Cümə günü, 27 noyabr 2026
     

Rasizmin beşiyi və insanların ova çevrildiyi ölkə…

Image


"Arzum budur ki, irqçiliyin dəhşətli dərəcədə yayıldığı, "məhv etmək” və "müdaxilə etmək” sözlərinin dildən düşmədiyi bu torpaqlarda bir gün ağdərili və qara dərili oğlan və qızlar əl-ələ verərək bacı-qardaş kimi gəzsinlər”.

Amerikanın "qara tarixini” ifşa edən Martin Lüter Kinq 1960-cı illərdə belə arzulayırdı. Ağdərililərin Amerikasında quldarlığa və irqçiliyə qarşı mübarizə aparan bu şəxs 1968-ci ildə məhz qaradərili olduğu üçün qətlə yetirildi. Kinqin gerçəkləşməyən Amerika arzusundan 50 il keçir və bu gün də ABŞ-da rasizm çiçəklənməkdədir.


Qırmızıdərililərin nəslinin kəsildiyi, qaradərililərin ova çevrildiyi ölkə

Bura Amerikadır. Hegemon güc olmağa iddialı bu ölkə dünyaya "demokratiya mühazirəsi” oxumaqla məşhurdur. Bu polis dövləti üçün bircə hədəf var: şəxsi maraqların təmin edilməsi. Onunla razılaşmayanlara qarşı güc tətbiq olunur, qara yaxma kampaniyası aparılır, təcridetmə siyasəti həyata keçirilir və bütün bunlar insan haqları, demokratiya yarlığı altında reallaşdırılır. ABŞ-ın özündəki vəziyyət isə olduqca acınacaqlıdır.


"Demokratiya beşiyində” doğulan rasizm

Bu ifadə ABŞ-ın tarixi və bu günü ilə əyani şəkildə assosasiya olunur. Hələ 1787-ci ildə ABŞ-ın ilk konstitusiyası hazırlanarkən, bugünkü rasizmin təməli atıldı. Yüzlərlə qula malik olan 55 ağdərilinin tərtib etdiyi əsas qanun yalnız yuxarı təbəqənin mənafelərini tanıyır, qaradərililərə heç bir hüquq vermirdi. Bununla da "azad insanların torpağında” irqi ayrı-seçkili rəsmiləşdirildi.

1865-ci ildə vətəndaş müharibəsinin Şimal ştatlarının qələbəsi ilə başa çatması nəticəsində qaradərili qullar azad olundu. Lakin bu, rasizmin çiçəklənməsinin qarşısını ala bilmədi. Həmin ildə "Ku Kluks Klan - KKK” təşkilatı yarandı və qaradərililərə qarşı mübarizə ictimai devizə çevrildi.

- Sizin təşkilata necə üzv ola bilərəm?

- 6 zəncini və bir pişiyi öldürməlisiniz!

- Pişiyin günahı nədir ki?

- Təbrik edirəm, siz qəbul olundunuz.

KKK təşkilatına qəbul qaydasını XlX əsrdə yayılmış bu lətifədən də anlamaq olar. Lakin hər şey bu qədər "asan” deyildi – üzvlüklə bağlı məhdudiyyətlər də çoxuydu. Yalnız WASP-lar (White – Anglo – Saxon - Protestants) üçün yaşıl işıq yandırılmışdı.

1920-ci illərdə təşkilat Hiram Uesley Evans adlı şəxsin başçılığı altında qaradərililərə qarşı dəhşətli hücuma başladı. Ağ geyimli təşkilat üzvləri qaradərililəri qətlə yetirir, zorlayır, onların ibadət etdiyi kilsələri yandırırdı. Bu dəhşətli cinayətlərə baxmayaraq, təşkilatın üzvlərinə qarşı dövlət tərəfindən heç bir tədbir görülmürdü.

Qaradərililərsə Vaşinqtona müraciət edərək, dövlət tərəfindən bu soyqırımın qarşısının alınacağına ümid edirdi. Lakin Amerika hökuməti kütləvi qətllərə göz yumdu. Buna görə də qaradərili camaat "Afrikaya qayıdış” hərəkatını yaratdı. Hərəkatın lideri Markus Qarvinin fırıldaqçılıqda ittiham olunaraq həbs edilməsi ilə bu cəhdləri iflasa uğratdı.

