifadəsində yer aldığı üzə çıxıb. Rəsmi hesabatlarla yanaşı, müxtəlif mənbələrdən mediaya sızan məlumatlara görə, təmənnasız olaraq, Rusiya 2012-ci ilin avqust ayında 102-ci bazanın anbarından Ermənistan Ordusuna açıqlanmayan sayda BMP-2 və BMP-3 piyada döyüş maşınları, BTR-80 bazasında R-149 komanda-qərargah maşını, BTR-70 və BTR-80, 152 mm çaplı 2A65 "Msta-B", 152 mm çaplı 2A36 "Giatsin-B", 2S3M "Akatsiya", həmçinin 122, 240, 300 mm reaktiv mərmilər, 100, 122 və 152 mm çaplı artilleriya döyüş sursatları, tanklar üçün 125 mm çaplı mərmilər, bir divizion "Kub" zenit-raket kompleksi, S-300 ZRK-lər üçün 5B55K, 5B55R və 5B55U tipli idarə olunan raketlər, aviasiya üçün idarə olunmayan S-8 və S5 raketləri, idarə olunan X-25ML və R-60M raketləri bağışlayıb.
Rusiya ilə yanaşı, 1999-cu ildə Ermənistan Çindən 8 ədəd WM-80, 2010-2013-cü illərdə 6 ədəd AR-1A reaktiv atəş sistemi əldə edib. BMT Adi Silahlar Registrində və satıcı ölkələrin ixracat raporlarında yer alan bilgilərə görə, Ermənistan 2004-cü ildə Slovakiyadan 10 ədəd Su-25 hücum təyyarəsi, 2007-ci ildə Belarusdan 7 ədəd D-30 topu, İtaliyadan 660 ədəd markası açıqlanmayan tüfəng və karabin, Serbiyadan 250 ədəd 12.7 mm "Black Arrow" snayper tüfəngi, 100 ədəd 30 mm çaplı AQM-17 dəzgahlı qumbaraatan, 2008-ci ildə yenə İtaliyadan 478 ədəd tüfəng və karabin, Filippindən 61 ədəd .45/9 mm çaplı tapança, 40 ədəd snayper tüfəngi, 2003-2010-cu illərdə Ukraynadan 4 ədəd L-39 təlim təyyarəsi, 230 ədəd tapança, 60 ədəd snayper tüfəngi, 16500 ədəd avtomat, 2501 ədəd pulemyot, Avstriyadan 50 ədəd "Glock" markaalı tapança, Bosniya və Hersoqevinadan 200 ədəd minaatan, Monteneqrodan 16 ədəd D-30 haubitsası, 2013-cü ildə CAR-dan 100 ədəd tapança-pulemyot alıb.
Ermənistanın əsas silah alğı-satqısı demək olar gizli yollarla və Albaniya, Yunanıstan, Kipr, Livan, Serbiya, Monteneqro kimi ölkələrin şirkətləri üzərindən həyata keçirilir. Xaricdəki erməni diasporunun dəstəyi və maliyyəsindən də bu istiqamətdə geniş istifadə olunur. Bu işdə isə daha çox Ermənistanın əsas silah idxal-ixracatçısı olan "DG Arms Corporotion" şirkətinin adı keçir. Bu şirkət Serbiyanın "CPR Impex LLC", Monteneqronun MDİ (Montenegro Defence Industry) Albaniyanın MEİCO və Bosniyanın UNİS hərbi sənaye qrupu ilə sıx əlaqələrə malikdir. Serj Sərkisyanın ailə biznesinə daxil olan "DG Arms Corporation" şirkəti Seyşel adalarında qeydiyyatdan keçmiş və hazırda baş ofisi İngiltərədə yerləşən "Mosston Engineering" şirkətinin törəmə müəssisəsidir. Müxtəlif ölkələrdən Ermənistana məhsul idxalı, eləcə də Ermənistandan silah ixracatı məhz bu "ana-bala" şirkət üzərindən həyata keçirilir. Adı bir çox qaranlıq məsələlərdə keçən "DG Arms Corporation" qanunsuz silah ticarəti ilə bağlı BMT-nin "qara siyahısı"na düşüb.
