Cümə günü, 27 noyabr 2026
     

Ermənistanı da Ukraynanın gününə salırlar...

Image


Ermənistanda mümkün hakimiyyət dəyişikliyinə yol açması gözlənilən və bir neçə gündür davam edən etiraz aksiyası mahiyyətcə yeni müstəviyə qədəm qoyur. Proseslərin gedişi aksiyaların təkcə enerji qiymətlərinin bahalaşmasının qarşısını almağa yönəlmədiyini göstərir. Düzdür, etiraz aksiyalarının gedişini tənzimləyən "Talana yox!" təşəbbüs tələblərinin dəyişmədiyini bəyan edib. Ancaq 23 iyun hadisələrindən sonra daha bir tələb əlavə edilib.
Aksiya iştirakçıları enerji tariflərinin qaldırılması haqqında qərarın ləğv edilməsindən başqa, iyunun 23-də nümayişçilərə qarşı zorakılıq tətbiq edən polis əməkdaşlarını məsuliyyətə cəlb etməyi, elektrik enerji tariflərini endirmək məqsədilə yenidən nəzərdən keçirməyi tələb edirlər.
Bir daha xatırladaq ki, Ermənistan İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasının 17 iyun tarixli qərarına əsasən, elektrik enerjisinin tarifləri təxminən 16 faiz artırılıb. Bundan cəmi iki gün sonra isə ölkədə aksiyalara start verilib. Aksiyaların genişmiqyaslı xarakter alması indiki hakimiyyətin devrilməsini istisna etmir. Düzdür, İrəvanda keçirilən "Talana yox!" etiraz aksiyasının təşəbbüs qrupu Azadlıq meydanındakı aksiyanı dayandırıb. Təşəbbüs qrupunun üzvü Maksim Marqaryan mübarizənin yeni mərhələyə keçdiyini vurğulayıb. Aksiyanın liderlərindən olan Vaqinak Şuşanyan da əlavə edib ki, mübarizə yeni müstəviyə keçir. Nümayişçilər iqtisadçılar və hüquqşünaslardan ibarət ekspertlər qrupu yaratmaq niyyətindədir. Qrup hakimiyyətə təqdim olunması üçün konkret təklifləri hazırlamalıdır.
Almaniyanın "Süddeutsche Zeitung" qəzeti yazır ki, artıq sosial etirazlar Ermənistanı silkələyir: "Buna səbəb ölkədə enerji qiymətlərinin bahalaşması ilə əlaqədar əhalinin narazılığının artmasıdır. Polis nümayişçiləri su vuran maşınlarla dağıdıb və 230-dan çox insan həbs edilib. Hadisələri lentə alan şəxslər də polis tərəfindən saxlanıb. Regional Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Kiraqkosyan bildirir ki, nümayişlərdə daha çox fərqlənən gənc fəallar Ermənistanda əvvəllər də ayrı-ayrı aksiyalar təşkil ediblər. Lakin indi enerji qiymətlərinin artması bütün əhaliyə təsir etdiyindən, bu aksiyalara dəstək verənlərin sayı daha da artıb. Bu, Ermənistanda sosial hərəkat üçün dönüş nöqtəsidir. Kiraqkosyan bildirib ki, enerji qiymətlərinin artması ölkədə narazılığın çoxalması üçün sadəcə bir səbəbdir".
Rusiya mətbuatı isə etiraz aksiyalarında "qırmızı paltarlılar" adlanan şəxslərə diqqət çəkir. Bildirilir ki, aksiyalar zamanı nümayişçilər arasında müxtəlif yerlərdə qırmızı paltarlarda idmançı görkəmində şəxslər peyda olub. Rusiya mətbuatının yazdığına görə, analoji hadisə Kiyevdə baş verən etiraz aksiyaları zamanı da müşahidə olunmuşdu. Rusiya xarici işlər nazirinin sabiq müavini, politoloq Fyodor Şelov-Kovedayevin sözlərinə görə, etirazların inkişafının başqa formata keçməsi mümkünlüyü, sözsüz ki, mövcuddur və əgər belə hallar meydana çıxırsa, həmin şəxsləri izləmək lazımdır: "Amma bu, təlaşa düşmədən edilməlidir".
Siyasi İnformasiya İnstitutunun baş direktoru Aleksey Muxin bildirib ki, bunu "qırmızı paltarlılar" inqilabı adlandırmaq olar: "Etiraz edənlər artıq iki yerə bölünüb. Elektrik enerjisində tariflərin artırılmasına səmimiyyətlə qarşı çıxanlar və peşəkarlıqla aksiyaları alovlandıranlar. Onlar etirazların transformasiyasını şəxsən müşahidə edirlər. Amma İrəvanda Kiyev maydanının variantı baş tutmayacaq, çünki Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Mənim sonrakı proqnozum erməni xüsusi xidmət orqanlarının hərəkətlərindən asılıdır".
Hesab olunur ki, hakimiyyət təhlükənin artdığını hiss etsə, gücə əl atacaq. Artıq Ermənistan polisinin rəhbəri Vladimir Qasparyan aksiya iştirakçılarını dağılışaraq evlərinə getməyə çağırıb. Qasparyan bir daha mitinq iştirakçılarının qarşısına çıxaraq onları növbəti dəfə avtomobil nəqliyyatı üçün bağlanan Baqramyan prospektini açmağa çağırıb. Etirazçılar qarşısında çıxış edərək o bildirib ki, polisin ictimai asayişi bərpa etmək üçün güc və imkanı var: "Lakin biz yeniyetmələrə, gənc vətəndaşlara qarşı zor tətbiq etmək istəmirik". Hələlik isə İrəvanın mərkəzində hərəkət qismən məhdudlaşdırılıb, aksiya keçirilən əraziyə polis qüvvələri və texnika cəlb edilib. Ermənistanda elektrik enerjisinin qiymətlərinin qaldırılması ölkədə son iki ilə yaxın müddətdə üçüncü belə qiymət artımıdır. Rəsmilər bu artımın zəruri olduğunu vurğulayır. Çünki Ermənistanın pul vahidi dram dəyərdən düşməkdədir. Ölkə çox çətin vəziyyətdədir, iqtisadi böhran, işsizliyin səviyyəsinin artması, əməkhaqlarının aşağı olması, korrupsiya hallarının genişlənməsi və bu kimi digər amillər sosial gərginliyə səbəb olur.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