Amerikada qaradərililərin kütləvi ovu 1950-60-cı illərdə yenidən gücləndi. Bu dəfə daha dəhşətli formada. KKK-nin xələfləri qaradərililəri asır, güllələyir, daş-qalaq edir, yandırır, zorlayırdılar. Hamilə qadınlara belə rəhm olunmurdu. "Qaradərililərə ölüm” - onlar üçün əsas prinsip bu idi. Hətta bir dəfəyə 7 min qaradərili qətlə yetirilmişdi.

1964-cı ildə "Vətəndaş hüquqları”, bir il sonra isə "İmmiqrasiya haqqında” qanun qəbul olunmaqla ABŞ-da irqi ayrı-seçkilik qadağan olundu. Lakin bununla rasizmə son verilmədi. Hələ də "Ku Kluks Klan”nin davamçılarının yaşadığı Amerikada irqi ayrı-seçkilik günümüzə qədər gəlib çıxıb və bu gün yenidən 2 əsr öncəki vəziyyət davam edir. Tədqiqatlar bununla bağlı ortaya minlərlə fakt çıxarıb.


Faktlar: Məişət həyatından Dövlət Departamentinə qədər uzanan rasizm

2002-ci ildə Çikaqo Universitetinin apardığı araşdırmaya görə, Amerikada işə götürən rəyçilər ağdərililərə nisbətən qaradərililərin müraciətinə 50 faiz az baxırlar. Belə ki, rəyçilər iş üçün edilən minlərlə müraciətin arasından daha çox Emili və Brendan kimi adları olan şəxslərə cavab verir, Lakişa, yaxud Camal kimilərsə sonuncu plana saxlanılır. Çünki ikincilərin qaradərili olması ehtimalı 90 faizdən yuxarıdır.

Bu ölkədə irqi ayrı-seçkilik satış mərkəzlərində də özünü göstərir. Mənzil və Şəhərsalma üzrə Federal Departamentinin 2012-ci ildə apardığı araşdırmalara görə, ev almaq üçün əlaqələndirici şəxslərlə danışıqlar aparanlar qaradərili müştərilərə ağdərilərlə müqayisədə 17 faiz daha az ev göstərirlər. Asiyalı alıcılar üçünsə bu rəqəm 15,5 faizdir.

Eyni tendensiya avtomobil satışı zamanı da özünü göstərir. Belə ki, qaradərililər avtomobil alarkən 700 dollar əlavə ödəyirlər. Ağdərili alıcılara isə dilerlər tərəfindən güzəştlər edilir.

Amerikada irqi ayrı-seçkilik marixuana istifadəçilərinin həbs olunmasında da tətbiq olunur. Amerika Vətəndaş Azadlığı Müdafiə İttifaqının 2013-cü ildə apardığı araşdırmaya görə, marixuanadan istifadə dərəcəsi ağdərililərlə qaradərililər arasında eyni olsa da, buna görə qaradərililərin həbsi 3,7 dəfə daha çoxdur.

Qaradərililər ABŞ cəmiyyətinin cəmi 13 faizini təşkil etsə də, polisin saxladığı şəxslərin 28,4 faizi məhz qaradərili təbəqəyə aiddir. Statistikaya görə, qaradərililərin 3,1 faizi, ağdərililərin isə cəmi 0,5 faizi həbsdədir.

Bundan başqa, amerikalı həkimlər ürək prosedurları barədə qaradərililəri ağdərililər qədər məlumatlandırmır. ABŞ qanunvericiləri də qaradərili seçicilərə cavab verməkdən tez-tez imtina edirlər.

Beynəlxalq İnsan Haqları Təşkilatının hesabatına görə isə, ABŞ-da 2 milyondan artıq Afrika əsilli qaradərili seçkidə iştirak hüququndan məhrumdur. Ümumilikdə, qaradərili əhalinin hər 13 nəfərdən birinin seçmək hüququ yoxdur. Kentukki, Virciniya, Florida ştatlarında isə qaradərililərin 20 faizi seçkilərdə iştirak edə bilmir.

İrqi ayrı-seçkilik Amerika təhsil sisteminə də siyarət edib. Məlumatlara görə, 5 qaradərilidən yalnız biri təhsil almaq imkanına sahibdir. Bununla yanaşı, 5 qaradərilidən üçünün ali təhsil üçün müraciətinə mənfi cavab verilir.