"DG Arms Corporation" şirkətinin Ermənistana silah daşıması ilə bağlı ilk fakt 2006-cı ilə təsadüf edir. Həmin dövrdə bu şirkət Monteneqrodan Ermənistana İl-76 təyyarəsi vasitəsi ilə hər birində 40 ton olmaqla 39 reys silah və sursat idxal edib. Ermənistana silah daşımaları "Southern Airlines", "Ayk Air" (bu aviaşirkətin adı 2011 və 2013-cü illərdə BMT-nin qanunsuz silah ticarəti ilə bağlı məruzələrində keçir), "Skiva Air" və "Taron Air" şirkətləri vasitəsi ilə yerinə yetirilib.
2012-ci ildə Ermənistana Ukrayna və Moldovadan analoji formada Ü gizli silah ötürülməsi faktı üzə çıxıb. 2011-ci ildə Moldovadan Latviyanın "Latspetsexport" şirkəti vasitəsi ilə silah və sursat ötürülməsinə dair imzalanmış müqavilə 2012-ci ildə yerli mediaya sızandan sonra rəsmi Kişinyov faktı müdafiə naziri səviyyəsində təsdiq etməyə məcbur olub. Müdafiə Nazirliyi əvvəlcə Ermənistana köhnəlmiş, istifadəyə yararsız silah növləri satıldığını bəyan edib. Lakin sonradan məlum olub ki, Merkuleştı hərbi aerodromundan İrəvana yola salınan təyyarələrə döyüşə yaralı silah-sursat yüklənib. Ermənistana satılan silahlar sırasında "Faqot" və "Konkurs" tipli tank əleyhinə raket kompleksləri, habelə 1500 ədəd S-8 aviasiya raketinin olması öz təsdiqini tapıb. Moldovanın müdafiə naziri Vitali Marinutsa parlamentdə çıxışı zamanı bu silah və sursatların İrəvana 3.3 milyon dollara satıldığını deyib.
Avropa silahları Qarabağa necə gəlir?
Ermənistan xaricdəki erməni diasporu və lobbiləri sayəsində dövlətlərarası hərbi münaqişəni əsas gətirərək Azərbaycan və Ermənistana silah embarqoları tətbiq edən Qərbi Avropa ölkələrindən müxtəlif çaplı silahlar və optik nişangahlar satın alıb. Fransa-Almaniya istehsalı olan 20 ədəd MİLAN tank əleyhinə idarə olunan raketlər, Yunanıstandan optik sistemlər, Rusiya üzərindən olmaqla Yaponiyanın "Hino" şirkətindən taktik nəqliyyat vasitələri, Livan üzərindən İtaliyadan 50 komplekt mina detektoru, habelə tank əleyhinə idarə olunan raket kompleksi və minaatan, İngiltərənin "Accuracy International" şirkətindən AX .338/AXMC, Finlandiyanın "Sako" şirkətindən TRG M-10 və TRG-42, CAR-ın "Truvelo" şirkətindən "Truvelo CMS" .50 BMG (12.7x99mm) və Fransanın "PGM Precision" şirkətindən "PGM Mini-Hecate .338" və "Ultima Ratio" snayper tüfəngləri, Almaniyanın tanınmış "Schmidt & Bender" şirkətindən optik nişangahlar əldə edib.
