Trend-in "Novosti Armenii”ə istinadən verdiyi məlumata əsasən, polis Moskovyan küçəsində hərəkətə mane olmamaq üçün nümayişçiləri yolayrıcını açmağa çağırıb.
Aksiya iştirakçıları yeni tələb də irəli sürüblər. Teni tələb keçən il elektrik enerjisinin tariflərinin artmasının ləğvi ilə bağlıdır. Aktivistlər deyir ki, bu qərar iqtisadi nöqteyi-nəzərdən təmamilə əsaslandırılmamışdı.
Aksiya iştirakçıları baş nazir Hovik Abrahamyanın yeni təklifini də rədd ediblər. Onlar nazirin yoxsul ailələrə təzminat vermək tələbini qəbul etməyiblər.
Ermənistan hökumət başçısı cümə axşamı günü növbəti müşavirə əsnasında 105 min təminatsız ailələrin aylıq müavinətini 2000 dram (təxminən 4,2 dollar) artırmaq qərarı qəbul olunduğunu bəyan edib.
Bundan əvvəl "Talana yox!” fəallarının öz nümayəndələrini prezident Sarkisyanla görüşə göndərməkdən imtina etmişdi.
Avqustun 1-dən Ermənistan İctimai Xidmətləri Nizamlayan Komissiyanın qərarı ilə, elektrik enerjinin tarifləri təxminən 7 dram (16 faiz) qalxmalıdır. Ermənistan baş naziri elektrik enerji tariflərinin qaldırılması zəruriliyini su elektrik stansiyalarının işlinin təmin olunması üçün su azlığı, atom elektrik stansiyasının plan üzrə nəzərdə tutulduğundan çox dayanması və Ermənistan milli valyutası, dramın, son üç ay ərzində təxminən 20 faiz dəyərsizləşməsi ilə izah edib.
Ancaq "Talana yox!” təşəbbüs qrupunun fəalları baş nazirin izahatını əsassız adlandırıblar və tələbləri yerinə yetirilməyincə etiraz aksiyaları davam edəcəyini bəyan edirlər.
Bu arada BMT-in insan haqları üzrə ali komisarı Ermənistan hökumətini etirazçıların haqqlarının qorunmasının təmin olunmağına çağırıb. "Biz etirazçılara və jurnalistlərə qarşı polis tərəfindən təzyiq tədbiq olunması ilə bağlı xəbərlərə görə narahatıq. Etirazlar ölkədə davat etdiyi üçün, hökumət zəmanət verməlidir ki, polis nümayəndələrin tədbirləri insan haqqları üzrə beynəlxalq standartlar və normalara uyğun olacaq", - çağırışda deyilir.
AŞ PA-nın Ermənistan üzrə həmməruzəçiləri Aksel Fişer və Alan Mill də iyunun 23-də Yerevanda etiraz aksiyasının dağıdılması zamanı polisin etirazçılara qarşı güc tətbiq etməsi və jurnalistlərə qarşı məqsədli hücumlara görə narahat olduqlarını bildiriblər. Həmməruzəçilərin bəyanatında deyilir ki, bununla əlaqədar qərəzsiz və şəffaf araşdırılma aparılmalıdır.
A.Fişer və A.Mill iyunun 23-dəki zorakılıq hallarının təkrarlanmaması, dinc etiraz aksiyasının keçirilməsinə maneəsiz şərait yaradılması üçün polisi və nümayişçiləri maksimum təmkinli davranmağa çağırıb.
Baki-xeber.com