Orta məktəb şagirdlərinin cəmi 17 faizi qaradərili uşaqlardır. Lakin məktəbdən çıxarılanlar arasında qaradərili şagirdlər əksəriyyət təşkil edir. Çətin yeniyetmələrlə iş üzrə ekspert Len Makduqal ABŞ məktəblərində vəziyyətin həbsxanalardakı kimi olduğunu deyib: "Məhbuslar kimi, şagirdləri də bir yerə toplayan əsas məsələ dərinin rəngidir”. L. Makduqal bu vəziyyəti "nə zamansa mütləq partlayacaq saatlı bomba” adlandırıb.

Göründüyü kimi, dünyaya "demokratiya dərsi” keçən ABŞ insanlara ən təbii hüququ – yaşamaq hüququnu belə tanımır. Lakin Amerika öz əməllərini haqq qazandırmaq üçün tarixi belə saxtalaşdırmaqdan çəkinmir.

Amerikalı professor Havard Zein "Yeni nəsil üçün ABŞ tarixi” kitabında bu barədə yazır: "İbtidai sinifdən yuxarı sinfə qədər heç bir dərslikdə Amerikaya gələnlər tərəfindən yerli əhaliyə qarşı törədilən qətliamlar barədə məlumatlarla rastlaşmırıq. Şagirdlərə belə aşılanır ki, qətliamlar Britaniya taxt-tacına qarşı istiqlal müharibələrindən qabaq baş verib. 1770-ci ildə Britaniya əsgərlərinin 5 amerikalını qətlə yetirdiyini bilən şagirdlər daxili müharibələrdə Koloradoda yüzlərlə qırmızıdərili ailənin qətliamından bixəbərdirlər”.

Qaradərililərlə yanaşı, Amerikanın əsl sahibləri olan qırmızıdərililərə qarşı soyqırım və təqib siyasəti bu gün də davam edir. "Washtingon Times” yazır ki, Nyu-Yorkun 2,5 milyon hektar torpağı saxta sənədlərlə və zorakılıqla yerli əhalinin əlindən alınıb. Qırımızıdərililər bu böyük cinayətlə bağlı məhkəmələrə müraciət etsə də, heç bir tədbir görülməyib.


ABŞ-da itlərin öldürülməsi qardərililərin qətlindən daha çox əks-səda doğurur

ABŞ-da irqi ayrı-seçkiliyin dövlət siyasəti olmasını təsdiq edən faktlardan biri də birbaşa Ağ Evə bağlı medianın bu siyasəti təşviq etməsidir. Məsələn, işsiz qaradərililərin sayının işsiz ağdərililərdən iki dəfə çox olduğunu yazan "Washington Post”, bunu qaradərilərin daha çox qeyri-normal, azğın həyat tərzi ilə izah edir. İnsan haqları faktoru üzərindən işğalçılıq siyasəti aparan ABŞ-da qardərililər hətta küçə itləri ilə müqayisə olunur. Texas ştatında vətəndaş hüquqları layihəsinin rəhbəri Cim Herinqtonun sözləri buna açıq sübutdur: "Austin məntəqəsində iki itin güllələnməsi hadisəsi bu məntəqədə iki qaradərilinin güllələnməsi hadisəsindən daha çox araşdırılıb və daha çox diqqət mərkəzində olub”.

Bu da Amerika, bu da insan haqlarını təbliğ edən ölkə. Təəssüf ki, bu gün ABŞ-ın dövlət siyasəti səviyyəsinə qalxan rasizm ictimaiyyətə də təsirsiz ötüşməyib. "Associated Press” agentliyinin 2012-ci il 28 oktyabr tarixində keçirdiyi sorğuya əsasən hazırladığı hesabat məsələ ilə bağlı dəhşətli faktları ortaya çıxarır. Hesabata əsasən, ABŞ-da ağdərililərin 51 faizi qaradərililərə nifrətini aşkar bildirib. 2008-ci illə müqayisədə bu göstərici 3 faiz artıb.

Göründüyü kimi, ABŞ-da rasizm getdikcə daha da güclənir. 2012-ci ildə Florida polisinin qaradərili gənc Troan Martini güllələməsi də buna əyani sübutdur. Məhz həmin hadisədən sonra, ABŞ-da irqi ayrı-seçkiliyə qarşı etiraz aksiyalarına start verildi.