Ermənistan əldə etdiyi silah və hərbi texnikanı beynəlxalq təşkilatların monitorinqlərindən yayındırmaq üçün onların böyük qismini işğal altındakı Azərbaycan ərazilərində saxlayır. Məsələn, Ermənistan 2005-2006-cı illərdə Rusiyanın Gürcüstandakı Axalkələk hərbi bazasının ləğvindən sonra əldə etdiyi 16 ədəd "Akatsiya" özüyeriyən haubitsa, 10-a yaxın BMP1 və BMP-2 piyada döyüş maşını, 2013-cü ildə Rusiyadan aldığı 35 ədəd tankın müqabilində beynəlxalq öhdəliyə əsasən utilizasiyaya göndərilməli olan eyni sayda T-72 tankını Azərbaycanın işğal altındakı ərazilərinə yerləşdirib. Peykdən əldə olunmuş fotolara əsasən, son 3 ildə Azərbaycanın Qubadlı rayonunun Xanlıq kəndi yaxınlığında yerləşdirilmiş hərbi hissənin inventarındakı tank və zirehli texnikanın sayında iki dəfə artım olub. Eynilə Füzuli rayonu istiqamətində işğalçı ordunun ikinci və üçüncü eşelon müdafiə mövqelərində - yüksəkliklərdə tankların yerləşdirilməsi hesabına qazamatların yaradılması müşahidə olunur. Bundan başqa, internet saytlarında yer alan məlumatlardan aydın olur ki, Ermənistan 2010-2013-cü illərdə Rusiyadan və digər ölkələrdən almış olduğu 2B9 "Vasilyok" avtomatik minaatanlarını da Qarabağda - cəbhənin Ağdərə və Ağdam istiqamətində - ön mövqelərdə yerləşdirib. Bu da bir daha Ermənistanın işğalçı siyasətindən əl çəkmək niyyətində olmadığını sübuta yetirir.
Rəşad Süleymanov
"Azeri Defence" jurnalı
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün.
DİGƏR XƏBƏRLƏR
Tarix: 30.05.2026 / 15:16
"Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri Böyük Qayıdışı daha da sürətləndirir"
- Vüqar Rəhimzadə
Tarix: 30.05.2026 / 14:46
Putin İrəvana qarşı sərt tədbirlərin anonsunu verdi
– bütün MDB bazarı Ermənistanın üzünə bağlanır...
Tarix: 30.05.2026 / 14:12
Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı
Tarix: 30.05.2026 / 13:58
İranın 12 milyard dollarlıq tələbi Qətər tərəfindən rədd edildi
Tarix: 30.05.2026 / 13:25
Putin:"Ukraynadakı böhran onun Aİ-yə üzvlük cəhdləri ilə başlayıb"
Tarix: 30.05.2026 / 11:07
Prezident İlham Əliyev Zoran Milanoviçi təbrik edib
Tarix: 30.05.2026 / 09:22
ABŞ Transxəzər qaz layihələrinə dəstəyini təsdiqlədi
Tarix: 30.05.2026 / 07:03
Özel-İmamoğlu ittifaqında yeni partiya yaranır -
CHP-də çöküş son həddə…
Tarix: 29.05.2026 / 18:11
Dörd ölkənin liderləri Paşinyanın qarşısında qəti tələb qoydu
- referendum keçirib, Aİ və AİB arasında seçim edin...
Tarix: 29.05.2026 / 17:43
İran-ABŞ danışıqlarının ŞOK DETALLARI ortaya çıxdı
- 300 milyardlıq dalan... Dondurulmuş 24 milyardla bağlı "Qətər formulu"...
Tarix: 29.05.2026 / 17:10
Azərbaycan QHT-ləri 48 ölkəyə çağırış etdi
- "Lafarge" şirkətinin fəaliyyəti araşdırılsın...
Tarix: 29.05.2026 / 16:41
Moskva İrəvana növbəti dəfə mesaj göndərdi
– bu bizim üçün qəbuledilməzdir...
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 26.05.2026 / 20:31
Prezident İlham Əliyev Azərbaycanda əhalinin şəhərlərdən kəndlərə dönüşünün zəruriliyini çox maraqlı bir ideya kimi irəli sürdü...
Tarix: 25.05.2026 / 11:54
Prezident kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirdi - FOTO/YENİLƏNDİ
Tarix: 21.05.2026 / 18:44
“Abituriyentləri dolaşdıran bir sual göstərin” - Abbaszadənin cavabı verildi...
SON XƏBƏRLƏR
30.05.2026 / 19:20
İranın Ermənistanı yerli istehsal olan bombaları ilə təmin etdiyi ortaya çıxdı...
30.05.2026 / 17:42
Anna Hakobyan 15 məhkəmə iddiası ilə üzləşəcək -
xeyriyyə fəaliyyətinə qoyulan qadağanı pozduğuna görə…
30.05.2026 / 17:03
Noyabrda Türkiyədə növbədənkənar prezident seçkiləri keçirilə bilər
– yekun qərar oktyabrda veriləcək...
30.05.2026 / 16:31
Rusiya Ermənistanın mineral su brendini qadağan etdi
- milyonlarla şüşə suyun satışı dayandırıldı...
30.05.2026 / 15:50
Rusiyadan Avropanı qorxudan təhdid
- Sakit yuxu dövrü bitdi...
30.05.2026 / 15:16
"Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri Böyük Qayıdışı daha da sürətləndirir"
- Vüqar Rəhimzadə
30.05.2026 / 14:46
Putin İrəvana qarşı sərt tədbirlərin anonsunu verdi
– bütün MDB bazarı Ermənistanın üzünə bağlanır...
30.05.2026 / 14:12
Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı
30.05.2026 / 13:58
İranın 12 milyard dollarlıq tələbi Qətər tərəfindən rədd edildi
30.05.2026 / 13:48
Münxen aeroportu dron təhlükəsi ilə əlaqədar müvəqqəti bağlanıb
30.05.2026 / 13:25
Putin:"Ukraynadakı böhran onun Aİ-yə üzvlük cəhdləri ilə başlayıb"
30.05.2026 / 12:43
Qobustanda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlandı
30.05.2026 / 12:30
“Arvad” sözünə etirazlar artır – vəkil Vüsal İbadov qanunları xatırlatdı...
30.05.2026 / 12:09
Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı
30.05.2026 / 11:51
Azərbaycan neftinin qiyməti 98 dollar olub
30.05.2026 / 11:07
Prezident İlham Əliyev Zoran Milanoviçi təbrik edib
30.05.2026 / 10:45
Ağdərədə insan sümüklərinin qalıqları aşkarlandı
30.05.2026 / 09:22
ABŞ Transxəzər qaz layihələrinə dəstəyini təsdiqlədi
30.05.2026 / 08:43
Tokayevdən ABŞ və İrana təklif
- İranın uran ehtiyatı Qazaxıstana daşına bilər...
30.05.2026 / 07:32
NATO xaricində Rusiya əleyhinə London-Varşava ittifaqı yaradıldı
30.05.2026 / 07:03
Özel-İmamoğlu ittifaqında yeni partiya yaranır -
CHP-də çöküş son həddə…
30.05.2026 / 06:47
Putin Hitlerdən sitat gətirib Gebbelsin ayağına yazdı…
30.05.2026 / 06:33
Dron qalmaqalı böyüyür -
Britaniya Rumıniyaya qırıcılar göndərdi
30.05.2026 / 06:29
İran ABŞ-dan 12 milyard dollar tələb edir-səbəb?
29.05.2026 / 23:27
Ağ Evdə iki saat davam edən görüş nəticəsiz bitdi
- Tramp İranla bağlı yekun qərarı ertələdi...
29.05.2026 / 22:50
İran Hörmüz boğazında ABŞ PUA-sını vurdu...
29.05.2026 / 21:26
Beynəlxalq Qalereyada fərdi yaradıcılıq sərgisi keçirildi -
“Müstəqilliyimiz Əbədidir!”