Rasizmin dəstəklənməsi, yaxud Obama hakimiyyətə niyə gətirilib?

2014-cü il avqustun 9-da Ferqüssonda 18 yaşlı qaradərili gənc ABŞ polisi tərəfindən amansız şəkildə qətlə yetirildi. Buna etiraz olaraq, qaradərili insanlar etiraz aksiyalarına başladılar. Bir neçə ay davam edən aksiyalar dekabrın 2-də polis zorakılığı ilə yatırıldı.

2015-ci aprelin 25-də 26 yaşlı qaradərili gənc Freddi Qreyin polis tərəfindən qətlə yetirilməsinə etiraz olaraq, Merilend ştatının Baltimor şəhərində kütləvi aksiyalar başlandı. Bu etiraz da polis müdaxiləsi ilə yatırıldı. Lakin Ferqüsson və Baltimor hadisələri ABŞ-ın XXI əsr tarixinə anti-demokratik ölkə damğasını vura bildi.

"The Independent” qəzeti bu hadisələri "Amerikanın rüsvayçılığı” olaraq təqdim edib. ABŞ prezidenti Barak Obama da ölkəsində rasizmin şiddətləndiyini etiraf etmək məcburiyyətində qalıb. "Mən çox tez-tez ölkəyə "bir dəqiqəlik sükut” üçün müraciət edirəm. Bu yalnız bizim ölkə üçün xarakterikdir. Dünyada başqa elə bir inkişaf etmiş ölkə yoxdur ki, orda əhali insanların odlu silahdan kütləvi şəkildə qətlə yetirilməsi ilə barışsın və bunu normal hesab etsin”, - deyə prezidenti Obama vurğulayıb.

Halbuki, Keniya əsilli Barak Obama 2008-ci ildə ABŞ-ın prezident postuna seçiləndə amerikalılar kimi, dünya da düşünürdü ki, bu ölkədə rasizmə son qoyulacaq. Lakin Ferqüsson, Baltimor və ABŞ demokratiyasının iç üzünü göstərən bu kimi hadisələr məhz onun dövründə baş verdi.

Obamanın bu posta necə gəlib çatması haqda müxtəlif fikirlər var. Əsas ehtimallardan biri budur ki, məhz qaradərili prezidentin bacarıqsız siyasət yürütdüyünü "sübut etmək” üçün Obama bu posta gətirilib. Çünki Martin Lüter Kinqdən bəri ABŞ-ın qaradərili vətəndaşları bu ölkəyə rəhbərlik etmək iddiasında olub. Obamanın prezidentliyi də qaradərililərin bu iddialarını alt-üst etmək məqsədinə xidmət edir. Zak Qalizianakis adlı teleaparıcının Obamaya "Sonucu qaradərili prezident olmaq necə bir hissdir?” sualı bu ehtimalları artırır. Nəzərə alsaq ki, ABŞ prezidenti rotasiya qaydası ilə Demokratlar və Respublikaçılar arasından növbə ilə seçilir və seçicilərin iradəsini burada o qədər də rol oynamır, Obamanın bu posta gətirilməsi haqda iddialara aydınlıq gəlir. Obamanın qaranlıq keçmişi də şübhələri artırır. Belə ki, Keniya əsilli qaradərili prezident Havay adalarının vətəndaşı kimi qələmə verilib. Lakin indiyə qədər onun doğum şəhadətnaməsi haqda dəqiq fakt açıqlanmayıb. Publisist Endru Braytbartın Obamanın keçmişi barədə dəqiq sənədləri təqdim edəcəyi ilə bağlı açıqlamasından sonra Los-Ancelesdəki restoranda yeməkdən sonra qəfil ölməsi də diqqət çəkir.

Obamanın "Heç bir şübhə yoxdur ki, bəzi insanlar məni sevmirlər və qara dərili prezident ideyası onların xoşuna gəlmir” sözlərini çəkinmədən deməsi isə ABŞ-a ilk və sonuncu dəfə qaradərilinin rəhbərlik edəcəyi fikrini gücləndirir. Güman ki, 2016-cı ildə keçiriləcək növbəti prezidenti seçkilərində bu "nadir nümunəyə” son veriləcək. Bu, ABŞ-da prezidentlik postunun da rasizm siyasətinə alət edildiyi deməkdir...



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