29.05.2026 / 20:39
Putin Astanadan Paşinyana xəbərdarlıq mesajı göndərdi
- bütün işləri dayandıracağıq...
29.05.2026 / 20:19
Tramp İranın blokadasını dayandırdı...
29.05.2026 / 20:02
Dünyanın diqqəti Ağ Evə yönəldi
- Tramp İranla bağlı yekun qərarını bu gün verəcək...
29.05.2026 / 19:50
Xankəndidə Çay və Qəhvə Festivalı keçirilir
29.05.2026 / 18:11
Dörd ölkənin liderləri Paşinyanın qarşısında qəti tələb qoydu
- referendum keçirib, Aİ və AİB arasında seçim edin...
29.05.2026 / 17:43
İran-ABŞ danışıqlarının ŞOK DETALLARI ortaya çıxdı
- 300 milyardlıq dalan... Dondurulmuş 24 milyardla bağlı "Qətər formulu"...
29.05.2026 / 17:26
Türkiyənin yük gəmisi dron hücumuna məruz qaldı
29.05.2026 / 17:22
ABŞ-İran razılaşması yenidən dəyişiklik mərhələsində…
29.05.2026 / 17:10
Azərbaycan QHT-ləri 48 ölkəyə çağırış etdi
- "Lafarge" şirkətinin fəaliyyəti araşdırılsın...
29.05.2026 / 16:41
Moskva İrəvana növbəti dəfə mesaj göndərdi
– bu bizim üçün qəbuledilməzdir...
29.05.2026 / 16:27
Lavrov Paşinyanın planlarını "Rusiyasız varlanmaq cəhdi” adlandırdı
29.05.2026 / 16:13
“Rusiya bir daha cizgini aşdı” -
Fon der Lyayen
29.05.2026 / 16:01
Rumıniya Rusiyanın bu ölkədəki baş konsulunu “persona non qrata” elan etdi -
Zaxarova “cavab özünü çox gözlətməyəcək” dedi…
29.05.2026 / 15:07
Pezeşkian Azərbaycanın imkanlarından istifadə etməyi tapşırdı
29.05.2026 / 14:34
Bakı-Tiflis-Qars sayəsində Avropa və Asiyanın iqtisadi bağları güclənir
29.05.2026 / 14:31
Ermənistan xaricdən aldığı hərbi texnikanı yerli istehsal adı ilə əhalisinə sırımağa çalışır
29.05.2026 / 12:32
Məhəmməd Muizzu Prezident İlham Əliyevə məktub ünvanlayıb
29.05.2026 / 12:27
Asəf Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib
29.05.2026 / 12:15
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı təşkil olunacaq
29.05.2026 / 11:58
Rusiya dronu NATO ölkəsində 12 mərtəbəli binaya çırpıldı
– yaralılar var...
29.05.2026 / 11:43
DİN velosiped və skuter sürənlərə xəbərdarlıq etdi....
29.05.2026 / 11:30
Rusiyadan Ermənistana Azərbaycan üzərindən buğda və gübrə göndərildi
29.05.2026 / 11:15
İsrail ölkənin "qara siyahı"ya salınmasına görə Quterreşlə bütün əlaqələri kəsdi...
29.05.2026 / 10:48
Azərbaycan neftinin qiyməti 100 dollara düşdü
29.05.2026 / 10:30
Qanunsuz yolla ölkəyə gətirilmiş külli miqdarda dərman ələ keçirildi
29.05.2026 / 09:55
Azərbaycan vasitəsi ilə Ermənistana növbəti tədarük həyata keçiriləcək
29.05.2026 / 09:23
“Temu”ya 200 milyon cərimə kəsildi
- təhlükəli oyuncaqlar, zədələnmiş şarj cihazları...
28.05.2026 / 21:32
Dubayın məşhur “Bürc-Xəlifə” qülləsi Azərbaycan bayrağının rənglərinə büründü
28.05.2026 / 21:18
Ermənistan seçkiləri izləyəcək MDB missiyasındakı Rusiya vətəndaşlarını ölkəyə buraxmadı...
28.05.2026 / 20:55
Prezidentin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
- VİDEO
28.05.2026 / 20:37
Gürcüstanın Baş naziri Prezident İlham Əliyevi təbrik etdi
28.05.2026 / 20:19
Rusiyada Ermənistan məhsullarına qadağa
- meyvə-tərəvəz idxalı dayandırıldı...
28.05.2026 / 19:57
Lüksemburqun Moskvadakı səfiri XİN-ə çağırıldı
28.05.2026 / 19:43
Rusiyanın "kölgə donanmasına" məxsus üç tanker Türkiyə sahillərində hücuma məruz qaldı
28.05.2026 / 19:37
ABŞ-ın müxtəlif ştat və şəhərləri 28 May Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıb
28.05.2026 / 19:21
Beş il sonra...
28.05.2026 / 17:56
Tərtərdə 3 kiloqramdan çox narkotik aşkarlandı, bir nəfər həbs edildi
28.05.2026 / 17:31
Prezidentin sosial şəbəkə hesablarında Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşü ilə bağlı paylaşım edilib
- VİDEO
28.05.2026 / 17:16
Təl-Əviv ŞOKDA
– BMT İsraili “qara siyahı”ya saldı...
28.05.2026 / 16:42
İrandan Trampa cavab
- geri çəkilməyəcəyik...
28.05.2026 / 16:20
ABŞ İranı, İran Küveyti vurdu
- CENTCOM atəşkəsi İranın pozduğunu iddia etdi...
28.05.2026 / 15:36
Putinin illər əvvələ aid görüntüləri ortaya çıxdı
- VİDEO
28.05.2026 / 15:10
Prezident: "Bu gün biz rahat yaşayırıq, qalib xalq kimi və qalib dövlət kimi"
28.05.2026 / 15:06
"Müstəqillik Günü hər birimiz üçün çox əzizdir"
- Prezident
28.05.2026 / 15:04
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan ərazisində hər qarış torpaq bizim nəzarətimizdədir"
28.05.2026 / 15:01
"Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir"
- Prezident
28.05.2026 / 14:32
Rusiya Azərbaycan ərazisindən Ermənistana karbamid və un göndərdi
28.05.2026 / 14:23
Prezident Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb
- FOTO
28.05.2026 / 14:15
Xocalıda “Qarabağ Tekstil Evi” MMC istifadəyə verildi
- FOTO
28.05.2026 / 14:05
Salyanda çətənə yetişdirən şəxs həbs edildi
28.05.2026 / 13:40
Prezident Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub
- FOTO
28.05.2026 / 13:33
Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı oldu
- FOTO/YENİLƏNDİ
28.05.2026 / 13:30
Tramp seçki öncəsi Paşinyanı açıq şəkildə dəstəklədi
28.05.2026 / 13:25
ABŞ Rusiyanı Ermənistanda sürətlə sıxışdırır
WUF13 Azərbaycanın milli, mədəni, əxlaqi, tarixi kimliyinin nümayiş meydanıdır...
Populyar xəbərlər
Tarix: 21.05.2026 / 18:44
“Abituriyentləri dolaşdıran bir sual göstərin”
- Abbaszadənin cavabı verildi...
Tarix: 10.05.2026 / 18:40
Xalq şairi Zəlimxan Yaqub haqqında unudulmaz dost xatirələri
Tarix: 10.05.2026 / 12:08
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar
- FOTO
Tarix: 02.05.2026 / 10:35
Şərəfli ömür yolu
Tarix: 09.05.2026 / 18:22
Prezident: "Yaşayışla, təhsillə bağlı məsələlər həll olunduqca, məşğulluq məsələləri də həll edilir"
XƏBƏR ARXİVİ